Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

GÜLMƏŞƏKƏR Kəbutər Hakverdinin hekayəsi

GÜLMƏŞƏKƏR Kəbutər Hakverdinin hekayəsi

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

Qəsəbənin kənarında bir ev vardı… böyük, divarları daşdan olsa da arakəsmələri köhnə  və taxtadan. O evdə bir qız yaşayırdı. Uzun qara hörüklü. Sanki gecə onun saçlarına sığınmışdı. İri,  qara gözləri baxan hər kəsi bir anlıq susdururdu. Və o gülümsəyəndə elə bil günəş doğurdu. Qəsəbənin küçələrində görünəndə  məktəbdə, marketdə baxışlar arxasınca sürünürdü. Yaşlı qadınların bir az cəsarətliləri dodaqaltı  pıçıldayırdı:

- Bu gözlliyə baxsan… Atası soğan, anası  sarımsaq… bu  haradan oldun gülməşəkər?..

Qız bu pıçıltıları eşidirdi. Çirkin atası və pinti anasını nəzərdə tutduqlarını bilirdi. Gülümsəməkdən başqa çarəsi olmadığı üçün həmişə də gülümsəyirdi. Çünki başqa cür davrana bilməzdi. Ya da bəlkə… Üzünü turşuda, saymazyana keçib gedə bilərdi. Amma belə davransaydı… Elçilərin qapılarına düzüləcəyi yaşda idi. Qəsəbənin ən gözəl qızı olsa da hələ ki qapılarına elşi ayağı dəyməmişdi. Səfehcəsinə təbəssümlə gəzən  atası, üstü-başı kirli anası qəsəbə sakinləri tərəfindən ciddiyə alınmırdı. Olsa olsa yaşı keçmiş bir oğlan bəlkə qolundan tutub evinə aparardı. Hələ ki elə birisi də yox idi. Anasına baxanda həmişə özünə yazığı gəlirdi. Sözləri mənasız, baxışları soyuq. Həyat haqqında heç bir düşüncəsi olmayan bir qadın. Toyuq basırır, yumurtaları toplayır, otaqları yığışdırır, uşaqlara yemək bişirirdi. Ayaqlarında həmişə atasının corabları olurdu və əksər vaxt corabları taykeş geyinirdi.  Daş divarlı taxta arakəsməli evdə həyat bundan ibarət idi. Necə olmuşdu ki, belə ata və anadan bu qədər gözəl qız-gülməşəkər doğulmuşdu. Qəsəbə buna alışa bilmirdi və qız da bunu başa düşürdü. Onunla rastlaşan qəsəbə sakinləri də bunu qızdan gizlətməyə çalışmırdılar. 

Qız isə hər gün iki balaca qardaşının əlindən tutub məktəbə aparardı. Onlara ana kimi davranırdı. Çünki bilirdi… qardaşlarının qəlbi  onunkından daha az qırılmalıdır. Valideyn iclasına gedəndə müəllimlərin:

- Anan gəlməyəcək?-sualına  başını aşağı salıb:  

- Mən gəlmişəm…-deyirdi. 

Deyər və öz sehirli təbəssümü ilə gülümsəyərdi. Gecələr qız hamı yatandan sonra güzgünün qarşısına keçərdi, oradaki əksinə tamaşa edərdi. Hamının “gözəl” dediyi çöhrəsinə. Gülümsəmədən baxardı. Gözlərindən yaş süzülərdi. Uzun kipriklərinin ucundan yaxasına damlayardı göz yaşları. Sakit… səssiz… Pəncərədən ona heyralıqla tamaşa edən və matı-qutu qurumuş ay kimi sakit və səssiz. Sanki illərdir içində yığılıb qalan  bütün sevgi və gözəl  sözlər göz yaşlarına qoıulub axıb gedərdi. 

Qəsəbənin cavanları  qıza baxmazdı. Baxmırdılar deyildi…  baxmağa cəsarət etmirdilər. Qızın  gözəlliyi onları cəzb etmirdi deyil… əksinə, çoxunun ağlını başından alacaq qədər cazibədar idi Gülməşəkər.  Amma hamısı eyni şeydən çəkinirdi: valideynlərindən. Qəsəbədə yazılmamış, amma heç vaxt pozulmayan bir qanun vardı. Bir qız yalnız özünə görə qiymətlndirilməzdi. Gəlin seçərkən daha çox yetişdiyi ailəyə, sonra nəsil-nəcabətə daha sonra ailənin dostuna, tanışına baxılırdı. Gəlin namizədi seçiləndə gözəlliyə yox… atasının ad-sanına, anasının əxlaqına, evlərinin qapısına baxardılar. Heç kim qəsəbənin standartlarını pozmağa cəsarət etməzdi…

Qəsəbənin oğlanları qızı yalnız uzaqdan izləyərdilər. Gizlincə. Bəlli etmədən.  Qız gülümsəyəndə onların da baxışları dəyişirdi. Amma o dəqiqə gözlərini qaçırır, üzlərini çevirirdilər. Çünki bilirdilər… qıza  yaxınlaşmaq yalnız bir qıza yaxınlaşmaq deyil. Öz ailələrinə, sonra nəsil-nəcabətlərinə, daha sonra dost-tanışlarına qarşı çıxmaq,  qəsəbənin yazılmamış qanunlarını pozmaqdı. Sevgi  içlərində doğar, dilə gəlmədən ölürdü. Könül sərhəd tanımaz deyirlər amma bu qəsəbənin  nə kimsə tərəfindən pozulmayan,   nə də pozulmağa cəsarət edilməyən sərhədləri vardı. Qəsəbənin bütün çavanları, evlənmək yaşındakı oğlanları o sərhədlərin harada başladığını harada bitdiyini çox yaxşı bilirdi.

Bir gün qəsəbədə hamı heyrət içində idi. Gülməşəkərə  elçi gəlmişdi.

Küçədən keçənlər addımlarını yavaşlatdı, pəncərələr aralandı, pıçıldaşmalar başladı. Qızgilin  evinin qarşısında…  iki xarici maşın dayanmışdı. Bu,  qəsəbə üçün adi bir şey deyildi. Çünki burada elçilik gizli-gizli olardı. Oğlan tərəfin qadınları oğrun-oğrun gələrdi ki, kimsə görməsin. Gəldikləri qapıdan əgər “yox” cavabı alsalar, dilə-dişə düşməsinlər, hörmətləri zədələnməsin. Gülməşəkərə  elşi gələnlər isə dəstə-tifaqla, aşıq aydın həm də iki inomarka avtomobillə gəlmişdilər. Cavanlar maraqla kücənin başında,  ayağında dolaşır, kişilər marketin önündə güya söhbətə yığışıblarmış kimi siqaretlərini tüsdülədirdilər. Yavaş yavaş məlumatlar qəsəbəyə yayıldı. Oğlan yaxın şəhərlərin birindən idi.  Xırda ticarətlə məşğul idi… Elçilikdən sonra ilk dəfə Gülməşəkərgilə gələndə bir az daha rahatladı qəsəbə. Kürəkən Gülməşəkərə yaraşırdı. Ucaboy, enlikürək, qartal baxışlı. Çox da mərifətli idi. Qızgilin evlərinin önündə maşından düşdü, həyət darvazasından içəri girmədən əvvəl qonum –qonşu ilə də salamlaşdı. Qəsəbə zamanla bu yaraşıqlı çavana öyrəşdi. Sonra sevdi. Pıçıltılar susdu. Gülməşəkərin nişanlısı ayda  iki dəfə onlara gəlirdi. Onun gəlişi qızdan daha çox iki balaca qardaş üçün toy-bayrama çevrilirdi. Birlikdə alış-verişə çıxardılar. Parkda gəzər, dondurma yeyər və bəzən də rayon mərkəzinə kinoya gedərdilər.  Nişanlı son gəlişlərində bir neçə dəfə Gülməşəkəri  və qardaşlarını maşına mindirib öz yaşadığı şəhərə aparmışdı. Qəsəbə bunu bir cümlə ilə izah edirdi: 

- Toya hazırlaşırlar… Və həqiqətən… sanki qəsəbədə təkcə Gülməşəkərgilin evi deyil, bütün qəsəbə toya hazırlaşırdı. Küçələrdə iri tiyanlar qurulmuş, altında ocaq çatılmışdı. Rayon mənzil-kommunal idarəsinin işçiləri illərdir baxımsızlıqdan çala-çuxur olmuş köhnə yollara asfalt örtüyü salırdı. 

Həmin gün… Günəş sanki qəzəblə  qəsəbənin üstündən asılmışdı. Hava nəfəs almağa belə imkan vermirdi. Torpaq yanırdı… divarlar qızırdı… sanki hər şey əriməyə başlamışdı. Radio dayanmadan səslənirdi:

- Diqqətli olun… qan təzyiqi və ürək xəstəliyi olanlar evdən çölə çıxmasın…

Təkcə qəsəbə sakinləri deyil, toyuq cücə, qurt quş da küçədən bayırdan çəkilmişdi. Qəsəbə səssizliyə bürünmüşdü.  Mənzil Kommunal İdarəsinin işçilər tiyanların altını söndürüb idarəyə geri dönmüşdülər. Yeni döşənmiş asvalt örtüyü günəşin istisindən xəmir kimi əriyib axmışdı. Qara… yapışqan… səssiz- torpağın üstündə gizlənən bir tələ kimi. Qəsəbəyə çökmüş səssizlik  bir azdan nəyinsə baş verəcəyini pıçıldayırdı. Qız o gün pəncərənin  qarşısında dayanmışdı. Günəş onun üzünə düşürdü… amma o, yenə üşüyürdü. Uzaqda, yarımçıq asfalt çəkilmiş yola baxdı. Qara qır…  əriyib yayılmışdı. Nedensə ürəyi sıxıldı. Səbəbini bilmədi. Sadəcə içində bir hiss bu gün nəsə olacağını deyirdi.   Ətrafın sakit olduğunu görən iki balaca qardaş yavaş-yavaş həyətə çıxdılar. Qorxu tanımayan uşaq marağı ilə tiyanların yanına qaçdılar.  Hələ də isti olan qır qazanına baxdılar. Onlar üçün bu… sadəcə oyun idi. Bir az daha yaxınlaşdılar. Bir az daha… Və bir an… hər şey dəyişdi Ayaqları sürüşdü. Nə vaxt… necə… qazana düşdüklərini özləri belə anlamadı. Bir anda qışqırıq qopdu. Uşaqların səsi qəsəbənin sükutunu yarıb keçdi. Qara, yapışqan qır iki balaca bədəninə suvaşdı.  Uşaqlar çırpınırdı… Əvvəl qız, sonra anası uçaqların səsinə qaçdılar. Uşaqları tiyandan çıxarıb evə gətirdilər. Ərinmiş qır ilıq, suvaşqan örtük kimi uşaqların bədəninə yapışmışdı.  Uşaqları yudular, keçmədi. Təmizləmək qeyri mümkün idi. İsti su da işə yaramadı. Anası həyətə qaçdı. Böyük plastik qutuda benzin vardı. Onu gətirdi. Uşaqları mətbəxin ortasında ləyənin içinə qoydular,  benzinlə təmizləməyə başladılar. Ana durmadan ağlayırdı. Qızın üzü əyilmişdi. O qədər həyəcanlanlı idilər ki, benzinin buxarlanaraq mətbəxə dolduğuna fikir vermirdilər. Əslində qız benzinin buxarlanaraq partlaya biləcəyini də bilmirdi. Qaz sobasının üstündə qaydan qaynayırdı. Qız axşamdan yarpaq dolması bükmüşdü. Bu gün… oğlan onlara gələcəkdi, gözəl süfrə aşacaqdı.  Yarpaq dolması da xırda-xırda qaynayır və ləzzətli qoxusu mətbəxi doldururdu.  Gülməşəkər nişanlısı ilə toydan danışacaqdı, nişanlısı həmişə olduğu kimi onun hazırladığı yeməklərdən yeyib qıza tərif yağdıracaqdı.  

Partlayış baş verəndə qıza elə gəldi ki, günəş pəncərədən içəri düşdü.  Sarı-qırmızı alov topu gurultu ilə partladı və onları mətbəxin künclərinə sovurdu. Alov sürətlə yayıldı. Taxta arakəsmələr bir anda alov topuna döndü. Ev sanki nəhəng bir tonqal idi. Evdən çıxmaq mümkün deyildi. Uşaqlar boğulurdu. Qonşular yığılmışdı. Qışqırıq… ağlaşma… Hamı ora bura qaçır, bağırır, səs – küy salırdı. Kimsə qaçıb yanğınsöndürən çağırmağa getdi. Məlum idi ki, yanğın bu sürətlə davam etsə bir necə dəqiqədən sonra ev külə dönəcəkdi. Elə bu an…küçənin başında Gülməşəkərin nişanlısının   maşını  göründü. Avtomobil toz qaldıraraq yaxınlaşdı. Oğlan qapını açıb yerə atıldı. Gözləri bir anlıq evə zilləndi. Alov göyə qalxırdı. Oğlan tərəddüd etmədən alovun içinə girdi. Ev od püskürən  əjdaha kimi nərildəyir, guruldayır, toplaşanların çığır-bağır səslərini udurdu.  Qəsəbə sakinləri artıq evdən kimsənin çıxacağını gözləmirdi. Amma alovun içindən bir kölgə çıxdı… Sanki alovdan don geyinmişdi.

Gülməşəkərin nişanlısı idi bu. Uşaqları çuval kimi çiyninə atmışdı. Uşaqları ona tərəf qaçan adamların üstünə atıb geri döndü.   Camaat dərindən  iç çəkdi. Sonra sanki küçəyə toplaşan qəsəbə sakinləri deyil bütün ətraf nəfəsini qısdı. Səssizlikdə yalnız alovun gurultusu və yanan taxtaların çırtıltısı eşidilirdi. Oğlan ikinci dəfə alovun içindən çıxanda bir topa alov təsiri bağışlayırdı. Toplaşanlar yanan ətin iyini hiss edib onun üstünə yüyürdülər. Oğlan Gülməşəkəri və anasını camaata tərəf itələyib yerə yıxıldı… 

…Gülməşəkər nişanlısının yatdığı palataya girdi. Oğlan çarpayıda uzanmışdı. Bədəni… başı… hamısı ağ sarğı ilə örtülmüşdü. Sanki insan yox… sarınmış bir ağrı idi. Qollarının,  əllərinin üstündəki damarlara sistem qoşulmuşdu. Şəffaf maye damla-damla oğlanın bədəninə axırdı. Qız belə səhnələri filmlərdə görmüşdü. Elə o an həkim içəri girdi. Uzun uzadı qıza, qızın barmağındakı qalın nişan üzüyünə baxdı. Başını buladı:  

- Vəziyyəti ağırdı — dedi. Bir anlıq susdu. Sonra əlavə etdi- — Bir həftə… çox böyük risk var. Böyrəklər imtina edə bilər. Bir həftədən sonra yenidən komsilium keçirib vəzyyətini qiymətləndirəcəyik. 

Qız artıq eşitmirdi. Gözlərindən yaş süzüldü. Sakit… səssiz… İri qara gözlərindən qopub düşən o yaşlar
köynəyinin yaxasını islatdı. Qız əlinin arxası ilə göz yaşlarını sildi. Barmaqları titrəyirdi… amma  özünü toplamağa çalışdı. Həkimin gözlərinin içinə baxdı:

- O… mənim gəldiyimi hiss edir? — deyə soruşdu.

Həkim başını yellədi:

- Onu süni yuxu ilə yatırtmışıq…- Bir anlıq dayandı-  Həyati riski arxada qalandan sonra   oyanacaq.İndiki halda ağrıya dözə bilməz… şok keçirər. 

Qızın baxışları donmuşdu. Demək… o, buradadır… amma həmdə yoxdur.

- O zaman mən  bir həftə sonra gələrəm. – Gülməşəkər təkrar ağladı, gözlərindən yağmur kimi şəffaf damlalar səpələndi.

Bir həftə sonra qız yenə nişanlısının palatasındaydı. Nişanlanlısı Gülməşəkərin əlindən tutdu. Qız daha ağlamırdı. Həkim içəri girdi. Səsi gümrah idi.

- Bir həftə sonra sarğıları açırıq… Bizim qəhrəman görünür ki, toya çox tələsir.- Sonra gülümsəyərək əlavə etdi-

- İlk dəfədir bu qədər sürətlə sağalan xəstə görürəm. 

Oğlanın səsi dərindən və uzaqdan gəldi:

- Siz xüsusi dəvətlisiniz, doktor…

Həkim başını tərpətdi.

- İnşallah…- Və çıxdı.

Qapı örtüldü. Qız çarpayının kənarına oturdu:

- Əzizim…

Oğlan onun əlini sıxdı. Oğlanın bədənində alovun yandırmadığı yeganə yeri sarğıdan kənarda qalmış sağ əli idi.  

- Salamatlıqdır?.

Qız başını tərpətdi. Nişanlısının danışmasını istəmirdi. Gülməşəkər bu səsi tanımırdı, ürəyi sıxılırdı bu qorxunc və xışıltılı səsdən. Qız üzgündü, ağlayacaqdı. Gözləri yaşla dolmuşdu. Ayağa qalxdı:

-Bir həftə sonra gələcəm. 

Bir həftə sonra Gülməşəkər gözlərində qocaman boşluq palatanın ortasında dayanıb sarğıları açılmış niıanlısına baxırdı… O yaraşıqlı üz yanıb qırışmışdı. Başının bir hissəsinin tükləri sanki yerli dibli  yox imiş.  Qulağının yerində  yanıb yapışmış ət parçası vardı. Bərələ qalmış  gözünün birindən  dayanmadan su axırdı. Burnunun bir tərəfi ərimiş kimi sifətinə yapışmışdı. Qız qorxmuşdu ama qışqırmaq üçün gücü yoxdu. Sağollaşmaq vaxtı idi. Oğlan əlini uzatdı. Qız geri çekildi yəqin ki nişanlısının yaralarına toxunub ağrıtmaqdan ehtiyat etdi. Oğlan:

- Sabah gələndə… ayranı gətir mənə -dedi- nehrə ayranı. 

Qız bir addım daha gerilədi. Demək bundan sonra danışmaq nişanlısı üçün bu qədər ağır olacaq. Bir kəlmə sözü demək üçün sirsifəti belə əyiləcək, dodaqları bir birinə yaxın gəlməyəcək. 

Ertəsi gün qız gəldi. Sakit, gözlərindən yaşlar tökülərək çantasından plastik şüşədə ayran çıxartdı. Balaca fincana ayran süzdü. Sonra qaşığı götürüb qardaşları kiçik olanda etdiyi kimi ehmal ehmal nişanlısına ayran içirtdi. Nişanlısı üzünü çevirdi. Bir neçə qaşıq ayran içmək belə onu yordu. Qız çarpayının baş ucundakı tumbanıın üstünü səliqəyə saldı. Gətirdilərini yerbəyer etdi. Sonra ayaq üstə dayanıb xeyli nişanlısına tamaşa elədi. Nişanlısı təkrar üzünü qıza çevirdi. Qız ürəyində Allaha yalvardı:”Nə olar bircə gülümsəməsin.” Oğlan gülümsəmədi. Üzgün görünürdü. Yanıb ağzı burnuna qarışmış çöhrəsindən heç bir ifadəsini oxumaq mümkün olmasa belə Gülməşəkər onun kədərli olduğunu hiss etdi. 

Bir az sonra tibb bacısı içəri girdi. Oğlanın yaralarına dərman sürtəcək, yatağını dəyişəcəkdi. Qız palatadan çıxdı. Qapını  arxasınca səssizcə örtdü. Tibb bacısı oğlanın dərmanlarını içirtdi. Yaralarını gözdən keçirtdi. Yastığını dəyişmək üçün götürəndə Gelməşəkərin qoyub getdiyi balaca bükülünü gördü. 

- Bu nədir?.. — dedi və əl yaylığına bükülmüş nişan üzüyünü acıb diqqətlə baxdı. Sonra üzüyü oğlanın bədənində yeganə yanmayan yeri olan ovcuna qoydu.

Oğlan üzüyə baxdı. Uzun müddət… heç nə demədi. Tibb bacısı öz işi ilə məşğul idi. İşini qurtarın belini dikəltdi.

Oğlan Tibb bacısına baxıb:

-Əlim ağrıyır- dedi pıçıltı ilə. Sonra var səsi ilə qşıqırmağa başladı-Əlim ağrıyır… ağrıyır…  
Həkim qaça-qaça palataya girdi. Oğlanın barmaqlarını açıb üzüyü götürdülər. Oğlan yerində qıvrılırdı: 

-Doktor, əlim yanır… Ovcum yanır, doktor…

Həkimin göstərişi ilə tibb bacısı oğlana sakitləşdirici iynə vurdu. Damardan vurquduqları üçün oğlan həmən sakitləşib yuxuya getdi. Həkim ümumi müayinədən sonra tibb bacısına:

-Həkimləri təcili toplantı otağına çağırın-dedi.

Yəqn ki, bir daha bir həftə süni yuxu rejminə keçəcəyik-deyib otaqdan çıxdı.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Aprel 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see686

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see487

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see281

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see279

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see265

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see262

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see255

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see250

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see249

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see248

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see246

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see236

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see227

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see227

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see223

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see222

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see215

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see214

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri