Icma.az
close
up
RU
Güllənmiş heykəllərin fəryadı yerdə qalmadı

Güllənmiş heykəllərin fəryadı yerdə qalmadı

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günlərdə yazıçı Hüseynbala Mirələmovun 80 illik yubileyi qeyd edilir. Əlbəttə, hər bir insanın özünəməxsus bir həyat hekayəsi vardır. Onun haqqında danışmaq, yazmaq istəyənlər, onu ilk növbədə ictimai-siyasi xadim, məmur, istehsal sahəsində rəhbər işçi, yazıçı, elmlər doktoru, professor, eləcə də qayğıkeş mesenat kimi təqdim edəcəklər. Xüsusən torpaqlarımızın işğal altında olduğu dövrlərdə məcburi köçkünlərin maddi-məişət problemlərinin həllində onlara göstərdiyi hər cür dəstək çoxlarının yaddaşındadır. Bunu həmin illərdə çadır düşərgələrində çətin şəraitdə yaşayan məcburi köçkünlər dəfələrlə qeyd etmişlər.

Yazıçını xarakterizə edən ən diqqətəlayiq xüsusiyyətlərindən biri onun davamlı olaraq məhsuldar əmək fəaliyyəti ilə məşğul olmasıdır. Onun müxtəlif sahələrdə iş icraçısı, baş mühəndis, zavod direktoru, millət vəkili, komitə sədrinin birinci müavini kimi fəaliyyətləri haqqında kifayət qədər geniş danışmaq, kitablar yazmaq olar. O, işlədiyi bütün sahələrdə ona göstərilən etimadı istisnasız olaraq həmişə layiqincə doğrultmuş, bir çox nailiyyətlərə imza atmışdır.

Əmək fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsindəki uğurlu fəaliyyəti də ona cəmiyyətdə böyük hörmət və nüfuz qazandırmışdır. Əlbəttə, onun bu xüsusiyyətləri  diqqətdən kənarda qala bilməzdi və o, fəaliyyət sahələrindəki uğurlarına görə müstəqil dövlətimizin orden, medal və mükafatları ilə təltif olunmuş, fəxri adlara layiq görülmüşdür. "Şöhrət" ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, "Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adı, "Akademik Yusif Məmmədəliyev" və "Akademik Həsən Əliyev" adına beynəlxalq mükafatlar, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Beynəlxalq Qızıl Ulduz və Türk dünyasına xidmət" medalı, "İlin yazıçısı" mükafatı, "Qızıl qələm" mükafatı və bir çox digər fəxri adlar və mükafatlar onun layiq görüldüyü təltiflərin yalnız bir qismidir. Bütün bunlar H.Mirələmovun həyat və fəaliyyətinin nə qədər geniş, çoxşaxəli, səmərəli və məhsuldar olduğunun göstəriciləridir. Lakin bu məqalədə onun haqqında daha çox Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən və cəmiyyətdə özünəməxsus yeri olan bir yazıçı kimi danışmaq istərdik. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, XXI əsrdə yeni texnologiyaların sürətli inkişafı, qloballaşma, sosial şəbəkələrin həyatımıza təsiri və yeni estetik meyarların formalaşması həyatımızın bir çox sahələrinə dərindən nüfuz etmiş, müasir yaradıcılığın həm formasına, həm də məzmununa ciddi təsir göstərmişdir.

Yaradıcılıq sahəsində aydın sezilən bu dəyişikliklər haqqında fikirləri təsadüfən yazmırıq. Qeyd etdiyimiz bu xüsusiyyətlər həmişə Hüseynbala müəllimin yaradıcılığında ön planda olmaqda davam edir. Bu gün cəsarətlə deyə bilirik ki, H.Mirələmov nəsr, dramaturgiya, publisistika sahələrində zəngin və çoxşaxəli yaradıcılıq nümunələri ilə çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biridir. Onun yaradıcılıq irsi hər şeydən öncə vətən sevgisi, milli kimliyin və milli-mənəvi-tarixi dəyərlərin qorunması, tarixi hadisələrin və şəxsiyyətlərin təbliği, humanist ənənələrə sadiqliyi, insanın psixoloji-mənəvi aləminin dərinliklərinə nüfuz etməsi kimi vacib xüsusiyyətləri baxımından mühüm əhəmiyyətə malikdir.

Yazıçının bütün əsərlərində ictimai-siyasi münasibətlər sistemini, tarixi və tarixi şəxsiyyətləri xarakterizə edən təsvir vasitələri təkcə estetik ifadə vasitələri kimi yox, həm də insanların arzu və istəklərini tərənnüm etmək və cəmiyyətin nəbzini duymaq üçün güclü bir alət kimi istifadə olunur.

Onun "Durnalar qayıtdı", "Son arzu", "Tənha durna uçuşu", "Güllənmiş heykəllərin fəryadı" əsərləri, "Simuzər", "Babadil əfsanəsi", "Gəlinlik paltarı", "Qırxıncı otaq" romanları, "Xəcalət", "Cəza" povestləri və bir sıra digər əsərlərində insan və zaman anlayışları ictimai hadisələr fonunda mərkəzi yer tutur. Xüsusilə "Xəcalət" əsəri həm psixoloji dərinliyi, həm də sosial məzmunu ilə oxucuda güclü emosional təəssürat yaradır. İnsanların daxili aləmi, mənəvi seçimləri və sosial münasibətlər sisteminin reallıqları bədii, bəzən də simvolik təsvirlərlə verilir.

Tarixi mövzulara müraciət edən yazıçının əsərlərində yaradıcılıq və sənət anlayışları yeni məzmun və daha geniş məna kəsb edir, onun ortaya qoyduğu çoxşaxəli yanaşmalar və buna uyğun istiqamətlər həm sənətkarların özü, həm də oxucular üçün düşüncə və qavrama sərhədlərini genişləndirir.

2020-ci ildə nəşr olunmuş "Süqut", "Bənövşəyi əncir" və "Çaldıran yolu" romanlarının daxil olduğu "İki şah, iki sultan" trilogiyası türk dünyasının tarixinin və mənəvi dəyərlərinin tərənnümü və təbliğinə xidmət edir və müəllifin yaradıcılıq məziyyətlərini anlamaq və dəyərləndirmək baxımından çox qiymətli əsərlərdir. Trilogiyaya daxil olan əsərlərdə Azərbaycanın Orta əsrlər tarixinin ən keşməkeşli, ziddiyyətli dövrlərindən bəhs edilir, real tarixi qəhrəmanların, görkəmli türk sərkərdələrinin möhtəşəm obrazları bədii boyalarla oxuculara təqdim olunur. Bu əsərlərdə insanın daxili dünyası ilə xarici aləm arasında bir körpü qurulur, insanlar milli mənəvi və ümumbəşəri dəyərlərə fərqli prizmalardan baxa və nəticələr çıxara bilir.

Yazıçı bu əsərlərdə tarixi şəxsiyyətləri təkcə dövrünün qəhrəmanı kimi deyil, həm də psixoloji cəhətdən mürəkkəb insan obrazları kimi təqdim edir. O dövrün böyük hökmdarlarının faciəvi səhvlərini göstərməklə türk dövlətlərinin birliyini və varlığını istəməyən xarici qüvvələrin də əsl məqsədlərini göstərir və gələcək nəsillərin düşünməsi və nəticə çıxarması üçün əsaslar verir.

Ümumiyyətlə, onun adlarını çəkdiyimiz və bir sıra digər tarixi romanlarında əksini tapmış tarix yalnız keçmişin təqdimatı deyil, həm də müasirliklə paralel qurulan mənəvi və ideoloji bir platformadır.

Qarabağ mövzusu, vaxtilə erməni işğalı altında olan torpaqlarımızda erməni vandalların törətdikləri barbarlıq əməllərinin ifşa edilməsi də yazıçının yaradıcılığında bütün dövrlərdə ön planda olmuşdur. Onun Qarabağ hadisələrinə həsr etdiyi çoxsaylı əsərlərində bəşəri duyğuların və vətən sevgisinin yüksək bədii tərənnümü ilə yanaşı, normal həyat tərzimizin sakitliyini əlimizdən almış erməni vandalların Azərbaycan xalqının başına gətirdiyi fəlakətlərin dərin təsviri həmişə əsas xətt kimi nəzərə çarpan xüsusiyyətlərdəndir. Onun bu mövzuda yazdığı əsərlərin hər sətrindən Qarabağ yanğısı, erməni faşizminin törətdiyi cinayətlərin gətirdiyi itkilərimizin acıları boylanır, itirilmiş torpaqlarımızı azad edəcəyimiz günün yaxınlığına dərin inam hissi duyulur.

Bu sətirlərin müəllifləri hələ 2004-cü ildə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən tamaşaya qoyulmuş "Güllələnmiş heykəllərin fəryadı" əsərinin prezentasiyasında dəvətli şəxslər qismində iştirak etmiş və həmin tamaşa haqqında düşüncələrini "Qarabağ" qəzetinin 25 iyun-10 iyul 2004-cü il tarixli nömrəsində dərc etdirmişdilər. Həmin məqalədə qeyd edilmişdi ki, bu əsər "müəllifin tez-tez müraciət etdiyi Qarabağ mövzusunun davamıdır. Yazıçı burada da öz ənənəsinə sadiq qalaraq, geniş ictimaiyyətin, hamının, hər kəsin diqqətini bu problemə yönəltmək istəmiş, hamını torpaqlarımızın azad edilməsi naminə səfərbər etmək istəyini ön plana çəkmişdir. Tamaşanın ümumi ideya xətti güllələnmiş heykəllərin fəryadından daha çox bu heykəllərin torpaqlarımızın azad edilməsinə çağırışı üstündə qurulmuşdur".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin itirilmiş torpaqlarımıza, o cümlədən Qarabağa münasibətdə aydın, sərt və inamlı mövqeyini əks etdirən çıxışlarından bir epizodun tamaşanın süjet xəttinə daxil edilməsi onun ən uğurlu məqamlarından biri kimi həmin məsələyə münasibətdə xalq-rəhbər birliyinin, xalqın ümumi rəyinin, fikrinin tərənnümü idi. Tamaşanın sonunda bütün iştirakçılara, onların simasında xalqa ünvanlanan "Qaytarın Qarabağı!" çağırışı da zalda oturanlarda böyük emosional hisslər yaratmışdı və gələcək qələbələrinizə inamın nümayişi idi.

Bu gün fəxarətlə və qürur hissi ilə deyirik ki, yazıçının bu arzuları Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə qalib Azərbaycan Ordusunun zəfəri sayəsində həyata keçmiş və bütün torpaqlarımız üzərində üçrəngli Azərbaycan bayrağı dalğalanır. 

Yazıçının publisistik fəaliyyəti də diqqətəlayiq cəhətlərdəndir. "Molodaya qvardiya" nəşriyyatında "Görkəmli adamların həyatı" seriyasından çap olunan Ulu öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında Hüseynbala Mirələmovun rus yazıçısı Viktor Andriyanovun birgə yazdıqları kitabları müasir Azərbaycanın siyasi tarixini bədii dildə təqdim edən nümunələrdir. Həmin kitablar 40-dan artıq xarici dilə tərcümə olunaraq nəşr edilib və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında xüsusi rol oynamaqdadır. Həmin əsərlərdə bu dahi şəxslərin təkcə müdrikliyi, dahiliyi deyil, həm də dövrün ruhu, ictimai dəyişikliklərin dinamikası əks olunur.

Hüseynbala Mirələmov haqqında danışarkən onun daha bir neçə xüsusiyyətini qeyd etmək vacibdir. O, təkcə bədii yaradıcılıq və ictimai-siyasi fəaliyyətlə deyil, həm də davamlı olaraq elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olmuşdur. Hüseynbala müəllim elmi-texniki tərəqqi və mühəndislik fəaliyyətinin inkişafını dəstəkləyən, ekspertizaların aparılması sahəsində tədqiqat işlərinin, layihələrin və proqramların həyata keçirilməsinə yardım göstərən Azərbaycan Mühəndislik Akademiyasının  müxbir üzvü, Rusiya Mədən Akademiyasının üzvüdür. Azərbaycan, Qırğızıstan və bir neçə digər ölkənin Yazıçılar Birliklərinin üzvüdür. Texnika elimləri doktoru, professorudur. Onun müəllifi və həmmüəllifi olduğu "Nanotexnaologiya və nanokimyanin əsasları", "Neftin və qazın boru kəmərləri ilə nəqli", "İnşaat istilik fizikası", "Qaz emalı zavodlarında təhlükəsizlik qaydaları", "Boru kəmərləri və konsturuksiyaların qaynağı" və digər elimi nəşrləri hazırda ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunan kitablardandır. Bütün bunlar onun həyat və fəaliyyətinin necə çoxşaxəli və səmərəli olmasının göstəricilərindəndir.

Düşünürük ki, Azərbaycan ədəbiyyatında artıq öz dəst-xətti ilə tanınan, yaradıcılıq irsi həm bu gün, həm də gələcək nəsillər üçün əhəmiyyətli elmi-ədəbi xəzinəyə çevrilən Hüseynbala Mirələmovun növbəti əsərləri şanlı Azərbaycan əsgərinə və əmək meydanlarında xarüqələr yaradan insanlarımıza həsr olunacaqdır.

Natiq İSAYEV,

Rövşən AĞAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see457

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see338

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see338

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see274

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see269

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see249

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see243

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see238

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see234

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see234

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see218

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see217

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see215

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see207

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see205

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see199

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see198

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see193

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see188

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri