Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Güclü vulkandan sonra 2 yeni ada əmələ gəldi

Güclü vulkandan sonra 2 yeni ada əmələ gəldi

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Sentyabr ayında baş verən güclü püskürmədən sonra İndoneziyanın Anak Krakatau vulkanı yaxınlığında iki yeni ada əmələ gəlib. Əgər bunların həqiqətən yeni adalar olduğu təsdiqlənərsə, onlar təxminən bir əsr ərzində Krakatau kalderası daxilində meydana çıxan ilk quru sahələri olacaq.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Sentyabrın 4-ü axşam saatlarında başlayan və 25 saat davam edən püskürmədən sonra yeni formasiyalar müşahidə edilib. Onlardan biri Anak Krakataunun şimal-qərb sahilindən təxminən 760 metr, digəri isə cənub-şərq istiqamətində təxminən 495 metr məsafədə yerləşir.

Onların dəqiq ölçüləri və dəniz səviyyəsindən hündürlüyü hələ müəyyən edilməyib.

Geoloqların ilkin fərziyyəsinə görə, püskürmə zamanı nisbətən axıcı maqma uzunsov bir çat vasitəsilə səthə çıxmış və vulkanik material kalderanın dayaz hissəsində iki təpə əmələ gətirmiş ola bilər.

Bununla belə, alimlər hələ də bunların həqiqətən yeni vulkanik adalar olduğuna əmin deyillər.

Geoloji Agentliyin nümayəndəsi Heruninqtyas Desi Purnamasari bildirib: "Bu mərhələdə yalnız peyk görüntülərinə əsaslanaraq həmin iki obyektin mənşəyini və ya tərkibini təsdiqləyə bilmərik".

Yeni yaranmış strukturlardan biri püskürmədən təxminən iki həftə sonra videoya düşüb.

Könüllü Yodistara Nuqraha dənizdə itkin düşmüş jurnalistlər və digər şəxslərdən ibarət qrupu axtararkən kalderanın üzərində dron uçurub. Kadrlarda dalğaların alçaq və tünd rəngli bir quru sahəsinə çırpılması əks olunub.

"Krakatunun övladı" mənasını verən Anak Krakatau adı ilə tanınan ada, 1883-cü ildə baş vermiş fəlakətli püskürmənin olduğu ərazidə meydana gəlib.

Həmin vaxt köhnə Krakatau adasının böyük hissəsi məhv olub, püskürmə və onun səbəb olduğu sunamilər nəticəsində isə 36 mindən çox insan ölüb. Partlayış səsləri təxminən 5000 kilometr məsafədən eşidilib.

1920-ci illərin sonlarında yeni bir vulkan formalaşmağa başlayıb. Anak Krakatau nəhayət 1930-cu ildə dəniz səviyyəsindən yuxarıda sabit şəkildə mövcudluğunu təmin edənə qədər, ərazi bir neçə dəfə su üzərinə çıxıb və eroziya səbəbindən yenidən gözdən itib.

O vaxtdan bəri bu kalderada başqa heç bir yeni ada qeydə alınmayıb.

İndi geoloqlar bu prosesin təxminən bir əsr sonra təkrarlanıb-təkrarlanmadığını və yeni yaranan formasiyaların qabarma-çəkilmələrlə davamlı eroziyaya tab gətirə bilib-bilməyəcəyini müəyyən etməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see404

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see324

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see303

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see302

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see299

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see291

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see280

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see277

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see273

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see259

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see255

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see251

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see237

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see232

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see216

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see212

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see195

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see185

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see176

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri