Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Güclü dövlət, güclü ordu...

Güclü dövlət, güclü ordu...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müzəffər Azərbaycan Ordusu müxtəlif mərhələlərdən keçərək formalaşıb və güclənib. Bu siyasətin əsası isə böyük siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin hələ 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlişindən sonra Onun müstəsna xidmətləri sayəsində respublikamızda hərbi kadrların hazırlanması prosesi start götürüb. Heydər Əliyev 1971-ci ildə böyük səylər hesabına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olub. Heydər Əliyevin səyləri sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərində güzəştli şərtlərlə təhsil almaları mümkün oldu.

Böyük siyasətçi Heydər Əliyevin ordu quruculuğu sahəsində genişmiqyaslı fəaliyyətinin ikinci mərhələsi Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edir. 1993-cü ilin yayında Azərbaycan XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdı və xilaskarlıq missiyasını yerinə yetirdi. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələ başladı. 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasına imkan yarandı. Heydər Əliyevin siyasi iradəsi əsasında Ordunun  maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirilirdi - 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalandı. Eyni zamanda, Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılmasına başlanıldı. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər.

Planlı şəkildə aparılan ordu quruculuğu...

Prezident İlham Əliyev dövlət başçısı seçildiyi ilk dövrlərdən başlayaraq ordu quruculuğu siyasətini yeni, müasir çağırışlara uyğun şəkildə davam etdirdi.  Son 20 ildən artıq müddətdə ölkənin iqtisadi-maliyyə imkanlarının getdikcə artması fonunda ordunun müasirləşdirilməsi, maddi-texniki təchizatının möhkəmləndirilməsi, kadr hazırlığı, hərbiçilərin sosial vəziyyətinin yaxşılaşdırılması həmişə dövlət siyasətinin vacib istiqaməti kimi öndə saxlanılıb. Dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq büdcənin xərc istiqamətlərində ordu quruculuğunun prioritetliyi həmişə nəzərə alınır. 2003-cü ildən bəri ölkəmizdə hərbi xərclər təxminən 40 dəfə artırılıb. Respublikamız ayrı-ayrı ölkələrlə və qabaqcıl istehsalçılarla müasir silahların tədarükü üzrə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Qısa müstəqillik tarixində Azərbaycanın paralel şəkildə yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, ölkəmizdə təxminən mindən çox hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi son dərəcə qürurverici haldır. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başladı. Artıq ölkəmizdə hərbi-sənaye kompleksinə aid müxtəlif müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişlənir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalata tətbiq olunur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində buraxılan müxtəlif növ silahlar və digər avadanlıqlar, eləcə də müxtəlif növ PUA-lar yüksək texniki imkanlara malikdirlər. Bu silahların bir çoxunun üstünlükləri Vətən müharibəsində öz təsdiqini tapıb. Qürurverici haldır ki, bu gün dünya reytinqində öncül yerlərdən birini tutan Silahlı Qüvvələrimiz regionun aparıcı Ordusu kimi qəbul olunur.

Azərbaycanın tam Qələbəsi

Bu gün heç bir mübaliğəyə yol vermədən Müzəffər Silahlı Qüvvfələrimizi Zəfər salnaməsi yazan ordu kimi səciyyələndirə bilərik. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü düşmənə göstərdi. 2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Silahlı Qüvvələrimiz 2020-ci il 27 sentyabr tarixində əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində  5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Vətən müharibəsinin nəticələrinə uyğun olaraq Azərbaycan ərazi bütövlüyünün təmin edilməsinə hərbi-siyasi yolla nail oldu.

Nəhayət, ordumuzun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərini yada salaq. Silahlı Qüvvələrimizin cəmi 23 saat ərzində yüksək peşəkarlıqla həyata keçirdiyi antiterror tədbirləri separatçıların ağ bayraq qaldırmaları ilə nəticələndi. Bununla da ölkənin bütün ərazisində Azərbaycanın suverenliyi təmin edildi. Azərbaycanın əldə etdiyi zəfərlər tam qələbələrdir. İkinci Dünya müharibəsindən sonra baş vermiş müharibələrdə, demək olar ki, döyüşən tərəflərdən heç biri tam qələbə əldə etməyib. Buna nümunə kimi, ayrı-ayrı vaxtlarda Vyetnamda, Əfqanıstanda, İraqda və digər ünvanlarda aparılan müharibələri göstərmək olar. Azərbaycan isə çox qısa müddətdə düşməni kapitulyasiyaya məruz qoymağı bacardı ki, bu da ilk növbədə Ordumuzun gücü sayəsində mümkün oldu.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri