Icma.az
close
up
RU
Günəbaxan tumu kökəldir ya arıqladır?.. KONKRET

Günəbaxan tumu kökəldir ya arıqladır?.. KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xüsusilə yay aylarında bol yeyilən və yayın demək olar ki vazkeçilməzlərindən olan gunəbaxan tumu yüksək proteinli bir qida olduğu üçün çox yeyildiyi təqdirdə artıq çəki yarada bilər.

Ancaq bununla yanaşı düzgün və qədərində yeyildikdə arıqlamağa da faydalı olan bir qida maddəsi kimi çox xeyirlidir. Günəbaxan tumu tərkibindəki yüksək yağ, lif və protein sayəsində qədərində yeyildiyi təqdirdə gün ərzində tox tutaraq sağlam çəki itirməyi təmin edir.

KONKRET.az nocomment.az-a istinadən xəbər verir ki, günəbaxan tumu yeməyi xoşlayan bir çox insanı eyni sual düşündürür: günəbaxan tumu kökəldirmi? Bu suala birmənalı cavab vermək çətindir. Bəziləri bu məhsuldan daim istifadə etdiklərini və kökəlmədiklərini söylədiyi halda bəziləri bu tumların onlara çox mənfi təsir etdiyini və çəki artırdığını qeyd edirlər. Əksəriyyət düşünür ki, fiziki yüklənmələr tumdan gələn kalori yükündən istifadə etməyə imkan verir. Bəs günəbaxan tumu bu dərəcədə ziyanlıdırmı?

Artıq çəkili insanlar üçün rasional qidalanmaya diqqət etmək çox vacibdir. Diyetoloqların fikrincə, artıq çəki ilə mübarizədə ən önəmli amillər aktiv həyat tərzi, müntəzəm fiziki məşqlər, diyetdir. Düzgün qidalanma haqqında mütəxəssislərin fikirləri isə əsaslı şəkildə ziddiyyət təşkil edir. Günəbaxan tumunun kökəlməyə və ya arıqlamağa təsir etdiyi barədə fikirlər də bu qəbildəndir.

Bir çox diyetlər var ki, onların tərkibinə günəbaxxan tumu da daxildir. Bu tumların tərkibində qanda xolesterolu aşağı salmağa imkan verən doymamış yağ turşuları vardır ki, bunlar həm də yaşlanma prosesini ləngidir. Bununla yanaşı günəbaxan tumlarının tərkibində bitki yağları da vardır ki, bunlar qanda xolesterol miqdarının azaltsalar da, nəticədə yenə də yağ olaraq qalırlar. Belə ki, günəbaxan tumunun kalori dəyəri çox yüksəkdir – 100 qr üçün 520 kilokaloridir ki, bu da ətin kalorisindən dəfələrlə çoxdur.

Qızardılmış günəbaxan tumları kökəldirmi?

Əvvələr belə bir fikir var idi ki, tum appendisitin yaranmasına səbəb olur. Ancaq hazırda bu fikrin yanlış olduğu öz təsdiqini tapıb və tumun xeyirləri çoxlarına məlumdur. Ancaq ondan düzgün şəkildə necə istifadə etmək lazım olduğunu bilmək bununla bağlı yarana biləcək problemlərin qarşısını almağa yardımçı olar.

Təbii ki, günəbaxan tumu artıq çəki yaradır . Əsasən də qovrulmuş halda. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Azacıq qurutmaq da olar. Ancaq qovrulmuş dadlı tumların ləzzətinə qarşı gəlmək çox çətindir. Diyet saxlayanlar isə bu ləzzətdən imtina etməlidirlər. Hətta tumu öz rasionlarından tamamilə çıxarmaları məsləhətdir.

Bədən quruluşu üçün təhlükə yaratmayan miqdar gün ərzində cəmi 35-40 qramdır. Ancaq belə az miqdarla kifayətlənmək çox çətindir. Televizor qarşısında, dostlarla bir yerə toplandıqda və s. hallarda tumdan istifadə həddindən artıq çox olur ki, bu da sonra bədən quruluşunda özünü göstərir.

Qida rasionuna diqqət edən, ancaq axşamlar qovrulmuş tum yeməkdən qaçınmayanlar təcrübə üçün 1-2 ay ondan imtina etsinlər. Bu zaman fərq açıq-aydın hiss olunacaq, bədən quruluşu başqa heç nəyə ehtiyac olmadan öz normal halına qayıdacaq. Beləliklə, bu da onu göstərir ki, günəbaxan tumu kökəldir.

Günəbaxan tumu haqqında bir neçə “qorxulu” fakt…

Heç də hamı bu dadlı qidadan imtina edə bilmir. Bunun artıq çəki yaratdığını bildikləri halda belə bəziləri üçün bu tumlar narkotikə bərabərdir. Belə olduqda qovrulmuş günəbaxan tumları haqda bəzi xoşagəlməz faktlar kömək ola bilər.

– Günəbaxan tumları yüksək temperaturda emal, daha doğrusu, qovrulma zamanı öz faydalı xüsusiyyətlərini itirir.

– Tum çırtdamaq həvəskarlarının demək olar ki hamısının dişlərlə bağlı problemləri ortaya çıxır. Diş emalı dağılır, xoşagəlməz qara ləkələr və ağızda qoxu əmələ gəlir.

– Səsinə dəyər verən insanlara günəbaxan tumları qəti şəkildə qadağandır.

– Bir stəkan tum bir porsiya yağlı donuz kababına bərabərdir.

– Qaraciyər və böyrəklərə mənfi təsir edir.

– Qıcqırma əmələ gətirir.

– Əsəb sisteminə mənfi təsir edir.

Beləliklə, günəbaxan tumu ilə kökəlib-kökəlməmək barədə qərarı özünüz verin. Ancaq dəqiq məlum olan odur ki, həftə ərzində bir ovuc tum bədən quruluşunda katastrofik dəyişikliklər yarada bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Yanvar 2026 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri