Icma.az
close
up
RU
Günahsız yerə 47 il həbsdə qaldı: 1,4 milyon dollar təzminat ALACAQ

Günahsız yerə 47 il həbsdə qaldı: 1,4 milyon dollar təzminat ALACAQ

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yaponiyada məhkəmə 1966-cı ildə bir qətldə günahlandırılaraq 47 il həbsdə qaldıqdan sonra günahsız olduğu müəyyən edilən Hakamata İvaoya 1,4 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Kyodo News” məlumat yayıb.

Məlumatda bildirilir ki, 1966-cı ildə eyni ailədən dörd nəfəri qətlə yetirmək ittihamı ilə həbs edilən və 1968-ci ilin sentyabrında edama məhkum olunan boksçu Hakamata illər sonra açdığı təzminat iddiasını udub.

2014-cü ildə işin yenidən açılmasına qərar verilənə qədər 47 il ərzində edam edilmə qorxusu altında həbsdə saxlanılan Hakamata, hər gün üçün 84 dollar təzminat tələb edib.

2024-cü ilin sentyabrında, 89 yaşında olarkən qətl ittihamından bəraət qazanan Hakamatanın vəkilləri onun 47 illik haqsız məhkumluğunun psixoloji və fiziki fəsadlarının ölçüyəgəlməz olduğunu bildiriblər.

Vəkillər Hakamatanın uzun illər edam cəzası qorxusu ilə yaşadığını əsas gətirərək ona maksimum həcmdə təzminat ödənilməsini tələb ediblər.

Məhkəmə həbsdə olduğu müddətdə yaşadığı “psixoloji və fiziki əziyyətlərə” görə Hakamata İvaoya 1,4 milyon dollar təzminat ödənilməsinə qərar verib.

Hadisə və Hüquqi Proses

Ginnesin Rekordlar Kitabı tərəfindən “dünyanın ən uzun müddət həbsdə qalan edam məhbusu” adlandırılan Hakamata 1966-cı ildə Tokio şəhərinin cənub-şərqində yerləşən Şizuoka bölgəsində, soya məhsulları istehsal edən bir fabrikdə işləyərkən eyni ailədən dörd nəfəri bıçaqla qətlə yetirmək ittihamı ilə həbs olunub.

1968-ci ilin sentyabrında edam cəzasına məhkum edilən Hakamatanın hökmü 1980-ci ilin dekabrında qüvvəyə minib. 1981-ci ilin aprelində o, yenidən məhkəmə qarşısına çıxmaq üçün apellyasiya şikayəti versə də, Şizuoka Bölgə Məhkəməsi 1994-cü ilin avqustunda bu tələbi rədd edib.

2014-cü ilin martında Şizuoka Bölgə Məhkəməsi yeni sübutların ortaya çıxması ilə işin yenidən araşdırılmasına qərar verərək Hakamatanın sərbəst buraxılmasına hökm edib.

Nəhayət, Şizuoka Bölgə Məhkəməsi 2024-cü ilin sentyabrında qətl hadisəsinə dair sübut kimi təqdim edilən geyimlərin etibarlı hesab edilməyəcəyini bildirərək Hakamatanın bəraətinə qərar verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Mart 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri