Icma.az
close
up
RU
Gücümüz birliyimizdə, dayağımız ordumuzdadır

Gücümüz birliyimizdə, dayağımız ordumuzdadır

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması tarixi 1918-ci ilə – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dönəmə təsadüf etsə də, bugünkü ordumuzun gücü və ideoloji dayaqları məhz müasir müstəqil dövlətimizin – Yeni Azərbaycan dövləti modelinin parlaq nəticəsi kimi formalaşıb. 26 İyun təkcə hərbi bayram deyil, Azərbaycan xalqının dövlətçiliyini qoruma əzmini simvolizə edən milli həmrəylik günüdür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrin yenidən təşkili dərin siyasi iradə tələb edirdi. 1990-cı illərin əvvəllərində yaşanan siyasi böhranlar, xarici müdaxilələr və separatizm təhdidləri fonunda dövlətin dayaqlarının bərpası üçün ordu quruculuğu həlledici məsələ idi. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sahədə əsaslı dönüş yarandı: ordu yalnız fiziki silahlı qüvvə deyil, həm də milli ideologiyanın daşıyıcısına çevrildi.

Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən daha da dərinləşdirilərək həyata keçirilir. Azərbaycan Ordusu artıq regional deyil, qitəmiqyaslı geosiyasi proseslərə təsir edən güc mərkəzlərindən birinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan zəfər təkcə hərbi-siyasi uğur deyil, beynəlxalq hüququn bərpası və güclə haqqın vəhdəti idi.

Hazırda Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr dəyişib. Sülh dövründə belə ordu yalnız sərhəd keşiyi çəkən struktur deyil, həm də regional təhlükəsizlik arxitekturasının fəal oyunçusu, zəruri halda isə güc tətbiqi ilə balans yaradan element rolunu oynayır.

Postmüharibə mərhələsində Azərbaycan Ordusu sabitliyin qarantı, revanşizmin qarşısında sədd, regionun yeni inkişaf modelinin təminatçısı kimi çıxış edir. Paralel olaraq Türkiyə ilə hərbi əməkdaşlıq, “Şuşa Bəyannaməsi” çərçivəsində birgə təlimlər və müdafiə sənayesindəki ortaq layihələr Ordumuzu yalnız milli deyil, türk dünyasının birgə qüvvəsi halına gətirir.

Ordu təkcə silahla deyil, ruhla döyüşür. Bu gün əsgərlərimiz sırf əmrlə deyil, dövlətə, liderə və xalqına inamla xidmət edir. Hərbi xidmətin həm sosial statusu, həm də mənəvi yükü yüksəlib. Dövlət tərəfindən aparılan davamlı sosial islahatlar – şəhid ailələri və qazilərə diqqət, hərbçilərin mənzil və təminat məsələlərinin həlli – göstərir ki, Azərbaycan öz əsgərinə dəyər verir. Bu isə ordunun daxili nizamını və döyüş ruhunu gücləndirən əsas amildir.

Azərbaycan Silahlı Qüvvələri bu gün sadəcə bir ordu deyil – bu, xalqın mübarizə iradəsinin, dövlətin müstəqil siyasət yürütmək əzminin və regionun gələcəyini müəyyənləşdirmə gücünün təcəssümüdür. 26 İyun bu mənada sadəcə keçmişə ehtiram deyil, həm də gələcəyə inam günüdür.

Azərbaycan Ordusu – gücümüz, sarsılmaz dayağımız və müstəqilliyimizin qarantıdır.

Əli Hüseynov

YAP Yasamal rayon təşkilatının fəalı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri