Icma.az
close
up
RU
SPİDLİ Kəbutər Hakverdinin hekayəsi

SPİDLİ Kəbutər Hakverdinin hekayəsi

Icma.az bildirir, Mia.az portalına istinadən.

Kəbutər Hakverdi,

Xüsusi olaraq Mia.az üçün

***

- Yenə bura heç nə qoymayıbsan? Eşşək ki, eşşək, düzəlmədin də sən. Hayıf deyil rus qızları.

Kiçi əlini çarpayının başına atdığı maykasına uzatdı.

- Onunla yoooxxx, qaynatmağa persol tapmıram.

"Eşşək oğlu eşşək" Qadın da ürəyini belə soyutdu.

Sonra qadın yorğanın altına sığındı, başını yastığa basdı. Bütün vicudunu tərk edən ehtirasın, şirinliyin yerinə ağrı və nifrət yayılırdı. Üzü əyilir, iri, qara gözləri yaşla dolurdu. Həmişə belə olurdu. Hər dəfə bu hissin bir də təkrar olmayacağına ümid etsə də, heç nə dəyişmirdi. Gözucu masanın üstündəki bıçağa baxdı. Öldürsəydi bu adamı? Həyatını alt-üst edən bu iyrəncin qan içində qıvrıldığını görsə bəlkə məhv olmuş həyatının intiqamı alınmış olurdu. Yox…yox, yox… qızını əllərdə qoya bilməz. Həm də türmədə yatınca kişisi var da. Nolsun ki, kənddə hamının ona yazığı gəlir. Ərinin günü-gündən əriyib muma döndüyünü görüncə, dədəsi də pərvanə kimi başına fırlanır. O, gün təhlillərə baxan həkim də bir xeyli başını buladı. Bayaq özü də hiss elədi, daha əri əvvəlki deyil. Görəsən nə qədər çəkər? Heç olmasa camaat bilməsin. Yoxsa, vallah, qəbristanlığa da qoymazlar, onu da yüz faiz kənddən çıxararlar. Keçən il qonşunun oğlu siflisdən öləndə kəndin mollası dedi belə adamı qəbristanlıqda basdırmaq olmaz. Meyid iki gün yerdə qaldı. Nə söz-söhbətlər gəzdi, ilahi! Tükləri ürpəşdi, qollarını örtüyün altında gizlətdi. Əri əlini başının altına qoyub gözlərini gecə lampasının rəngbərəng işıqları oynaşan tavana zilləmişdi. Toy günü rəfiqələri bağışlamışdı bu gecə lampasını. Qara gələydi o günü. Hardan ağlına gələrdi, yolda-yolaxda qarşılaşanda oğrun-oğrun ona baxan bu oğlanın axırı belə olacaq. Qırmızı yanaqları, nazik, qara qaşları, hündür boyu, enli kürəkləri... Ay allah, hələ dodaqlarının üstündə kinolarda gördüyü qəhrəmanların bığına bənzəyən çənəsinə qədər enmiş bığları. Oğlanın elçisi qapılarını döyəndə anasının sevindiyindən ayaqları yerə dəymirdi. Kəndin ən pullu oğlanı, ev-eşiyinə top vursan dağılmaz, hər il Rusiyadan bir ətək pulla qayıdır. Nə təmtəraqla evləndilər, necə xoşbəxt idilər. Toy gecəsi hamilə qalmışdı. Nə xəyallar qururdular, nələr arzu edirdilər. Bu da axır Qızı hələ məktəbə getmir, heç nə başa düşmür. Həkim uşağı da nəzarətdə saxlayır. İki xəstədən doğulan uşaq ən az daşıyıcı olmalı imiş ama qızlarının bütün analizləri hələki təmiz çıxır.

Kişi əlini uzadıb qadını sinəsinə çəkdi:

- Ölləm sənnən ötrü.

İtələmək istəsə də kişisinin qoxusu burnuna dəyincə əzaları boşaldı. İçindən qalxan isti dalğa bədənini bürüdü:

- Səni sevirəm...

Bu sözü ilk dəfə ərindən toy gecəsində eşitmişdi. Sonra zor-xoş özü də etiraf etməli olmuşdu. Toy gecəsi başlayıb qızı doğulan günü ömrü bitdi o günlərin. Həkimlərin gözlərindəki çaşqınlıqdan anladığı bu oldu ki, nəsə qripə oxşayan xəstəliyə tutulub. Hamıdan qorunmalıdı, adamlarla az təmasda olmalıdı, özünü soyuqdan gözləməlidi. Əri Rusiyada işini-gücünü buraxıb gəldiyi üçün yaman əsəbi idi. Arvadının qanında xəstəlik tapıldığını biləndə şirə döndü. Az qala palatada ayaqlarının altına salıb tapdayacaqdı qadını. Gəlinin döşünə saldığı uşaq da gözünə görünmürdü. Polis çağırıb sakitləşdirdilər. Həkimlər qorxusundan onu evə buraxmırdılar. Təhlillər gələndə isə həkim başa saldı ki, əri artıq xəstəliyin ikinci mərhələsindədi və SPİD deyilən bu xəstəlik nədirsə onu əri gətirib yoluxdurub qadına. Bu dəfə o qızdı, yığışıb dədəsinin xarabasına qayıdacaqdı. On səkkiz il yaşa, kənddə adına bir çöp sınmasın, dədənin, qardaşlarının namusunu qoru, bu da axırı? Hər dəfə pal-paltarına əl atanda əri az qalırdı ayaqlarına düşsün. Yalvarırdı, yalvarışlar fayda verməyəndə hədə qorxuya keçirdi. Qadı kimə lazım idi bundan sonra. Cavandı, hələ kişiyə ehtiyacı var. Ayağını əyri atdı həbs edəcəklər. Xəstəxanadan çıxanda imzaladığı kağızlar boşuna deyil ha. Hələ kənddə bilsələr nə olacaq, heç fikirləşir? Getsəydi guya əri onu rahat buraxacıqdı? Bu papaq ona haram olsun, deyəcəkdi ki, əxlaqsızın biri imiş, onu da yoluxdurub ömürlük bədbəxt etdi. Ona yox, ərinə inanacaqdılar. Oyan-buyan eləsə basdıracaq Ramanaya-Bakıdakı pis xəstəliklərin müalicə olunduğu həbsxana tipli xəstəxanaya. Hər şey pulun başında deyil? Şükür Allaha, pul onda bir də ingilisdə.

Başını kişinin sinsənidən kənara çəkdi ki, nəfəsi üzünə toxunmasın. İt oğlu, gəbər, indi də danış də puldan. Beş ilin içində nə var satdı, sovurdu, hər şeyi. Bircə bu çarpayını satmağa ürək eləmədi. Kimsə yoluxardı, kənddə- kəsəkdə biabr olardılar. Fısdan düşəndən sonra ora-bura qaçmağı da tərgidib. Öl, canın çıxsın, oğraş. İndi qal arvadların arxasına baxıb ağzının suyunu uda uda.

Hər dəfə yoxlamadan keçməyə gedəndə təhlillərin nəticələrini uzun-uzadı izah edən həkim kimisə yoluxdurmağın məsuliyyətindən də danışırdı. Virus... Bax ha, indi demək o virus imiş? İçində hərdən nələrinsə tərpəşdiyini, qaynaşdığını hiss edirdi. Qışqırıb yerindən qalxmaq, küçə boyu ulaya-ulaya qaranlığın qoynuna cummaq istəyirdi. Bədəninin tarım çəkilib gərildiyini əri də hiss elədi. Onu təkrar sinəsinə sıxdı, nəsə pıçıldadı.O da qolunu ərinin boynuna doladı. Kişinin bədəninin istisi yay kimi çəkilib, gərilmiş əzalarını yumuşaltdı. Harada olduğunu unutdu bir anlıq, başı hərləndi gözləri qaraldı, dərin bir uşruma yuvarlanırmş kimi nəfəsi qısıldı.

…Qapı cırıltı ilə açıldı. Qızcığaz özünü çarpayıya atıb onların arasına dürtüldü:

- Mən ooda qooxuyam...

İkisi də gözünü yumub susurdu. Valideynlərinin dinmədiyini görəndə özünə bir az da yer eləyib:

- Ooda quubağa möö eləyiy- dedi.

Sonra onların güldüyünü görüb özü də uydurmasına uğunub getdi.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:368
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Fevral 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri