Günəş ləkələrindən qorunmanın qaydaları
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Günəş ləkələri əsasən yaz və yay aylarında günəşin UV şüalarına uzun müddət məruz qalmaqla yaranan, dəri üzərində qəhvəyi rəngli piqmentasiya növləridir.
Pravda.az bildirir ki, qoruyucu krem istifadə etmədən günəşə çıxmaq dəridə qalıcı ləkələrə səbəb olur. Ləkələrin qarşısını almaq üçün günəşə çıxmazdan əvvəl mütləq günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir.
Mövcud ləkələrin müalicəsində isə müntəzəm dəri baxımı və lazım gəldikdə lazer və kimyəvi pilinq kimi müalicə üsullarına müraciət etmək lazımdır. Günəş ləkələri xüsusilə açıq dərili insanlarda, hormon dəyişiklikləri olanlarda və uzun müddət günəş altında qalanlarda daha çox müşahidə edilir.
Qış aylarında da UVA şüaları aktiv olduğundan, günəşdən qoruyucu krem istifadə etmək vacibdir. Günəş ləkələri adətən təhlükəli olmasa da, ləkələrdə ani rəng dəyişimi, qanama və ölçü artımı müşahidə olunarsa, mütləq dermatoloqa müraciət edilməlidir.
Əminə Bayramova

