Güləşçilərimiz Avropa çempionatının dördüncü günündə mübarizəyə qoşulublar
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Bu gün Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 qadın millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatının dördüncü günündə mübarizəyə qoşulublar.
İdman.Biz xəbər verir ki, yarışda təmsilçilərimiz müxtəlif mərhələlərdə güclərini sınayacaqlar.
Təsnifat mərhələsində 46 kq çəki dərəcəsində Nuray Cəfərli Şimali Makedoniyalı Frosina Atanasova ilə qarşılaşacaq.
1/8 finalda 53 kq-da çıxış edən Fatimə Bayramova Rusiya təmsilçisi Malita Bolatova ilə Türkiyədən Ecrin Salık arasında baş tutacaq görüşün qalibi ilə üz-üzə gələcək.
Eyni mərhələdə 61 kq-da Fidan Babayeva Moldova idmançısı Lidia Ana Ungureanu və İsveç təmsilçisi Inez Ester Lea Airaksinen cütünün qalibi ilə qarşılaşacaq.
69 kq-da Simurə Abdullayeva Bolqarıstan güləşçisi Natalia Georgieva Taseva ilə gücünü sınayacaq.
1/4 finalda isə 40 kq çəki dərəcəsində Gülxanım Şirinova Rusiya təmsilçisi Zlata Koreshova ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 May 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















