Icma.az
close
up
RU
Günəbaxan tumu kökəldir, yoxsa arıqladır ARAŞDIRMA

Günəbaxan tumu kökəldir, yoxsa arıqladır ARAŞDIRMA

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xüsusilə yay aylarında bol yeyilən və yayın demək olar ki vazkeçilməzlərindən olan gunəbaxan tumu yüksək proteinli bir qida olduğu üçün çox yeyildiyi təqdirdə artıq çəki yarada bilər.
Bizim.Media xəbər verir ki, ancaq bununla yanaşı düzgün və qədərində yeyildikdə arıqlamağa da faydalı olan bir qida maddəsi kimi çox xeyirlidir.
Günəbaxan tumu tərkibindəki yüksək yağ, lif və protein sayəsində qədərində yeyildiyi təqdirdə gün ərzində tox tutaraq sağlam çəki itirməyi təmin edir.
Günəbaxan tumu yeməyi xoşlayan bir çox insanı eyni sual düşündürür: günəbaxan tumu kökəldirmi?
Bu suala birmənalı cavab vermək çətindir. Bəziləri bu məhsuldan daim istifadə etdiklərini və kökəlmədiklərini söylədiyi halda bəziləri bu tumların onlara çox mənfi təsir etdiyini və çəki artırdığını qeyd edirlər. Əksəriyyət düşünür ki, fiziki yüklənmələr tumdan gələn kalori yükündən istifadə etməyə imkan verir. Bəs günəbaxan tumu bu dərəcədə ziyanlıdırmı?
 

Artıq çəkili insanlar üçün rasional qidalanmaya diqqət etmək çox vacibdir. Diyetoloqların fikrincə, artıq çəki ilə mübarizədə ən önəmli amillər aktiv həyat tərzi, müntəzəm fiziki məşqlər, diyetdir. Düzgün qidalanma haqqında mütəxəssislərin fikirləri isə əsaslı şəkildə ziddiyyət təşkil edir. Günəbaxan tumunun kökəlməyə və ya arıqlamağa təsir etdiyi barədə fikirlər də bu qəbildəndir.


Bir çox diyetlər var ki, onların tərkibinə günəbaxxan tumu da daxildir. Bu tumların tərkibində qanda xolesterolu aşağı salmağa imkan verən doymamış yağ turşuları vardır ki, bunlar həm də yaşlanma prosesini ləngidir. Bununla yanaşı günəbaxan tumlarının tərkibində bitki yağları da vardır ki, bunlar qanda xolesterol miqdarının azaltsalar da, nəticədə yenə də yağ olaraq qalırlar. Belə ki, günəbaxan tumunun kalori dəyəri çox yüksəkdir - 100 qr üçün 520 kilokaloridir ki, bu da ətin kalorisindən dəfələrlə çoxdur.
Qızardılmış günəbaxan tumları kökəldirmi?
Əvvələr belə bir fikir var idi ki, tum appendisitin yaranmasına səbəb olur. Ancaq hazırda bu fikrin yanlış olduğu öz təsdiqini tapıb və tumun xeyirləri çoxlarına məlumdur. Ancaq ondan düzgün şəkildə necə istifadə etmək lazım olduğunu bilmək bununla bağlı yarana biləcək problemlərin qarşısını almağa yardımçı olar.
Təbii ki, günəbaxan tumu artıq çəki yaradır. Əsasən də qovrulmuş halda. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Azacıq qurutmaq da olar. Ancaq qovrulmuş dadlı tumların ləzzətinə qarşı gəlmək çox çətindir. Diyet saxlayanlar isə bu ləzzətdən imtina etməlidirlər. Hətta tumu öz rasionlarından tamamilə çıxarmaları məsləhətdir.
Bədən quruluşu üçün təhlükə yaratmayan miqdar gün ərzində cəmi 35-40 qramdır. Ancaq belə az miqdarla kifayətlənmək çox çətindir. Televizor qarşısında, dostlarla bir yerə toplandıqda və s. hallarda tumdan istifadə həddindən artıq çox olur ki, bu da sonra bədən quruluşunda özünü göstərir.
Qida rasionuna diqqət edən, ancaq axşamlar qovrulmuş tum yeməkdən qaçınmayanlar təcrübə üçün 1-2 ay ondan imtina etsinlər. Bu zaman fərq açıq-aydın hiss olunacaq, bədən quruluşu başqa heç nəyə ehtiyac olmadan öz normal halına qayıdacaq. Beləliklə, bu da onu göstərir ki, günəbaxan tumu kökəldir.
Günəbaxan tumu haqqında bir neçə “qorxulu” fakt...
 

Heç də hamı bu dadlı qidadan imtina edə bilmir. Bunun artıq çəki yaratdığını bildikləri halda belə bəziləri üçün bu tumlar narkotikə bərabərdir. Belə olduqda qovrulmuş günəbaxan tumları haqda bəzi xoşagəlməz faktlar kömək ola bilər.


- Günəbaxan tumları yüksək temperaturda emal, daha doğrusu, qovrulma zamanı öz faydalı xüsusiyyətlərini itirir.
- Tum çırtdamaq həvəskarlarının demək olar ki hamısının dişlərlə bağlı problemləri ortaya çıxır. Diş emalı dağılır, xoşagəlməz qara ləkələr və ağızda qoxu əmələ gəlir.
- Səsinə dəyər verən insanlara günəbaxan tumları qəti şəkildə qadağandır.
- Bir stəkan tum bir porsiya yağlı donuz kababına bərabərdir.
- Qaraciyər və böyrəklərə mənfi təsir edir.
- Qıcqırma əmələ gətirir.
- Əsəb sisteminə mənfi təsir edir.
Beləliklə, günəbaxan tumu ilə kökəlib-kökəlməmək barədə qərarı özünüz verin. Ancaq dəqiq məlum olan odur ki, həftə ərzində bir ovuc tum bədən quruluşunda katastrofik dəyişikliklər yarada bilməz. (saglamolun.az)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Noyabr 2025 02:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri