“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Vətən müharibəsi iştirakçısı, xüsusi təyinatlı dəstənin kəşfiyyatçı snayperi Qafar Fərzəliyev döyüşlər zamanı yaşadığı ağır anlardan danışıb.
Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, Ağdam, Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edən Qafar Fərzəliyev ağır yaralanmasına baxmayaraq, yenidən döyüş meydanına qayıtmaq istəyib.
"Düşmənin əks-hücumunun qarşısını alarkən döyüş yoldaşım qucağımda şəhid oldu. Bizi minaatanla vururdular. Mən irəlidə gedirdim, o isə məndən 10-15 addım arxada idi. Məni tələsdirdi ki, tez ol, birdən səni vurarlar. 20-30 saniyə sonra yerimizi dəyişdik və minaatan onun yanına düşdü. Silahdaşını qucağında itirmək çox ağırdır. O, təzə ata olmuşdu, övladının qoxusunu doyunca ala bilməmişdi", - deyə Q.Fərzəliyev bildirib.
Vətən müharibəsi zamanı yaralanan Qafar Fərzəliyev müalicədən sonra hərbi xidmətini davam etdirmək istədiyini deyib. O, bu qərarının hərbi hospitalda polkovnik tərəfindən böyük dəstəklə qarşılandığını bildirib.
Qeyd edək ki, Qafar Fərzəliyevin qardaşı İlkin Fərzəliyev də Vətən müharibəsində iştirak edib və Suqovuşana Azərbaycan bayrağını sancıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 27 Sentyabr 2026 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















