Icma.az
close
up
RU
Gündəlik iş, eyni vərdişlər Ehtiyaclar bizi necə dəyişdirir?

Gündəlik iş, eyni vərdişlər Ehtiyaclar bizi necə dəyişdirir?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Rəvan Cavidin "Səssiz yalqızlığın maskası" adlı yeni yazısını təqdim edir.

Müasir dövrün sürətlə inkişaf edən texnologiyası və artan sosial əlaqələrə baxmayaraq, insanların əksəriyyəti heç olmadığı qədər tək hiss edir. İnsanın gündəlik qaydalara uyğun, eyni ritmlə yaşaması - səhər oyanmaq, eyni marşrutla işə getmək, tanımadığı insanlarla mexaniki münasibətlər qurmaq və axşam evə qayıdaraq səssizlik içində günü bitirmək - tədricən onu içində yaşadığı reallıqdan uzaqlaşdırır. Bu cür monoton həyat tərzi ilk baxışda sakitlik və sabitlik təəssüratı yaratsa da, əslində insan psixologiyasında dərin bir boşluq və mənasızlıq hissi formalaşdırır.

Yalqızlıq sadəcə fiziki olaraq tək qalmaq deyil. Ən böyük yalqızlıq insanın öz hisslərini, düşüncələrini, arzularını ifadə edə bilmədiyi və ya kiminsə onu həqiqətən anladığına inanmadığı zaman ortaya çıxır. Bu cür emosional tənhalıq, xüsusilə eyni həyat dövrünü təkrar-təkrar yaşayan fərdlərdə özünü daha kəskin göstərir. Zaman keçdikcə insan hisslərini boğur, daha az danışır, daha çox susur və yavaş-yavaş daxilindəki "mən"i itirir.

Monotonluq içində formalaşan bu səssiz yalqızlıq, çox vaxt maskalanır. İnsanlar üzlərinə təbəssüm taxır, sosial rollara bürünür və sanki hər şey qaydasındaymış kimi davranırlar. Amma bu süni davranışların arxasında dərin bir yorğunluq, anlaşılmamaq qorxusu və əlaqə qurmaqda çətinlik yatır.

2004-cü ildə uruqvaylı rejissorlar Xuan Pablo Rebella və Pablo Stoll tərəfindən çəkilən "Viski" (Whisky) filmi sadəliyin arxasında gizlənən dərin psixoloji qatları ilə tamaşaçını sarsıdan bir sənət nümunəsidir. Film, gündəlik həyatın təkrarçılığı və səssizcə yaşanan yalqızlığın insan xarakterini necə dəyişdirdiyini ustalıqla nümayiş etdirir. Çox danışmayan personajlar, səssiz səhnələr və ağır ritm - "Viski" sanki zamanın donduğu, duyğuların isə gizləndiyi bir dünyanı canlandırır.

Filmin əsas qəhrəmanı Yakobo, Montevideoda bir corab fabrikinin sahibidir. Onun həyatı nizamlı, amma ruhsuzdur. Gündəlik iş rejimi, dəyişməyən vərdişlər və insanlarla minimal ünsiyyət - bu, onun həyat fəlsəfəsidir. Qardaşı Hermanın şəhərə gəlməsi ilə Yakobo, işçisi Marta ilə "evlilik oyununun" planını qurur. Bu qərar həm absurd, həm də filmi gözardı edə bilməyəcəyimiz bir həqiqətə bağlayır.

Burada film bizə ilk ipucunu verir: İnsan, daxili boşluğu başqalarının gözündə "normal" (amma normal olan nədir?) görünməklə doldurmağa çalışır. Yakobo həyatının nə qədər boş və tənhalıq içində olduğunu bilsə də, bunu aşkar göstərmək istəmir. Əvəzində bir maska taxır - Marta ilə saxta münasibət quraraq özünə və başqasına yalan danışır.

"Viski" yalqızlığın insan ruhunda yaratdığı təzyiqi göstərməkdə fövqəladə dərəcədə real və kəskin yanaşır. Yalqızlıq bu filmdə sadəcə fiziki deyil, eyni zamanda emosional bir vəziyyətdir. Yakobo ilə Marta bir-birinin yanında olsalar da, əslində hər ikisi tamamilə təkdir. Onlar bir-birilə danışmadan, sadəcə varlıqları ilə bir yoldaşlıq qurmağa çalışırlar. Bu isə insanın psixologiyasında qorunma mexanizmi kimi çıxış edir: Duyğuları gizlət, maskalan, sus - bəlkə belə daha az ağrıdacaq.

Yakobonun təkliyini anlayan tamaşaçı onu mühakimə etməkdənsə, yazığı gəlir. O, əslində sevmək istəyir, amma necə seviləcəyini və ya sevgini necə göstərəcəyini bilmir. O, daxili çatışmazlığını susqunluqla ört-basdır edir. Bu isə bir çox real insanın yaşadığı bir psixoloji haldır - içindəki boşluğu tanımamaq üçün sosial maskalar taxmaq.

Filmdə Marta xarici dünyaya sakit, bəlkə də bir qədər donuq görünür. Amma onun daxili dünyası filmin irəliləməsi ilə daha aydın görünür. Onun varlığı Yakobo üçün bir ümid işığı olsa da, Marta da öz növbəsində həyatın ona verdiyi rolun içində boğulur. Final səhnəsində Marta qəfildən yox olur - nə bir açıqlama, nə bir vida. Bu yoxluq, filmin ən güclü metaforlarından biridir: İnsan bəzən o qədər uzun müddət maska taxır ki, kim olduğunu unudur və nəticədə yox olur - həm başqaları üçün, həm də özü üçün.

Filmin adının "Viski" olması belə təsadüfi deyil. Bu söz, filmdə birgə foto çəkdirərkən insanların gülümsəməsi üçün deyilir - süni bir sevinc yaratmaq üçün. Bu, filmin ana ideyasını əks etdirən simvoldur: Saxta gülüşlər, süni münasibətlər və səssiz fəryadlar. İnsanın sosial ehtiyaclara uyğun yaşamaq üçün özünü necə dəyişdirdiyini və əslində kim olduğunu necə gizlətdiyini göstərir.

Viski yüksək səslə danışmadan, dramatik səhnələrə ehtiyac duymadan insan ruhunun ən qaranlıq otaqlarını göstərir. Film bizə sadə bir həqiqəti xatırladır: İnsan yalqızlıqdan qaçmaq üçün bəzən özünü belə tanınmaz hala sala bilər. Bu psixoloji vəziyyət təkcə filmin qəhrəmanlarına deyil, hər birimizə tanış ola bilər.

Çünki biz də zaman-zaman viski deyərək süni gülümsəyir, içimizdəki boşluğu maskalarla örtürük. Amma bu maskaların arxasında dayanan səssiz fəryadı eşitmək - həm özümüz, həm də başqaları üçün - bəlkə də həyatın ən böyük cəsarətidir.

Türkiyəli məşhur rejissor Zeki Demirkubuz bu film haqqında belə deyir: "Filmi festivalların birində izlədim. Bitəndə öz-özümə dedim ki, bunu kim çəkibsə, bu psixologiya ilə, bu ruh halıyla yaşaya bilməz. Bir-iki ay keçmişdi. Qəzetlərdə oxudum ki, filmin müəlliflərindən biri intihar edib. Həmin gün təzədən izlədim filmi. Sənət bəzən yaradıcısının bütün kartlarını açıb masaya qoyur".

Fantast yazıçı vəfat etdi "Bu istedadsız kişinin təmtəraqlı adı vardı..." - Niyə gülüş təhlükəli "əxlaqsızlıqdır"? “Hamlet” faciəsi əksliklər dramı kimi... – Şekspirin məşhur “Olum, yoxsa ölüm”ü nəyə çağırış idi?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri