Güclü zəlzələ Əfqanıstanı dağıtdı Yüzlərlə ölü, minlərlə yaralı var
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
31 avqust axşamı Əfqanıstanın şərqində 6 bal gücündə zəlzələ baş verib.
“AzPolitika” beynəlxalq informasiya kanallarına istinadla xəbər verir ki, hadisə nəticəsində 600-dən çox insan həlak olub, 1 500-dən artıq şəxs isə yaralanıb. Zəlzələ ilə eyni zamanda 5,2 və 4,7 bal gücündə iki afterşok qeydə alınıb.
Ən ciddi dağıntılar Kunar vilayətində və qonşu bölgələr – Nurgal, Sokkay, Vatapur, Manogi və Chapa-Dara ərazilərində müşahidə olunub.
Rəsmi məlumatlara görə, ölənlərin və yaralananların sayı arta bilər. Xilasedicilər dağıntıları təmizləməyə davam edir və əlçatan olmayan yaşayış məntəqələrinə çatmağa çalışırlar.
ABŞ Geoloji Xidməti vurğulayır ki, zəlzələdən təsirlənmiş regionda binalar sismik aktivliyə qarşı çox həssasdır. Bu da insan tələfatının yüksək olmasına səbəb olub.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 01 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















