Icma.az
close
up
RU
“Gümüş cam” Münhenə qayıtdı

“Gümüş cam” Münhenə qayıtdı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zirvəyə yüksəlmək çətindisə, orda qalmaq ikiqat çətindi. “Bayer-04”ün timsalında bir daha bunun şahidi olduq.

Düzdü, komanda “tökülmədi” və yalnız “Bavariya”nı özündən irəli buraxaraq gümüş medalları qazandı. Amma bir il öncəki məğlubedilməz “Bayer-04”dən artıq əsər-əlamət görmədik. “Bavariya” proqnozlaşdırıldığı kimi asan şəkildə “gümüş cam”ı özünə qaytardı. “Ayntraxt” mövsümün əsas sürprizi oldusa, “Borussiya” son anda ÇL “qatarına minərək” mövsümü xilas etdi. Artıq anladığınız kimi bundesliqada ötən mövsümə yekun vururuq.
Kompani ilk mövsümdə bir titul qazandı
Ötən yay ciddi təcrübəsi və böyük uğurları olmayan Vensan Kompaninin baş məşqçi postuna gətirilməsini “Bavariya”da heç də hər kəs sevinclə qarşılamadı. Amma zaman göstərdi ki, bu məşqçinin bacarığı ən azı bundesliqada titul qazanmaq üçün yetərli oldu. 3-cü turdan liderliyi ələ alan “rekordmayster” sona qədər də zirvəni heç kimə vermədi. Rəqiblər sabit oynamadığından xal fərqi sürətlə olmasa da, tədricən artırdı. Yəni Münhen nəhəngi mövsümün heç bir anında çempionluğun taleyi ilə bağlı şübhə yeri qoymadı.
İkinci dövrənin gedişində “Bayer-04”ün maksimum bacardığı şey xal fərqini 6-ya endirmək oldu. Ancaq yekunda zirvədə 13 xallıq fərq oldu. Bu da onu göstərir ki, leverkuzenlilər münhenlilərin təklif etdiyi templə ayaqlaşa bilmədi. Digər turnirlərdə uğurlu çıxış etmək mümkün olmadığından “Bavariya” Kompaninin ilk mövsümündə yalnız “gümüş cam” ilə kifayətləndi. Komanda ÇL-də 1/4 finala qədər irəliləyərək burda “İnter”ə boyun əydi. Amma bu turnir “Bavariya” üçün daha çox “Bayer-04” sindromuna son qoymaq baxımından əlamətdar oldu. Onların yolu 1/8 finalda kəsişdi. Bu duelə qədər “Bavariya” bu rəqibi mövsümdə 3 dəfə məğlub edə bilməmiş və kubokda da onlara uduzaraq mübarizəni dayandırmışdı. Alonso bundesliqa tarixində “Bavariya”ya qarşı ilk 6 rəsmi matçda uduzmayan birinci məşqçiyə çevrilmişdi. Amma davamı gəlmədi. Kompaninin komandası ÇL-də prinsipial rəqibi həm səfərdə (2:0), həm də evdə (3:0) məğlub edərək tilsimə son qoydu.
Çempionluq rəhbərlik üçün Kompani ilə yola davam etmək baxımından yetərli oldu. Yəni komanda yeni mövsümə də bu məşqçi ilə başlayacaq. Amma bu dəfə belçikalıdan digər turnirlərdə də uğurlu nəticələr tələb olunacaq. Yeri gəlmişkən, bu çempionluq sayəsində müasir futbolun əsas ulduzlarından olan Harri Keyn də, nəhayət, karyersındakı titulsuzluğa son qoydu. İngiltərə yığmasının kapitanı son həftələrdə zədəli olsa da, mövsümün böyük hissəsini əla keçirdi və tam layiqli şəkildə mövsümün ən yaxşı futbolçusu seçildi. Yeni transfer Maykl Olise də özünü yaxşı tərəfdən göstərməyi bacardı.
“Bayer-04” bu dəfə bacarmadı
2023/24-ü məğlubiyyətsiz başa vuran və mövsümə superkuboku qazanmaqla başlayan “Bayer-04” bu dəfə artıq 2-ci turda uduzdu. Özü də evdə (“Leyptsiq”ə 2:3). Bu məğlubiyyət onu göstərdi ki, bir il əvvəlki templə davam etmək çətin olacaq. Komanda sanki bütün emosiyalarını, adrenalini, dramatik anları özü ilə bu mövsümə daşımağı unutmuşdu. Ya da bu resursların hamısından 2023/24-də istifadə olunmuşdu. Çünki bu dəfə demək olar, geridönüşlər və son dəqiqə qolları ilə əldə olunan tarixi qələbələr izləmədik. Halbuki əvvəlki mövsümdə məhz bu məqamlar Alonsonun komandasının əsas vizit vərəqinə çevrilmişdi. Faktiki Frimponq, Ta və Virtsdən başqa heç bir futbolçu əvvəlki səviyyəsini qoruya bilmədi. Şik önəmli qollar vursa da, bu, titulun qorunması üçün yetərli olmadı.
“Aspirinlər” təkcə bundesliqada yox, kubokda da titulu qoruya bilmədilər. Komanda yarımfinalda sensasiyalı şəkildə 3-cü bundesliqa təmsilçisi “Arminiya”ya boyun əydi. ÇL-də isə artıq yuxarıda bəhs etdiyimiz kimi 1/8 finalda “Bavariya” səddini keçmək mümkün olmadı. Yəni komanda yalnız superkubok və 2-ci pillə ilə kifayətlənməli oldu. Bəlkə də əvvəlki illərdəki “Bayer-04”üçün bu, çox uğurlu nəticə sayılardı. Amma 2023/24 mövsümü göstərmişdi ki, bu klubun potensialı daha artığına ümid bəsləməyə imkan verir.
Kovaç “Borussiya”nı ÇL-dən kənarda qalmağa qoymadı
Mövsümün gedişində Marmuş kimi ulduzunu itirən “Ayntraxt”, buna baxmayaraq, uğurlu çıxışını davam etdirdi. Dino Topmöllerin gördüyü işi yalnız alqışlamaq olar. “Qartallar” üçün 3-cü pillə və ÇL-ə vəsiqə çox mühüm uğurdu. Üstəlik AL-də komanda 1/4 finala qədər irəliləyərək burda turnirin gələcək qalibi “Tottenhem”ə gərgin mübarizədə (səfərdə 1:1, evdə 0:1) məğlub oldu. “Ayntraxt”, məlum olduğu kimi, artıq Ekitikeni böyük pullar qarşılığında “Liverpul”a göndərib. Büdcənin doldurulması bir tərəfdən klub üçün faydalı olsa da, digər tərəfdən əsas “qol silahı”nın yoxluğunda ÇL-də oynamaq çox çətin olacaq.
Bir il öncə ÇL-in finalında oynamış “Borussiya” üçün mövsümü iki hissəyə bölmək olar. Rəhbərliyin camiəni gözəl tanıyan Nuri Şahinə güvənməsi başadüşülən idi. Amma gənc türkiyəli mütəxəssis ümidləri doğrultmadı. Komanda onun dönəmində olduqca qeyri-sabit çıxış etdi. Vəziyyət faciəvi həddə çatandan sonra rəhbərlik Şahinlə vidalaşaraq onu bundesliqanı gözəl tanıyan təcrübəli Niko Kovaç ilə əvəzlədi. Xorvatiyalı mütəxəssis komandada özünəinamı bərpa edərək belə desək, sələfinin dağıdıb-tökdüklərini inşa etməyə başladı. Girassinin məhsuldar oyunu sayəsində komanda mövsümün sonunda sanki qələbə maşınına çevrildi. Sürət yığan “arılar” ÇL-in 1/4 finalında az qala “Barselona”ya qarşı tarixi geridönüşə imza atacaqdılar.
Maraqlıdı ki, Girassi mübarizəni 1/4 finalda dayandırmasına baxmayaraq, Rafinya ilə birlikdə 13 qolla ÇL-in bombardiri oldu! Amma ən əsası komanda bu turnirdən kənar qalmadı. 26-cı turu 11-ci pillədə bitirən “arılar” son 8 turda yalnız “Bavariya”nı məğlub edə bilmədilər və bu mükəmməl yüksəliş sayəsində ÇL-ə vəsiqə qazanıldı.
Yulian Şusterin “Frayburq”da gördüyü işi də alqışlamaq olar. Klubda 12 iş işləmiş Kristian Ştrayxdan sonra məsuliyyəti üzərinə götürən gənc mütəxəssis “Frayburq”u ÇL-ə daşımağa çox yaxın oldu. Amma son həftəyə 4-cü pillədə daxil olan komanda son turda evdə “Ayntraxt”a uduzmaqla mövsüm ərzində çəkdiyi əziyyəti yerə vurdu. Mövsümün əsas fiaskosu isə sözsüz, “Leyptsiq” oldu. Böyük potensiala baxmayaraq, ÇL-in əsas mərhələsində 8 matçın 7-də məğlub olan komanda bundesliqada nəinki “4-lük”dən, hətta “avrokubok zonası”ndan da kənar qaldı. “Öküzlər” 2017-dən bəri ilk dəfə avrokuboklarda çıxış etməyəcəklər.
2023/24-ün gümüş mükafatçısı “Ştutqart” bu dəfə zəif çıxış etsə də, gözlənilmədən fanatlarını ölkə kubokunu qazanmaqla sevindirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Avqust 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri