Gündəlik qəzetlər istənilən effekti vermir, MEDİA nın qərarını dəstəkləyirəm AÇIQLAMA
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Gündəlik qəzetlər artıq yavaş-yavaş həftəliyə keçməyə başlasınlar. Yeni qaydalara əsasən, Medianın İnkişafı Agentliyi (MEDİA) qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək. Müşahidələr göstərir ki, gündəlik qəzetlər istənilən effekti vermir. Mən də bu fikirdəyəm. Ona görə də Agentliyin bu qərarını dəstəkləyirəm”.
Demokrat.az xəbər verir ki, bu sözləri jurnalist Elgün Mənsimov özünün sosial şəbəkə hesabında qeyd edib.

Onun sözlərinə görə, o da həqiqətdir ki, bizdə qəzet oxuma mədəniyyəti səhər yeməyi süfrəsinə qədər gəlib çıxa bilməyib:
“Türkiyə misalı. Bunun obyektiv və subyektiv səbəbləri var, bu ayrı. Amma indiki reallıqda qəzetlərin həftəlik və ya aylıq çıxması həm məntiqli, həm də daha effektli olar. Onsuz təcrübə də göstərir ki, gündəlik qəzetdə çalışan əməkdaşların qəzetdə gün ərzində bir yazısı dərc olunsa da, o, bir çox hallarda gün ərzində elə qəzetin saytı üçün xəbər və ya məqalələr hazırlayır. Beləliklə, qəzet işçisi əslində iki yerdə işlədilir. Bu baxımdan da qəzetlərin həftəliyə keçməsi daha məqsədəuyğundur”.
Elgün Mənsimov qeyd edib ki, digər məsələ kağız və çap xərcləri ilə bağlıdır:
“Deyilənə görə 2026-cı ildən onlara tətbiq olunan vergi güzəştinin də müddəti bitir. Ona görə də salamatı həftəlik və ya aylığa keçmək və onlayn müstəvidə işi gücləndirməkdir.
Aydın məsələdir ki, MEDİA heç bir qəzet redaksiyasından birbaşa tələb edə bilməz ki, gündəlik çıxmasın. Qəzet də bir sahibkarlıq sahəsidir. Pulun var, problem deyil, gündə lap iki dəfə çap elə. Yoxdursa, keç həftəliyə, onun da maliyyəsini dövlət verəcək. Qısası, yeni qərar izafi xərcləri azaldacaq, keyfiyyəti artıracaq, ayrılan vəsaitin müəyyən hissəsinin ciblərə getməsinin qarşısını alacaq”.
Qeyd edək ki, Medianın İnkişafı Agentliyinin bu dəfəki müsabiqəsinin şərtlərinə görə, MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bitkoin gündəlik ödəniş vasitəsi kimi tətbiq olunacaq AÇIQLAMA
15 Dekabr 2025 18:41
Avropa Parlamenti Azərbaycana qarşı qərəzi gündəlik iş rejiminə çevirib AÇIQLAMA
25 Dekabr 2025 17:41
Gündəlik çörək miqdarı insanın yaşı və həyat tərzinə uyğun olmalıdır AÇIQLAMA
16 Oktyabr 2025 00:19
Gündəlik yediyimiz bu məhsulların içərisində böcək qarışımı var imiş ŞOK AÇIQLAMA
13 Dekabr 2025 16:24
Uşağa gündəlik qulluq
16 Noyabr 2024 20:09
Baxış sayı:99
Bu xəbər 13 Noyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları