Avropa Parlamenti Azərbaycana qarşı qərəzi gündəlik iş rejiminə çevirib AÇIQLAMA
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Əfsuslar olsun ki, növbəti dəfə erməni lobbisinin təsiri altına düşmüş Avropa institutlarının Azərbaycana qarşı qərəzli yanaşmasının şahidi oluruq”.
Bunu Bakıvaxtı.az-a deputat Ceyhun Məmmədov Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədən danışarkən deyib.
Onun sözlərinə görə, çox təəssüf ki, ötənlərdə Avropa Parlamenti də Azərbaycanla bağlı qərəzli və ikili standartlara yol verməyi bir gündəlik iş rejiminə çevirib:
"Burada bir məqsəd və bir hədəf var, o da Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülhə mane olmaq, sülh prosesini pozmaqdır. Məhz həmin Qərb təsisatları uzun müddət sülhün bizə, bölgəyə gəlməsinə mane oldular. Dedilər ki, siz müharibə edə bilməzsiniz, siz torpaqlarınızı azad edə bilməzsiniz və işğalla barışmalısınız. Həmin qərəzli qurumlar torpaqlarımızın işğaldan azad olunmasına, sülh prosesinə heç bir töhfə verməyiblər”.
Prezidentin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına torpaqlarını işğaldan azad etdiyini vurğulayan müsahibimiz qeyd edib ki, hazırda Azərbaycan öz gücü, imkanları sayəsində işğaldan azad edilmiş əraziləri yenidən qurur, şəhərləri bərpa edir. Dediyinə görə, Avropa dövlətləri, Qərb təşkilatları isə Azərbaycana dəstək olmaq əvəzinə yenə də Ermənistana dəstək göstərirlər:
“Bir müddət əvvəl Avropa İttifaqı ilə Ermənistan arasında "strateji tərəfdaşlıq gündəliyi" adlı sənəd qəbul edildi. Bu sənəddə də çox ciddi məqamlar yer almaqdadır. Xüsusən, cinayətkarların "əsir" adlandırılması, onların azad olunması ilə bağlı Bakıya çağırış edilməsi Aİ-nin nə qədər qərəzli olduğunu göstərir. Niyə Xocalı faciəsini törədənlərlə bağlı heç bir addım atılmadı? Bəyanat verilmədi?"

Ceyhun Məmmədov: Qərb institutlarının məqsədi Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülhə mane olmaqdır
Deputat qeyd edib ki, Avropa dövlətləri, Qərb institutları ermənilərin işğalçılığına, işğal dönəmindəki bütün vəhşiliklərinə göz yumublar:
"Mənim də təmsil olunduğum bölgədə bir milyon insanın evləri dağıdılıb, məzarlıqlar məhv edilib, məscidlərimizi təhqir edib, donuz saxlayıblar. Bununla bağlı fotoları və digər fakt-sübutları həmin qurumlara təqdim etmişik. Ancaq bugünədək bir dəfə olsun Ermənistan əleyhinə bəyanatla çıxış etməyiblər. Ermənilər eyni vəhşiliyi sadəcə müsəlmanlara, islam məbədlərinə qarşı deyil, eyni zamanda Qarabağdakı xristian məbədlərinə qarşı da ediblər. Azərbaycan isə bu gün Şuşada kilsə tikir".
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 25 Dekabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















