Icma.az
close
up
RU
Heykəllərin dili olsa...

Heykəllərin dili olsa...

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Baxımsızlıq, laqeydlik, yoxsa hörmətsizlik?

Bu gün şəhərimizin mərkəzində dahi şəxsiyyətlərimizin xatirəsini əbədiləşdirmək niyyəti ilə ucaldılmış, lakin zamanın tozu və laqeydliyin kölgəsi altında qalmış heykəllərə, baxımsız vəziyyətə düşmüş büstlərə nəzər saldıqca heyranlıq hissini dərin bir narahatlıq əvəz edir. Düşünürsən, sual edirsən ki, milli yaddaşımızın heykəlləşmiş nişanələrinə belə yanaşırıqmı?

Redaksiyamıza daxil olan məktubda da məhz bu narahatlıq ifadə olunurdu. Oxucumuz yazırdı ki, illər əvvəl böyük ehtiramla qoyulan abidələr, memorial komplekslər bəzən baxımsız, səliqəsiz, insanı utandıracaq dərəcədə acınacaqlı duruma düşür. Bir zamanlar dəqiqliklə işlənmiş üz cizgiləri indi demək olar ki, tanınmır, baxışlar korşalıb, mimikalar itib. Bürünc və ya daş səthlər qaralıb. Qışın sərt şaxtasından və yağışlı günlərindən sonra heykəllərin üzərində su izləri, dərin çökəkliklər əmələ gəlib.Sanki heykəllərin üzünə zamanın hisi-pası həkk edilib, onlar isə bu yükü əzabla daşıyırlar. Ətrafa toz və tullantılar yığılıb. Postamentlə birləşən hissələrdə qopmalar, kənarlarda sınıqlar var. Yazılar silinib, hərflər ya yarımçıqdır, ya da ümumiyyətlə seçilmir. Quşlar, uçan həşəratlar da heykəlləri bulaşdırır. Həmin məktubun izi ilə paytaxtın küçə və meydanlarına üz tutduq.

Düşündük ki, tariximizi özündə yaşadan abidələr millətin taleyində iz qoymuş şəxsiyyətlərin xatirəsinə ucaldılıb. Onların adlarını yüksək tribunlardan səsləndirir, yubileylərini qeyd edirik, amma gündəlik həyatımızda şəhərin mərkəzində yerləşən xatirələrinə sahib çıxmırıq. Abidələrin mühafizəsi və bərpası konkret qurumların vəzifəsidir. Lakin görünən odur ki, bu vəzifə ya kağız üzərində qalır, ya da ikinci dərəcəli məsələ kimi qəbul edilir. Nəticədə, şəhərin mərkəzində ucaldılan abidələr yaddaşı yaşatmaq əvəzinə, biganəliyin nümunəsinə çevrilir.

Mədəni irsimizə bu laqeyd münasibətə son qoymağın vaxtıdır. İctimai düşüncə, yanaşma, həm də dəyərlərin təbliği sahəsində də dəyişikliklər edilməlidir. Bu vəzifəni yerinə yetirmək məsuliyyətində olanlar turistlərin və xarici qonaqların şəhərimiz haqqında təəssüratlarını da nəzərə almalıdırlar.

İstiqlaliyyət küçəsində, tarixi “İsmailiyyə” binasının hazırda isə AMEA Rəyasət heyəti yerləşən ünvanla yanaşı qoyulmuş akademik Yusif Məmmədəliyevin heykəli 1998-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə ucaldılıb. Abidənin müəllifləri Xalq rəssamı, heykəltaraş Akif Əsgərov, Əməkdar memar Elxan Əsədov, Əməkdar incəsənət xadimi, rəssam Çingiz Fərzəliyevdir. 2011-ci ildə akademik Yusif Məmmədəliyevin heykəli təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq yerindən götürülüb. Aradan xeyli zaman keçib, bu gün də abidə baxımsız vəziyyətdədir.

Abidələri bir dəfə təmir etməklə iş bitmir. Onlar şəhər həyatının bir parçasıdır, zamanın, havanın, gündəlik hərəkətlərin təsirinə məruz qalırlar. Buna görə də şəhərimizi bəzəyən, tariximizdən söz açan daş abidələri qoruyub gələcək nəsillərə ötürmək hər kəsin vətəndaşlıq borcudur.

Bu ehtiram diqqət və əməllə reallaşmalıdır. Əks halda, gələcəyin boş divarlarında nə bir barelyef qalacaq, nə də kimliyimizi yaşadan izlər. Çünki unudulan dəyərlər unudulan tarix deməkdir.

Yazımızın əvvəlində söz açdığımız küçədən bir az irəlidə musiqi sənətimizin və milli operamızın banisi, ölməz əsərləri ilə mədəni tariximizdə silinməz iz qoyan dahi bəstəkar Üzeyir Hacıbəyli və taleyini əbədi olaraq teatra bağlayan aktrisa, səhnə fədaisi Mərziyyə Davudovanın xatirə lövhələrindəki yazıların rus dilində olması və Azərbaycan dilinin orfoqrafik normalarına uyğun gəlməyən hərflərlə hazırlanması da milli kimlik, dövlət dili və mədəni dəyərlər məsələsində ciddi narahatlıq doğurur. Dövlət dili və mədəni dəyərlərimizin qorunması baxımından, bu cür detalların diqqətə alınması vacibdir.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, dramaturq və filosof Hüseyn Cavidin, ictimai xadim Heydər Hüseynovun, dövlət xadimi Şəmsi Rəhimovun, general Akim Abbasovun xatirələrini əks etdirən lövhələrdə də oxşar vəziyyət müşahidə olunur. Fərq ondadır ki, bu lövhələrdə yazılar doğma dilimizdədir, lakin onlara münasibət heç də xalqımıza xas olan davranışları əks etdirmir. Bu səbəbdən aidiyyəti qurumlar ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməli, hər bir abidə və lövhənin daşıdığı mənəvi yük qorunmalı və düzgün təqdim edilməlidir.Çünki dəyərlərə sahib çıxmaq onları yaşatmaqdır.

Fidan ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see345

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see315

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see285

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see223

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see216

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see207

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see203

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see194

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see185

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see179

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see163

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see159

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see159

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see157

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see153

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see151

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see148

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri