Icma.az
close
up
RU
Gün ərzində yuxusuzluqluğunuza çarə olan 5 qida Daha gümrah edəcək

Gün ərzində yuxusuzluqluğunuza çarə olan 5 qida Daha gümrah edəcək

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Gün ərzində yuxulu hiss etməyimiz bəzən gecə necə yatmağımızla bağlı olmur. Əslində, qəbul etdiyiniz qidalar da bu vəziyyətdə mühüm rol oynayır. Qidalar yalnız enerji mənbəyi deyil, həm də fəaliyyət və məhsuldarlığın əsas tənzimləyicisidir. Rafinə karbohidratlarla zəngin qidalanma rejimi qan şəkərini sürətlə qaldırıb endirərək sizi halsız və yorğun sala bilər. Dəmir və vitamin çatışmazlığı olan bir pəhriz isə bədəndə oksigen dövranını azaldaraq yorğunluğa səbəb ola bilər.

Qaynarinfo gün ərzində yorğunluğunuzu aradan qaldıran, vitamin və qida balansınızı qoruyan qidaların siyahısını təqdim edir:

İspanaq

Orqanizmdə dəmir çatışmazlığı yorğunluq və yuxululuğun ən yayılmış səbəblərindəndir və qanazlığına gətirib çıxara bilər. Bu çatışmazlığı aradan qaldırmaq üçün ən yaxşı qidalardan biri ispanaqdır. Çox vaxt "super tərəvəz” adlandırılan ispanaq həm dəmir, həm də maqnezium baxımından zəngindir.

İspanağı rasionunuza daxil etmək sizi bir anda gücləndirməsə də, salatlara, şorbalara və ya omletlərə əlavə etmək gün ərzində yuxululuğu azalda bilər.


Mərcimək

Fol turşusu (B9 vitamini) çatışmazlığı da yorğunluğa səbəb olur və bu problemi aradan qaldırmaqda mərcimək kömək edə bilər. Mərcimək fol turşusu ilə zəngin olan ən yaxşı qidalardan biridir. Zülalla da zəngin olan bu xırda dənələr həm ucuz, həm də asan əldə ediləndir. Yeməklərə və salatlara mərcimək əlavə etmək, həmçinin qovrulmuş şəkildə qəlyanaltı kimi yemək enerjini artırmağın yaxşı üsuludur.



Balqabaq tumu

Balqabaq tumu kiçik olsa da, çox faydalıdır. Bu tumlar maqnezium, sink və sağlam yağlarla zəngindir. Sink immun sisteminin fəaliyyətini gücləndirir, maqnezium isə yorğunluq və stressin azaldılmasında mühüm rol oynayır. Elmi tədqiqatlar maqneziumun yuxu keyfiyyətini yaxşılaşdırdığını göstərir.

Bir ovuc qovrulmuş balqabaq tumunu qəlyanaltıda yemək və ya qatıq, yulaf və salatların üzərinə səpmək gündəlik qəbul üçün kifayətdir.

 

Banan

Banan şəkər və lifin ideal birləşməsidir. Bu nisbət, rafinə şəkərlərin yaratdığı ani enerji çöküşü olmadan, bədən üçün davamlı enerji mənbəyi yaradır. Kalium çatışmazlığı da halsızlıq və əzələ zəifliyinə səbəb olur. Banan kaliumla zəngindir və sinir, əzələ fəaliyyətini dəstəkləyir.

Diabet və xroniki böyrək xəstəliyi olan şəxslərə isə bananı məhdud miqdarda qəbul etmək tövsiyə olunur.



Yağlı balıqlar

B12 vitamini çatışmazlığı insanın özünü daim yorğun və yuxusuz hiss etməsinə səbəb ola bilər. "Beyin qidası” adlandırılan yağlı balıqlar B12 vitamini ilə zəngindir. Bu vitamin bədəndə qırmızı qan hüceyrələrinin yaranmasını və oksigen daşınmasını təmin edir. Həftədə iki dəfə yağlı balıq yemək B12 çatışmazlığından qaynaqlanan yorğunluğu azaldaraq əhvalı və oyanıqlığı artırır.

Bu balıqları qızartmadan, közdə, sobada və ya buxarda bişirmək ən sağlam üsullardandır.


Unutmamalıyıq ki, bədəndə qida, vitamin və mineral çatışmazlığı yuxululuq və halsızlığa səbəb olur. İspanaq, mərcimək, balqabaq tumu, banan və yağlı balıqlar kimi qida baxımından zəngin məhsullar qan dövranını yaxşılaşdırır, qan şəkərini sabit saxlayır və beyin funksiyalarını dəstəkləyir.

Bu cür balanslı qidalanma nəticəsində insan gün ərzində daha oyaq, diqqətli və məhsuldar qala bilər.

Günay

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri