Icma.az
close
up
RU
Güllünün “sədr taxtı”

Güllünün “sədr taxtı”

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

O çağlarda kəndimizdə hər evdə bir “sədr taxtı” olardı. Bütün külfət o “sədr taxtı”nın üstündə yatardı. Öz ocağının tüstüsü də, istisi də, hətta “sədr taxtı” da ona şirin idi. O taxtın başına pərvanə kimi dolanırdı. Oğlunun körpələrinin–nəvələrinin mışıl–mışıl yatdığı taxtın üstündə yatmağı şahlıq taxtından üstün tuturdu Güllü nənə. Deyirdi həmişə yerimi “sədr taxtının ikinci mərtəbəsi”ndə salarsınız. İkinci mərtəbə dedikdə, o taxtın üstündə çarpayı qoyulmuşdu, Güllü nənə üçün ayrıca yer salınırdı. Özü belə istəyirdi. Deyirdi mən ağa qızıyam, yerim-yatağım hündür olmalıdır. Bir vaxtlar dağı arana, aranı dağa daşıyan qeytərli Güllü nənə gecələr öz güllü yorğanına bürünüb şirin yuxu yatırdı.

...Ömür Günəşi qüruba enəndə oğlu Ziyəddinə üz tutub dedi: - Bir gün ölsəm, elə bil ki, durnaların qatarına qoşulub getmişəm. Özünü mənsiz hiss eləmə. Bu işıqlı dünyada mən çox zülmlərə dözdüm, çox çətinliklərə sinə gərdim. Amma heç vaxt sınmadım, dost-düşmən qarşısında əyilmədim. Sən də heç zaman dərdin səsinə uyma. Mən səni və bacını ürəyimin qanı ilə böyütdüm, amma heç kimi könlümün şikayəti ilə incitmədim. Dünyanın ən böyük ayrılıq dərdi mənim ürəyimin başındadır. Qız vaxtımdan saçlarım dərddən boyanmış dağların qarı kimi ağappaq idi. Şükürlər olsun ki, Tanrım taleyimi çarəsiz yazmadı. Stalin öləndən sonra Borçalıya qayıtdıq, sonra da bəraət aldıq.

...Bolşevik hökuməti onun kəndxuda atası Təhməzqulunun və nəsil şəcərəsinin eldəki nüfuzundan qorxurdu. Güllünün uşaqlığının şüurlu hissəsi təqiblər, təhdidlər, faciələr içində keçmişdi. Evləri Faxralı kəndinin gözəl guşələrindən birində idi. Oradan hər şey güzgü kimi aydın görünürdü. Səksən yaşlı Təhməzqulu ağanı bolşevik hökuməti hündür bir təpənin üstündə kənd adamlarının gözü qarşısında güllələdi. Həmin o hündür təpə sanki edam meydanına çevrilmişdi. Anaların, bacıların ahı bulud-bulud göylərə ucalırdı. Uzun illər o faciənin təsiri insanları tərk etməmişdi. O ağrıları sözlə ifadə etmək çətindir, çox çətindir. Müdhiş mənzərənin miqyasının böyüyəcəyini düşünənlərin başının üstündən göy, ayağının altından yer qaçırdı. Bütün kənd yasa batmışdı. Analar ağlayırdı, mərdanə kişilər heykəl kimi cansız və dalğın görünürdü. Uşaqların üzündə sonsuz qorxu və dilsiz iztirab vardı.

Başına bağladığı güllü yaylığının ucu ilə göz yaşlarını silən Güllü də pəncərədən oğrun-oğrun zirvəli dağlara baxırdı. Gördükləri iti xəncər kimi ürəyinə sancılanda gündüzlər Günəşlə, gecələr Ayla həmdəm olurdu.

Tarixin acı dərsləri – qətllər, sürgünlər, işgəncələr onun nəsil şəcərəsinin qürurunu sındıra bilməmişdi. Güllü nənə özünü sındırıb ağayana dərdini hər adama söyləməzdi. Bilirdi ki, bu gün didərgin salınıb sürgün edilsələr də, sabah, biri gün öz isti yuvalarına dönəcəklər. İçindəki dərd və ümidlə yaşayırdı. Dünyaya göz açdığı, qucağında böyüdüyü eldən Orta Asiya çöllərinə sürgün edilməyin və üçillik məhbəs həyatının acısını dadsa da, öz yurd- yuvalarına həmişəlik qayıdacaqlarına inanırdı.

İman Türkiyəyə keçdikdən sonra arvadı Balaxanım bir gün körpə oğlu Teymuru Güllünün yanında qoyub, qayadan dirilik çiçəyi dərmək adı ilə evdən çıxdı. Və bolşevik hökumətinin əlinə keçməmək üçün torpağa, daşa, gülə-çiçəyə əlvida deyərək özünü qayadan atdı. Bu hadisədən sonra İmanın ən yaxın qan qohumlarını, o cümlədən bacısı Güllünü sürgün etdilər.

Ömrün-günün sərt çağında başının üstünü qar alanda da, o, dünyaya həyat eşqi ilə baxırdı. Bir zamanlar dağ boyda dərd daşıdığı çiynində sonra nəvələrinin sevincini daşıyırdı. Ömrünün-gününün əziz həmdəmi övladları və nəvələri idi. Bilirdi ki, həyatın barı, ömrün nübarı şirin-şəkər nəvələrdir. Beş nəvəsi başının üstə dayananda, ağsaçlı günləri nura boyananda özünü dünyanın bəxtəvəri sayırdı.

Ayaması “Çopur Güllü” olsa da, Güllü nənə elimizin yaraşığı idi. Üzündə, gözündə, söhbətində-sözündə ərənlik, ərdəmlik nişanəsi vardı.

Mən universiteti bitirib yayda kəndimizə gələndə Güllü nənəni həyətimizdəki tut ağacının altında oturub anamla söhbət edən gördüm. Boynumu qucaqlayıb üzümdən öpdü. Dodaqları titrəyə-titrəyə:

– Boyuna qurban olum, nə yaxşı gəldin, yaxşı ki, gəldin. Torpaq çəkir, qan çəkir, - dedi.

Tarixin dərin qatlarından bir vaxtlar qeyrət qalası kimi ucalan Güllü nənə ilə son görüşüm məni kövrəltdi. Boyu balacalaşmışdı, rəngi sozalmışdı.

...Güllü nənədən nə qədər yazsan, sözü-söhbəti bitməz. Bu, elə bir qeyrət simvoludur ki, gərək ondan bir roman yazasan. Daha ömrün sonuna da bir şey qalmayıb. Yaş ötür, ömür bitir. Yaş demişkən, Güllü nənə yüz yaşın kürəyini yerə vurduqdan sonra köçdü bu dünyadan.

Həzi HƏSƏNLİ,
şair-jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 02:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri