Günahsız insan qanları üzərində qurulan imperiyaların sonu bəllidir Vitse spikerdən Rusiyaya ETİRAZ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Şimal qonşumuzda soydaşlarımıza qarşı məhkəmə qərarı olmadan törədilən qanlı hərəkətlər, insanların günün-günortaçağı öldürülməsi idarəçilərin xarakterini, yürüdülən siyasətin mahiyyətini göstərir. Bu hadisələr silinməsi mümkün olmayan böyük ləkə olduğundan, çox uzağa hədəflənən məqsədlər güddüyündən artıq təkcə millətimizin işi deyildir. İnsan hüquqlarından, haqq-ədalətdən danışan bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən bu vəhşi hərəkətlər qəti şəkildə pislənilməlidirlər".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı bildirib.
"Göz yaşları və günahsız insan qanları üzərində qurulan, idarə olunmağa cəhd edilən, zorakılığa əsaslanan, danışıqlar aparmaq üçün masa arxasında stulda yerləşməyən, islahatlar aparmaq üçünsə çox böyük və namünasib olan imperiyaların sonu bəllidir", - deyə vitse-spiker əlavə edib.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 30 İyun 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















