Icma.az
close
up
RU
Güclü ordu Güclü dövlət

Güclü ordu Güclü dövlət

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zəfər təyinatlı Silahlı Qüvvələrimiz

Sabah Azərbaycanda 26 İyun Silahlı Qüvvələr Günü qeyd ediləcək. Özü də tam əzəməti və möhtəşəmliyi ilə. Ancaq otuz ilə yaxın müddətdə bu günü layiqincə dəyərləndirməyin məhrumiyyətini yaşamışıq. Əlbəttə, xalqımızın mərd və məğrur olduğunu, döyüşkən xarakterini, əzmkarlığını düşünmüşük. Fəqət, bütün bunlar yalnız təskinlik olub. Çünki nəticə vurğuladığımız fəxarət göstəricilərinin tam əksini göstərib. Beləcə, özümüzə qapılaraq susmuşuq. Bəzən də şəxsimizə bu sualın ünvanlanmasından qorxmuşuq: Necə igid xalqsınız ki, torpaqlarınız işğaldadır?

Bəli, məhz bu sualı eşitməkdən yayındığımız, onun ağırlıq yükünün çiyinlərimizdə lövbər salmasından ehtiyatlandığımız üçün Silahlı Qüvvələr Gününün qeyd edilməsinə böyük ölçüdə o qədər maraq göstərməmişik. İndi isə durum fərqlidir. 44 günlük Vətən müharibəsi təkcə hər bir azərbaycanlının özünün özünə deyil, eyni zamanda, ətraf aləmin ona münasibətinə ciddi dəyişiklik edib. Zəfərimiz bizi, obrazlı desək, göylərə yüksəldib. Ordumuzun şanlı tariximizə yeni qəhrəmanlıq salnaməsi həkk etməsi sayəsində artıq heç bir suala cavab verməkdə çətinlik çəkmirik.

“Bizim ordumuz XXI əsrin müharibəsini apardı – müasir, dəqiq, planlı və tam texnologiya üzərində qurulmuş bir müharibə”. Bu fikir Prezident İlham Əliyevə məxsusdur. Dövlətimizin başçısının müxtəlif vaxtlarda bildirdikləri fikirlər Silahlı Qüvvələrimizin təkcə döyüş meydanında deyil, planlaşdırmada, koordinasiyada və texnoloji tətbiqdə də dünyaya nümunə göstərdiyinin əyani sübutları ilə zəngindir. Əlbəttə, Prezidentin Şuşa əməliyyatına münasibət baxımından dilə gətirdiyi məqamlar tam fərqli ovqat yaradır. Dövlətimizin başçısının dedikləri ruhumuzun kəhkəşanı kimi səslənir: “Şuşanın azad olunması dünya hərb tarixində bənzəri olmayan unikal əməliyyatdır. Əsgərlərimiz yalın əllə, dağlarla, sıldırım qayalarla döyüşə-döyüşə şəhərə daxil oldular”.

Şuşaya qədər isə Ordumuzun Hadrut zəfəri olmuşdu. Ümumən, 44 günlük müharibənin hər günü müstəsna şücaət və qəhrəmanlığa şahidlik edib. Eləcə də 2023-cü ilin sentybarın 19-da başlamış və cəmi 23 saat 45 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri üç il əvvəlki Zəfər ruhunun tərənnümü kimi yadda qalıb. 2023-cü ildə Qarabağa sahibləndik, ərazi bütövlümüzü və suverenliyimizi tam bərpa etdik. Prezident İlham Əliyevin həmin vaxt bildirdiyi fikirlər də xalqa müqəddəs Zəfərimizin növbəti təntənə anlarını yaşatdı, Ordumuza inamı daha da artırdı: “Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar... Əməliyyat hərb elmi nöqteyi-nəzərindən də çox uğurlu idi. Şuşa əməliyyatına oxşar bir əməliyyat idi. Əlbəttə, Şuşa əməliyyatı xüsusi peşəkarlıq tələb edən əməliyyat idi, amma bu da çox uğurlu idi. Yəni, bütün vəzifələr yerinə yetirildi və beləliklə, separatçılığa son qoyuldu”.

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Tam qətiyyətlə demək olar ki, Azərbaycanın Qarabağın timsalında öz doğma torpağına sahiblənmək əzmi müasir dünyada görünməmiş haldır.

Ordumuz mütləq qələbə qazanmaq xarakteri ilə nəinki ölkəmizin, bütövlükdə dünyanın hərb tarixində özünün layiqli yerini tutub. Nəzərə alaq ki, dünya gücün dünyasıdır. Güclüsənsə haqlısan və sair bu kimi deyimlərin də əslində, beynəlxalq hüquq normalarından qat-qat üst mövqeyə sahibləndiyini görürük. Bu acı reallığa təəssüflənsək də, ölkəmizin ona münasibətdə adekvat davranmaq bacarığından qürur və fəxarət hissi keçiririk. Ordumuzun rövnəqləndirdiyi bu hissin memarı isə Prezident İlham Əliyevdir.

Bəli, İlham Əliyevin lider obrazı xalqımızın yaddaşında yalnız Prezident yox, həmçinin Müzəffər Ali Komandandır. İlham Əliyev əsl sərkərdədir və onun bu xarakteri özünü həm hərbi, həm də siyasi-diplomatik müstəvidə göstərir. Bu günün Azərbaycan Ordusu İlham Əliyevin xarakteri ilə uzlaşmış yenilməz peşəkar komandadır. Bu komanda üçün Vətən torpağının hər qarışı doğmadır. Bu komanda Vətən torpağının hər qarışını qanla suvarmağa hazır mütəşəkkil birlikdir. Elə bir birlik ki, onun beynəlxalq aləmə səs saldığı Qarabağ nidası təkcə bir xalqın yenilməzlik düsturu yox, həm də beynəlxalq aləm üçün böyük rəşadət nümunəsidir.

Əlbəttə, Ordumuzun və Silahlı Qüvvələrimizin peşəkarlığı barədə çox fikirlər səslənib. Onların hamısının üzərində dayanmaq istəməzdik. Amma yalnız bir məqamı vurğulayaq ki, İkinci Dünya müharibəsindən sonrakı hərbi qarşıdurmalarda və müharibələrdə heç bir tərəf mütləq qələbə qazanaraq haqqı olana sahiblənməyi bacarmayıb. Bunu bacaran tək ölkə Azərbaycandır.

Prezident İlham Əliyevin siyasi xətti “güclü ordu-güclü dövlət” formuluna əsaslanır. Müasir, döyüşqabiliyyətli, texniki cəhətdən yüksək səviyyədə təchiz olunmuş Orduya əsaslanmış bu formul, eyni zamanda, ölkəmizin, əsas strateji yanaşmasını təşkil edir. Hazırda dünyada baş verənləri nəzərə alsaq, mövcud yanaşmanın daha əməli tədbirlərlə zənginləşməsinə ciddi ehtiyac duyulmaqdadır və Azərbaycan dövləti bu ehtiyacı dəyərləndirir.

Ölkəmizin rəhbərliyi Ordu quruculuğu prosesini daim dərinləşdirir ki, mövcud dəst-xətdə başlıca halqanı həyata keçirilən tədbirlərin vətənpərvərlik prinsipləri əsasında aparılması təşkil edir. Elə buna görə də Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu təkcə döyüş meydanında yox, mənəviyyatda da qalib ordudur. Əminik ki, xalqımızın yüksək mənəviyyat daşıyıcılarının simvoluna çevrilmiş Ordumuzun yüksəklərə qaldırdığı Vətənimiz Azərbaycan daha böyük uğurlara imza atacaqdır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see318

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see120

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see117

Qarabağ ın maraqlandığı hücumçu İspaniya klubunda

08 Avqust 2025 22:49see117

OKP: Psixoloji zəncirlərlə yaşamaq MÜNASİBƏT BİLDİRİLDİ

08 Avqust 2025 16:45see116

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see116

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see114

ABŞ ın Zəngəzur dəhlizini açması Çinə ciddi zərbə vura bilər İran təxribatdan ƏL ÇƏKMİR KONKRET

08 Avqust 2025 22:41see114

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see113

Zəngəzurun sıfır nöqtəsindən ən son görüntülər (VİDEO)

09 Avqust 2025 15:24see113

Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər ABŞ nin Azərbaycandakı keçmiş səfiri

07 Avqust 2025 19:24see112

ABŞ Ayın ərazisini ilk işğal edən olmaq istəyir...

07 Avqust 2025 20:35see112

Vaşinqtonda nələr oldu? Azərbaycan XİN dən AÇIQLAMA

09 Avqust 2025 10:47see112

Yol İdarəsinin rəisini maşında içkili halda saxladılar, həbs qərarı verildi

07 Avqust 2025 18:30see111

Bu ölkədə kondinsionerlə epidemiya yayıla bilər

07 Avqust 2025 17:05see111

Papua Yeni Qvineyada güclü zəlzələ olub

07 Avqust 2025 23:19see111

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see111

Qara Qarayev: Məşqçinin mənə nə dediyini deyə bilmərəm

07 Avqust 2025 23:02see110

Vaşinqtonda Əliyev, Tramp və Paşinyanın imzaladıqları tarixi sənədin FOTOLARI

09 Avqust 2025 01:10see109

Növbəti hərracda 1 müəssisə, 12 nəqliyyat vasitəsi satılıb

07 Avqust 2025 17:29see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri