Icma.az
close
up
RU
Gündə bir ədəd çiy sarımsaq yesəniz...

Gündə bir ədəd çiy sarımsaq yesəniz...

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Sarımsaq əsrlər boyu həm mətbəxdə, həm də tibbi məqsədlər üçün istifadə edilmiş təbii bitkidir. Antibakterial və antiseptik xüsusiyyətləri ilə tanınan sarımsağın sağlamlıq üçün bir çox faydaları var. Bu təsirlər, tərkibindəki alisin maddəsi ilə əlaqədardır. Alisin həmçinin sarımsağın xarakterik qoxusunun səbəbidir. Sarımsağın ən çox istifadə edilən hissəsi isə soğanıdır və bu hissə adətən 8-20 dişdən ibarət olur, həmçinin müxtəlif vitaminlər və minerallarla zəngindir. Sarımsaq həm də pəhrizlərdə geniş şəkildə istifadə olunur, xüsusilə yeməklərə ədviyyat olaraq əlavə edilir.

Pravda.az sarımsağın faydalarını təqdime edir:

Öksürük və soyuqdəyməyə xeyirlidir:

Çiy sarımsaq öksürək və soyuqdəyməyə qarşı mübarizədə təsirlidir. Aç qarına iki diş sarımsaq yemək çox faydalı olar. Eynilə uşaqlara və körpələrədə xeyirli ola bilər.

Ürək sağlamlığı üçün tövsiyə olunur:

Sarımsaqda mövcud olan alisin maddəsi, LDL (pis xolesterol) səviyyəsini azaldır və xolesterolun oksidləşməsinin qarşısını alır. Bunun nəticəsində ürək sağlamlığı yaxşılaşır. Sarımsaq həmçinin qan laxtalanmasının qarşısını alır və qan təzyiqini azaldır, yüksək təzyiq problemi yaşayanlar üçün faydalıdır.

Beyin funksiyalarını yaxşılaşdırır:

Antioksidant və antiinflamatuar xüsusiyyətlərə malik olan sarımsaq beyin sağlamlığını dəstəkləyir və neyrodegenerativ xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

Həzm sisteminə müsbət təsiri var:

Çiy sarımsaq bağırsaqlara faydalıdır, iltihabı azaldır və bağırsaq qurdundan təmizlənməyə kömək edir. Eyni zamanda pis bakteriyaları öldürür və yaxşı bakteriyaların yaşamasını dəstəkləyir.

İmmunitet sistemini gücləndirir:

Sarımsaq immunitet sistemini gücləndirir. C vitamini ilə zəngin olması infeksiyalarla mübarizə aparmağa kömək edir.

Xərçəngin qarşısını alır:

Yüksək antioksidan tərkibi sayəsində sarımsaq müxtəlif xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir. Ayrıca bağırsaqlarda infeksiyaların qarşısını alır.

Arıqlamağa kömək olur:

Sarımsaq yağ hüceyrələrinin formalaşdıran genlərin yaranmasını azaldır və bədəndəki termogenezini artırır, nəticədə daha çox yağ yandırılmasına kömək edir.

Sarımsağın dəriyə faydaları:

Sarımsaq həmçinin dəri üçün də faydalıdır. Dərinin təbii parıltısını artırmaq, qırışlarla mübarizə aparmaq və dərinin daha gənc qalmasına kömək etməkdə təsirlidir. Sarımsaqda olan antioksidanlar və kükürd qan dövranını artıraraq dərinin canlı və gənc qalmasına dəstək verir.

Sarımsağın saçlara faydalari:

Sarımsağın tərkibindəki kükürd və digər faydalı maddələr saçın uzanmasına kömək edir, qırılmasını azaldır və saç tökülməsinin qarşısını alır. Eyni zamanda saç dərisini qidalandırır və saçı daha parlaq və canlı edir.

Sarımsaq necə istifadə olunur?

Sarımsaq müxtəlif formalarla - çiy, sarımsaq tozu və ya sarımsaq yağı formasında istifadə olunur. Çiy sarımsaq ən yüksək faydaları təmin edir, çünki bütün qida maddələrini qoruyur. Hər gün bir diş çiy sarımsaq yemək bədənə fayda verə bilər. Sarımsaq həmçinin mətbəxlərdə geniş istifadə edilən bir ədviyyatdır.

Sarımsağın zərərləri:

Həddindən artıq sarımsaq istehlakı mədə-bağırsaq problemlərinə yol aça bilər. Eyni zamanda sarımsaqda olan alisin maddəsi qan dövranına təsir edir və bəzi insanlarda anemiya və ya digər qan xəstəliklərinə səbəb ola bilər. Ürək və damar xəstəlikləri, hipertansiyon və ya diabeti olan şəxslər sarımsaq istifadəsinə diqqət etməlidir.

Sarımsaq sağlamlıq üçün çoxsaylı faydalara sahib olsa da, onu balanslı şəkildə istifadə etmək tövsiyə olunur.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Mart 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see300

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see170

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Rusiya Nigeriya matçı azərbaycanlı hakimə həvalə olundu

06 İyun 2025 03:57see120

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see117

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Bu liseyin şagirdi də ən yüksək bal topladı FOTO

06 İyun 2025 03:15see116

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see115

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see112

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see112

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see111

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri