Icma.az
close
up
RU
Güləşçimiz Qazaxıstanda qızıl medal QAZANDI

Güləşçimiz Qazaxıstanda qızıl medal QAZANDI

Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə “Güləş ulduzları liqası” yarışı keçirilib.
Azərbaycan Güləş Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabı ilə məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib - 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gəlib.
Bizim.Media

seeBaxış sayı:36
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri