Icma.az
close
up
RU
Güləşçilərimiz Dünya 2 cisi oldular

Güləşçilərimiz Dünya 2 cisi oldular

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Dünya çempionatında 4 medalla komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşçilərimiz vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı qarşılama mərasimi keçirilib. Komandanın üzvləri hava limanında mətbuata qısa açıqlama veriblər. 

Aleksandr Tarakanov, baş məşqçi:

– İlk növbədə, bizə yaradılan şəraitə görə AGF rəhbərliyinə, GİN və MOK-a təşəkkür edirik. Bir qızıl, bir gümüş və iki bürünc medalla komanda hesabında dünya ikincisi olduq. Qarşıda bizi növbəti yarışlar gözləyir. Səhvlərimizin üzərində işləməliyik. İki zədəli güləşçimiz bərpa prosesi keçdikdən sonra sıralarımıza qoşulacaq. Bizə dəstək olan və bizim üçün dua edən bütün güləşsevərlərə minnətdarıq.

Ülvü Qənizadə, dünya çempionu:

– Yarış həmişəki kimi çox çətin keçdi. Ən çətin görüşüm final qarşılaşması oldu. Fransa güləşçisiylə 3-cü dəfə qarşılaşırdım. Çox şükür, bu dəfə də qalib gəldim. Çətin, amma sonu gözəl oldu. Ümid edirəm ki, bundan sonra da belə nəticələrlə xalqımızı sevindirəcəyəm. Bu, məni arxayınlaşdırmamalıdır. Titulu qorumaq və artırmaq lazımdır. Üzərimdə əziyyəti olan hər kəsə – federasiya rəhbərliyinə, məşqçilər heyətinə, həkim və masajçımıza, şəxsi məşqçimə təşəkkür edirəm. Bu çempionluqda onların rolu böyükdür. Ümid edirəm ki, gələcək yarışlarda da onların inamını doğruldacağam.

Həsrət Cəfərov, dünya ikincisi:

– Təəssüratlarım qarışıqdır. Sevinc də var, kədər də. İkinci dünya çempionatıdır ki, finalda məğlub oluram. Nüfuzlu yarışlarda gərək heç bir səhvə yol verməyəsən. Bütün incə məqamlara diqqət yetirməlisən. Dünya çempionatı 1 səhvi belə bağışlamır.

Eldəniz Əzizli, Dünya üçüncüsü:

– Hədəfim 5-ci dəfə dünya çempionu olmaq idi. İstəyimə tam nail olmasam da, medalsız qalmadım. Dünya çempionatlarında qazanılan medalların əyarına görə, güləşdə ölkə rekordçusu idim. Bu yarışda 7-ci medalımı qazanmaqla artıq medal sayına görə də rekorda imza atdım. Buna görə sevinirəm. İldən-ilə gənclərlə rəqabət aparmaq çətinləşir. Ümid edirəm ki, bundan sonra mənim və komandam üçün daha yaxşısı olar.

Murad Əhmədiyev, Dünya üçüncüsü:

– Debütdə İtaliya güləşçisinə, daha sonra olimpiya mükafatçısı olmuş Qırğızıstan idmançısına qalib gəldim. 1/4 finalda olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionunu “tuş”la məğlub etdim. Yarımfinalda Rusiya güləşçisinə ilk xal prinsipinə əsasən uduzdum. Macarıstan idmançısına qalib gələrək bürünc medal qazandım. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları gözləyir. Həmin yarışa yaxşı hazırlaşıb çempion olmağa çalışacağam.  

Qabil YUSİFOĞLU 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri