Icma.az
close
up
RU
Gündəlik bir stəkan noxud xolesterolu azaldır Yeni tədqiqat

Gündəlik bir stəkan noxud xolesterolu azaldır Yeni tədqiqat

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 iyun, AZƏRTAC

Amerika Qidalanma Cəmiyyətinin illik iclasında təqdim olunan yeni tədqiqat paxlalı bitkilərin, xüsusilə də noxud və qara lobyanın insan sağlamlığı üçün əhəmiyyətli faydalarını ortaya qoyub.

AZƏRTAC “Science News” saytına istinadla xəbər verir ki, Çikaqodakı İllinoys Texnologiya İnstitutunun alimlərinin apardığı kiçikmiqyaslı tədqiqat gündə bir stəkan noxud və ya qara lobya istehlak etməyin xolesterolu aşağı salmaq və orqanizmdəki iltihabı azaltmaq qabiliyyətini vurğulayıb. Tədqiqatın nəticələrinə əsasən, bu cür sadə pəhriz dəyişikliyi insan sağlamlığında nəzərəçarpacaq yaxşılaşmalara səbəb ola bilər.

Qidalanma üzrə mütəxəssis doktor İndira Edirisinqe və həmkarları prediabet diaqnozu qoyulmuş 72 nəfəri 12 həftə boyunca izləyiblər. İştirakçılar gündəlik olaraq ya bir stəkan noxud, qara lobya, ya da ağ düyü istehlak ediblər. Tədqiqatın sonunda noxud pəhrizində olan şəxslərin ümumi xolesterol səviyyəsinin orta hesabla 200 milliqram/dl-dən 186 milliqram/dl-ə endiyi müşahidə olunub. Azalma ilk baxışda kiçik görünsə də, Edirisinqe bunu “sağlamlığa doğru mühüm dönüş” kimi qiymətləndirib. Çünki bu, iştirakçıların sağlam xolesterol səviyyəsinə qayıtdığını göstərir. Ümumi xolesterolun 200 mq/dl-dən aşağı olması həkimlər tərəfindən “normal” sayılır. Əlavə olaraq, həm noxud, həm də qara lobya istehlak edən iştirakçılarda iltihab göstəricilərinin azaldığı qeyd edilib. Tədqiqatın həmmüəllifi, qidalanma üzrə mütəxəssis Morgan Smit bu nəticələrin paxlalıların tərkibindəki faydalı komponentlərlə əlaqəli olduğunu bildirib: “Bu ərzaqlar geniş yayılıb, nisbətən ucuz və əlçatandır, bu da onları gündəlik pəhrizə daxil etməyi asanlaşdırır”.

Tədqiqat zamanı bəzi iştirakçılar lobya istehlakının ilk mərhələsində mədə-bağırsaq diskomfortu yaşadıqlarını qeyd etsələr də zamanla orqanizmlərinin bu dəyişikliklərə uyğunlaşdığı müşahidə olunub. Bu, paxlalı bitkilərin gündəlik istifadəsinin davamlı sağlamlıq faydaları verə biləcəyini göstərir. Hazırkı pəhriz tövsiyələrinə əsasən, həftəlik 1,5 stəkan paxlalı qəbulu məsləhət görülür. Bununla belə, tədqiqatçılar gündəlik bir stəkan noxud və ya lobya istehlak etməyin çox da çətin olmadığını qeyd edirlər. Komanda tədqiqat iştirakçılarına lobya salatları və digər yeməklərlə bağlı resept və şəkillər təqdim edərək prosesi asanlaşdırmağa çalışıb.

Akademik və ictimai səhiyyə mühitində bu cür araşdırmalar, gündəlik pəhriz seçimlərinin uzunmüddətli sağlamlıq nəticələrinə necə təsir etdiyini daha dərindən başa düşmək baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2025 08:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri