Icma.az
close
up
RU
Güclü və firavan gələcək qurmağa davam edəcəyik

Güclü və firavan gələcək qurmağa davam edəcəyik

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın müasir tarixində Heydər Əliyev şəxsiyyəti müstəsna yer tutur. O, yalnız siyasi lider deyil, həm də müstəqilliyin, dövlətçiliyin, sabitliyin və milli birliyin simvoludur. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir mərhələ başlandı – bu mərhələ Azərbaycanın xilası, inkişafı və güclənməsi dövrü oldu.

Heydər Əliyev ilk dəfə 1969-cu ilin tarixi 14 iyul günündə Azərbaycan xalqı böyük və unudulmaz bir gün yaşadı.Həmin gün Ulu Öndər ilk dəfə hakimiyyətə gəldi- Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçildi, Sovet İttifaqının tərkibində olan Azərbaycan rəhbərlik etməyə başladı.Həmin dövrdə Azərbaycan geridə qalmış bir respublika idi. O dövrdə sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində gerilik hökm sürürdü. Lakin Heydər Əliyev hakimiyyətə gələn andan etibarən məqsədyönlü islahatlar həyata keçirməyə başladı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə keçmiş SSRİ miqyasında ən qabaqcıl respublikalardan birinə çevrildi.
1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirilib hazırlanmasına böyük diqqət və qayğı göstərdi.Bu kadrların böyük əksəriyyətini respublikanın özündə hazırlamaq məqsədilə Heydər Əliyev ali və orta ixtisas müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirdi. Ümummilli liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açıldı, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradıldı. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil aldı. Umumilli lider Heydər Əliyevin təşəbbüsü və gərgin əməyi, səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması Azərbaycanın həyatında çox mühüm bir hadisə oldu. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə və akademiyalara hərbi təhsil almağa göndərilib, milli kadrların hazırlanması problemi öz uğurlu həllini tapıb. Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.
O dövrlərdə bütün yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı.Hazırlanan strateji proqrama əsasən. 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Umumiyyətlə, ölkənin hər yerində infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Ulu Öndər hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi.
1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etsə də, bu, arzulanan azadlıqla yanaşı, bir sıra ağır sınaqları da özü ilə gətirdi. Müstəqillikdən sonra ölkə daxilində ciddi siyasi çəkişmələr başladı. Dövlət idarəçiliyi səriştəsiz insanların əlinə keçdi, müharibə şəraitində olan bir ölkənin möhkəm və çevik idarə olunması mümkün olmadı. Ermənistanla gedən Dağlıq Qarabağ müharibəsində Azərbaycan ard-arda torpaq itkilərinə məruz qaldı. Orduda vahid komandanlıq yox idi. İqtisadi həyat iflic vəziyyətə düşmüşdü. Əhalidə dövlətə inam demək olar ki, tamamilə sarsılmışdı.
Bu problemlərə bir də 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri, silahlı dəstələrin Bakıya yürüşü, qardaş qırğını təhlükəsi əlavə olundu. Vəziyyət o qədər gərgin idi ki, Azərbaycanın parçalanması, vətəndaş müharibəsi labüd görünürdü. Belə bir şəraitdə xalqın nəzərləri bir nəfərə – Heydər Əliyevə yönəldi. Çünki insanlar bu fəlakətdən yalnız onun qurtuluş yolu tapacağına inanırdılar.
Heydər Əliyev artıq həmin vaxt siyasi təcrübəsi, dövlətçilik fəlsəfəsi və xalq arasında qazandığı nüfuzla seçilirdi. Onun sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illər xalqın yaddaşında sabitlik, inkişaf və tərəqqi dövrü kimi qalmışdı. Naxçıvan Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə də o, milli maraqları müdafiə edərək xalqın etimadını daha da möhkəmləndirmişdi. Buna görə də xalq bir nəfər kimi onun yenidən ölkəyə rəhbərlik etməsini tələb edirdi.
1993-cü ilin iyulunda Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi, qısa müddət sonra isə Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini öz üzərinə götürdü. Bu andan etibarən ölkənin həyatında tamamilə yeni, sabitlik və inkişafla dolu bir mərhələ başlandı.
Heydər Əliyev ilk növbədə daxili sabitliyin təmin olunmasına yönəlmiş addımlar atdı. Silahlı birləşmələr tərkisilah olundu, dövlət çevrilişi təhlükələri neytrallaşdırıldı. Dövlət orqanlarında islahatlara başlanıldı, hüquq-mühafizə sistemində ciddi dəyişikliklər edildi. Xalqla birbaşa ünsiyyət, xalqın içində olmaq, onların dərdini dinləmək Heydər Əliyevin rəhbərlik üslubunun əsas xüsusiyyətlərindən biri oldu. O, xalqın Prezidentinə çevrildi .
1994-cü ildə ölkədə atəşkəsə nail olunması, insan qırğının qarşısının alınması, müharibənin müvəqqəti də olsa dayandırılması da məhz onun qətiyyəti sayəsində mümkün oldu. Bu, ordunun yenidən qurulması və ölkənin müdafiə gücünün artırılması üçün imkan yaratdı.
Heydər Əliyevin ən böyük uğurlarından biri də onun həyata keçirdiyi “neft strategiyası” oldu. 1994-cü il 20 sentyabr tarixində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təmin etdi. Bu, təkcə neft ixracı deyil, həm də ölkəyə milyardlarla dollar investisiyanın cəlb edilməsi, yeni iş yerlərinin açılması, infrastrukturun bərpası və sosial rifahın yaxşılaşması demək idi. Azərbaycanın iqtisadi müstəqilliyi məhz bu müqavilədən sonra güclənməyə başladı. Sonrakı dövrdə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.
Neftdən gələn gəlirlər ölkənin müdafiəsinə, təhsilinə, səhiyyəsinə, sosial sahələrə yönəldildi. Regionların inkişafı üçün proqramlar hazırlandı. Sürətlə abadlaşan şəhərlər, bərpa olunan kəndlər, təmir edilən yollar və körpülər – bunların hamısının kökündə Heydər Əliyevin iqtisadi inkişaf modeli dayanırdı.
Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə hüquqi dövlət quruculuğuna xüsusi önəm verildi. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın ilk əsas qanunu oldu. Qanunverici, icraedici və məhkəmə hakimiyyətinin ayrılması, insan hüquq və azadlıqlarının təmin olunması, demokratik seçki institutlarının formalaşdırılması bu Konstitusiyanın əsas prinsipləri idi. Eyni zamanda, hüquqi islahatlar, məhkəmə sisteminin yenidən təşkili və şəffaf idarəçilik istiqamətində mühüm addımlar atıldı.
Heydər Əliyev xarici siyasətdə də balanslı və milli maraqlara əsaslanan kurs yürüdürdü. Azərbaycanın həm Qərb, həm də Şərq dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurması, beynəlxalq təşkilatlarda fəal iştirakı və tərəfdaşlıq əlaqələrinin genişlənməsi onun diplomatik bacarığının nəticəsi idi. Xüsusilə Avropa İttifaqı, NATO ilə tərəfdaşlıq, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi qurumlarla əməkdaşlıq Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı.
Ulu Öndər yalnız bir lider və siyasi xadim deyildi – o, həm də strateq idi. O, Azərbaycanın gələcəyini, sabahını düşünərək planlar qururdu. Gənclərin təhsilinə, milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycanın mədəni irsinin yaşadılmasına böyük önəm verirdi. Gəncləri Azərbaycanın sabahı kimi dəyərləndirərək, onların xaricdə təhsil almasına şərait yaratdı. Gənclərin bütün sahələrdə bugünkü uğurları məhz o düşünülmüş siyasətin nəticəsidir.
Heydər Əliyevin siyasi irsi yalnız praktiki addımlarla məhdudlaşmır, o həm də milli ideologiyanın – azərbaycançılıq məfkurəsinin banisidir. Bu ideologiya Azərbaycanın milli birliyini, müxtəlif etnik və dini qrupların harmonik vəhdətini təmin edən bir düşüncə sistemidir. Azərbaycançılıq ideologiyası bu gün də ölkənin strateji istiqamətini müəyyənləşdirən əsas ideya kimi qəbul olunur.
Heydər Əliyevin əsas xidmətlərindən biri də güclü siyasi varislik sistemini formalaşdırmaq və dövlətçiliyin davamlılığını təmin etmək idi. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu gün Ulu Öndərin müəyyən etdiyi strateji kurs əsasında Azərbaycanın inkişafını daha da irəli aparır.
Cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Qarabağ Zəfəri bu varisliyin nə qədər möhkəm və uğurlu olduğunu göstərdi. Bu Zəfər, Heydər Əliyevin "Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın əsas milli məsələsidir" fikrinin reallaşması idi.
Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan üçün tarixi dönüş nöqtəsi oldu. Onun formalaşdırdığı sabitlik, güclü dövlətçilik ənənəsi və strateji inkişaf kursu bu gün müstəqil Azərbaycanın təməl sütunlarını təşkil edir. Azərbaycan xalqı Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaq və onun ideyaları əsasında daha güclü və firavan gələcək qurmağa davam edəcək.
Dünya dövlətləri bir daha əmin oldu ki,böyük tarixi şəxsiyyət Heydər Əliyevin arzuladığı Azərbaycan daha da güclü dövlət olacaq. Bu həm də 14 iyulun qudrətidir!... Çünki bu güc yalnız iqtisadi və hərbi sahələrdə deyil, həm də milli birlik, vətən sevgisi və dövlətçilik iradəsində əks olunur.

Səbinə Xasayeva
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyul 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri