Icma.az
close
up
RU
“Günə 800 manat qazanırdıqdıq” Qumar quranlardan etiraf

“Günə 800 manat qazanırdıqdıq” Qumar quranlardan etiraf

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə onlayn qumar təşkil etməkdə təqsirləndirilən 12 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilənlərin ifadəsi ilə davam edib.

Təqsirləndirilənlərdən Orxan Məmmədov bu işə 2024-cü ildən başladığını bildirib:

"Mən işsiz idim, Elçindən iş istədim. Görüşdük onunla, dedi belə bir iş var, işləyərsən? Razı oldum. Mənə bir telefon verdi. Günə 300, 500, 800 manat qazanırdıq. Amma pulu proqramdan Elçin çıxarırdı".

Təqsirləndirilən Hüseyn Quliyev cəmi 2-3 ay bu işlə məşğul olduğunu bildirib.

Digər təqsirləndirilən Röyal Hüseynov işsiz olduğundan bu işlə məşğul olduğunu deyib:

"Mən 5-6 ay işlədim orada. Mən bu işin qanunsuz olduğunu bilmirdim, bilsəydim heç qoşulardım?"

Daha sonra məhkəmə növbəti prosesi 9 dekabr saat 16:30-a təyin etdiyini elan edib.

Xatırladaq ki, cinayət işi üzrə təqsirli bilinən 12 nəfər - Elçin Quliyev, Orxan Məmmədov, Nurlan Hüseynov, Elvin Balakişiyev, Taleh Ələkbərov, Hüseyn Quliyev, Nurlan Məmmədov, Zeynal Abbaslı, Royal Hüseynov, Səid Balakışıyev, Pərvan Məmmədov və Pəsi Yusubov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır.

Rəsmi məlumatda bildirilib ki, şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar.

Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. "Fast Loto", "CHCPlay" kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər.

Rəsmi məlumata görə, şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10 milyon manatdan artıq olduğu aşkarlanıb.

Məlumatda vurğulanıb ki, E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb.

Şəbəkə üzvlərinin mənzilləri, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobilləri müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktlarla bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri