Icma.az
close
up
RU
Gültəkin Hacıbəyli Bakıya nə vaxt təhvil veriləcək? Türkiyəli hüquqşünaslar açıqladı

Gültəkin Hacıbəyli Bakıya nə vaxt təhvil veriləcək? Türkiyəli hüquqşünaslar açıqladı

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Şuranın üzvü və sabiq deputat Gültəkin Hacıbəylinin Bakıya təhvil verilməsi qərara alındıqdan sonra onun nə zaman Türkiyədən deportasiya ediləcəyi müzakirə olunur.

Bir qədər əvvəl sosial şəbəkə hesabında paylaşım edən Gültəkin Hacıbəyli daha öncə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirildiyi barədə məlumat verib: “Aldığım məlumata görə, adıçəkilən mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır”.

Hüquqşünas Zeki Arıtürk Globalinfo.az-a açıqlamasında bildirib ki, bu kimi hallarda, əgər şəxs siyasi məhbus deyilsə və geri qaytarılma yeri “Çatalca”dırsa, prosedurlar başa çatdıqdan sonra bir həftə və ya on gün ərzində geri qaytarılır:

Zeki Arıtürk

“Lakin həyati təhlükə yaradan bir vəziyyət yaranarsa, məsələyə BMT İnsan Hüquqları Komissiyası müdaxilə edir. O zaman Türkiyə bu Komissiya tərəfindən prosesi dayandıra bilər. Əgər söhbət siyasi məhbusdan gedirsə, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin çox yaxşı münasibətləri var. Düşünürəm ki, onlar bu məsələ ilə bağlı bir-biri ilə əlaqə saxlayır. Əgər söhbət sıradan bir cinayətkarın ekstradisiyasından gedirsə, bu, 2-3 gün də çəkə bilər. Amma burada başqa bir amil olduğundan fərqli yanaşma mümkündür. Düşünürəm ki, bu, çevriliş cəhdi ilə bağlı olduğundan, Türkiyə məsələyə daha həssas yanaşacaq”.

Hüquqşünas Kadriye Güçlü Sakarya isə bildirib ki, sözügedən şəxsin deportasiya edilməsinə qarşı apelyasiya şikayəti rədd olunub və deportasiyası qəti şəkildə təsdiqlənib:

Kadriye Güçlü Sakarya

“Qanunda bu şəxslərin dərhal deportasiya olunduğu bildirilir. Lakin oradakı prosedurun sürətini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma adətən dərhal deportasiya olunurlar. Yəqin ki, apelyasiyanın nəticəsini gözləyirlər. Bəlkə də buna görə uzadıblar. Deportasiyası 15 dekabrda qətiləşdiyi üçün, onu bir-iki ay saxlamayacaqlar. Sənədləşmə və digər prosedurlar başa çatdıqdan sonra ilk mərhələdə deportasiya edəcəklər”.

Xatırladaq ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istintaqa çağırılıb. Amma o, Türkiyədən ölkəyə qayıtmaq istəmədiyi üçün orada saxlanılaraq noyabrın 30-da Arnavutköy Miqrasiya Mərkəzinə yerləşdirilib. Dekabrın 12-də isə həmin mərkəzdən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə köçürülüb. Dekabrın 15-də Gültəkin Hacıbəylinin 5 il müddətinə Türkiyədən deportasiya edilməsi ilə bağlı qərar qəbul edilib. Sülh Cəza Məhkəməsində onun Çatalca Geri Göndərmə Mərkəzində saxlanılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri