Güllə atıcılarımız Serbiyadakı turniri beş medalla başa vurublar
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar.
Moderator.az-ın məlumatına görə, son olaraq 10 metr pnevmatik tapançadan atəş açmada oğlanlardan ibarət yığmamız komanda yarışında qızıl mükafata sahib çıxıb.
Qızlardan ibarət kollektiv isə gümüş medal əldə edib.
Qeyd edək ki, daha əvvəl millimizin heyətində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada Vladislav Kalmıkov qızıl, Leyli Əliyeva gümüş, İmran Qarayev isə bürünc mükafat qazanıb.
Baxış sayı:136
Bu xəbər 23 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















