Günay Ağamalı öz yerini qızına verdi
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Günay Ağamalı vaxtilə ona məxsus olan "Buta" körpələr evi-uşaq bağçasının qanuni təmsilçisini dəyişib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, millət vəkili bu vəzifəni qızı Nigar Həsənovaya təhvil verib.
Bu barədə məlumat Dövlət Vergi Xidmətinin portalında da yenilənib.
Xatırladaq ki, ötən ilin noyabrında "TikTok"da deputatın qızı olduğu iddia edilən Nigar Həsənovanın boynundan xaç asaraq rəqs etdiyi görüntülər yayılmışdı. Daha sonra deputat məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, videodakı şəxsin qızına bənzərliyi olsa da, onun övladı deyil.
Qeyd edək ki, bir neçə il əvvəl G.Ağamalıya məxsus olan "Buta" körpələr evində uşağın döyülməsi ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi araşdırmalardan sonra azyaşlının döyülməsi haqda iddialar öz təsdiqini tapmamışdı.
Bağçada təmsilçinin dəyişməsi ilə bağlı ilk məlumatı İqtisadiyyat.az yayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 13 Yanvar 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















