Icma.az
close
up
RU
Güclü şarj cihazları iPhone batareyasını məhv edir?

Güclü şarj cihazları iPhone batareyasını məhv edir?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir çox “iPhone” istifadəçisi hələ də 65, 90 və hətta 100 vattlıq güclü şarj cihazlarından istifadə etməkdən çəkinir. Onlar hesab edirlər ki, belə adapterlər smartfonun batareyasını “məhv edə” bilər. Lakin bu, şarj prosesi ilə bağlı ən geniş yayılmış miflərdən biridir.
Demokrat.az
-ın məlumatına görə, “BGR” ekspertləri izah edirlər ki, 100 vattlıq adapter özü-özlüyündə “iPhone” batareyasına zərər vermir. “Apple” telefonları enerji idarəetməsinin ağıllı sistemindən istifadə edir və cihaza daxil olan gücü avtomatik şəkildə məhdudlaşdırır.
Məsələn, smartfonu 100 vattlıq enerji bloku ilə qoşsanız belə, “iPhone” yalnız ehtiyac duyduğu qədər enerji qəbul edəcək. Bu göstərici modeldən asılı olaraq adətən 20-40 vatt arasında dəyişir. Buna görə də “MacBook” və ya digər güclü cihazların adapterlərindən istifadə etmək “iPhone” üçün təhlükəli hesab olunmur.
Bununla belə, daha güclü adapterdən istifadə zamanı “iPhone” nəzərəçarpacaq dərəcədə qızına bilər. Xüsusilə qeyri-original kabel istifadə olunarsa və ya şarj isti otaqda aparılarsa, bu hal daha çox müşahidə olunur. Əksər hallarda belə isinmə təhlükəli sayılmır, çünki temperatur yüksəlməyə başladıqda smartfon enerji qəbulunu özü azaldır.
Batareyaya gəldikdə isə, güclü adapter standartlara uyğun olduqda onun aşınmasını sürətləndirmir. Əsl təhlükə ucuz və sertifikatsız şarj cihazlarından qaynaqlanır. Xüsusilə “USB Power Delivery” dəstəyinə malik olmayan adapterlər risklidir.
“Apple” vurğulayır ki, batareyanın köhnəlməsi təbii prosesdir. Müasir “iPhone” modelləri təxminən 1000 şarj dövrü üçün nəzərdə tutulub. Bundan sonra batareyanın maksimal tutumu 80%-ə qədər azalır.
Burada bir şarj dövrünün 0%-dən 100%-ə qədər bir dəfə doldurma demək olmadığını nəzərə almaq lazımdır. Bu, ümumi olaraq batareya tutumunun 100%-lik istifadəsini ifadə edir. Məsələn, gün ərzində 70% enerji sərf edib telefonu yenidən 100%-ə qədər doldursanız, daha sonra əlavə 30% istifadə etdikdə bu, bir tam dövr sayılır.
“iOS” sistemində şarj səviyyəsini məhdudlaşdıran funksiyalar da mövcuddur. Məsələn, cihazı maksimum 80%, 90% və ya 95%-ə qədər doldurmaq mümkündür. Nəzəri olaraq bu üsul batareyanın köhnəlməsini ləngidə bilər, çünki tam şarj dövrlərinin sayı azalır.
Lakin testlər göstərir ki, belə məhdudiyyətlərin batareyanın uzunmüddətli aşınmasına təsiri minimaldır. Daha vacib məsələ şarj cihazı və kabelin keyfiyyətidir. Sertifikatlaşdırılmış aksesuarlardan – “Apple”, “MFi” və ya “USB-C” sertifikatlı məhsullardan istifadə batareyanın təhlükəsizliyi və uzunömürlülüyü baxımından əsas rol oynayır.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri