Icma.az
close
up
RU
Gündə 30 dəqiqə səssiz oturmaq sağlamlığınıza necə təsir edir?

Gündə 30 dəqiqə səssiz oturmaq sağlamlığınıza necə təsir edir?

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Jurnalist Nicole Clancy bir həftə ərzində hər gün 30 dəqiqə tam səssizlikdə qalaraq şəxsi eksperiment aparıb. Nəticələr göstərib ki, hətta qısa müddətli səssizlik seansları belə stress hormonu olan kortizolun səviyyəsini azaltmağa, yuxunu yaxşılaşdırmağa və narahatlığı aradan qaldırmağa kömək edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, eksperimentin ideyası Nikolin dostları ilə keçirdiyi adi bir şam yeməyində yaranıb. Onun bir neçə rəfiqəsi müasir həyatın xaosundan uzaqlaşmaq üçün mütəmadi olaraq səssizlik günləri keçirdiklərini bildirib. Bu fikirdən ilhamlanan jurnalist qərara alıb ki, 7 gün ərzində hər gün 30 dəqiqə heç bir səs və diqqət yayındırıcı olmadan vaxt keçirsin evdə və ya avtomobildə.

Mütəxəssislər bu yanaşmanın faydasını təsdiqləyir. Psixi sağlamlıq üzrə ekspert Sarah Pace qeyd edir ki, səssizlik retreatləri bədən və zehni yenidən yükləməyə kömək edir. 2024-cü ilə aid elmi araşdırmalar da göstərir ki, bu cür praktikalar maddələr mübadiləsini yaxşılaşdırır və orqanizmdə iltihabi prosesləri azaldır.

Lakin bu təcrübəni tətbiq etmək asan olmayıb. Nikole sıx qrafikində bu 30 dəqiqəni tapmaq üçün ciddi səy göstərib. Həftənin dörd günü o, avtomobilində radio və telefon olmadan səssiz mühitdə oturub, digər günlər isə bağda vaxt keçirib. Başlanğıcda o, heç nə etmədiyi üçün günahkarlıq hissi keçirib və fikirləri davamlı olaraq gündəlik işlərə yönəlib.

Psixoterapevt Cennifer Teplin bunu normal hal kimi izah edir: insan xarici stimullardan uzaqlaşanda beyin mübarizə və ya qaçış rejimindən çıxaraq sakitləşməyə başlayır.

Həftənin ortalarından etibarən isə vəziyyət dəyişib. Nikole bu 30 dəqiqənin onun üçün xüsusi bir rahatlıq anına çevrildiyini hiss edib. O, klassik meditasiya etməyib, sadəcə fikirlərini sərbəst buraxaraq buludlara və ağaclara baxmaqla anı yaşayıb.

Həftənin sonunda əldə olunan nəticələr olduqca təsirli olub. Jurnalist daha az əsəbiləşdiyini, əhval-ruhiyyəsinin stabilləşdiyini və yuxusunun daha dərin olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri