Icma.az
close
up
RU
“Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası suveren dövlətin hüquqi əsası” mövzusunda elmi nəzəri konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası suveren dövlətin hüquqi əsası” mövzusunda elmi nəzəri konfrans keçirilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

May ayının 23-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikası Konstitusiyası – suveren dövlətin hüquqi əsası” mövzusunda elmi-nəzəri konfrans keçirilib.  

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının  tarixinə həsr olunmuş  videoçarxın nümayişi ilə davam edib.

Giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Azərbaycanın müstəqillik tarixinin mühüm bir hissəsi kimi Konstitusiyanın əhəmiyyəti, onun ölkənin hüquq bazasının, müasir məhkəmə və hüquq sisteminin formalaşması prosesindəki yeri barədə məlumat verib və bildirib ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası ölkədə insan hüquqlarının, ədalət mühakiməsinin və dövlət idarəçiliyinin prinsiplərini müəyyən etməklə hüquqi mühitin qarantıdır. 

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Səxavət Novruzov qeyd edib ki, Ulu öndərin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin ­əməyinin məhsulu olan Konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov çıxış edərək bildirib ki, Əsas Qanunun qəbulundan sonra ədalət mühakiməsinin həyata keçirilməsini təmin etmək məqsədilə müasir tələblərə cavab verən çoxpilləli məhkəmə sisteminin yaradılması hər kəsin hüquq və azadlıqlarının daha obyektiv təmin edilməsinə şərait yaradır. 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Tural Əliyev və Şahbuz Rayon Məhkəməsinin sədri Daşqın Səfərov Konstitusiyanın qəbulundan sonra məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan ardıcıl islahatlar və dövlət suverenliyinin hüquqi-siyasi baxımdan tam bərqərar olunmasından sonra azad edilmiş ərazilərdə qurulmuş müstəqil hüquq sistemi barədə məlumat veriblər. Bildirilib ki, müstəqilliyini əldə etdikdən sonra daim təcavüz və işğala, eləcə də beynəlxalq qurumların təzyiqlərinə məruz qalan Azərbaycan artıq ölkənin bütün ərazisində hakimiyyətin aliliyi və nəzarət funksiyasının tam bərpasına nail olub. Bu, dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələdir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri