Icma.az
close
up
RU
Prezident Kitabxanasının direktoru elmi konfransda çıxış edib

Prezident Kitabxanasının direktoru elmi konfransda çıxış edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də “Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” mövzusunda keçirilən respublika elmi konfransında Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxış edib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, professor Afət Abbasova çıxışında Azərbaycanın zəngin kitabxana ənənələrindən bəhs edib. Vurğulayıb ki, orta əsrlərdən etibarən ölkədə formalaşan kitabxanalar təkcə bilik mənbəyi deyil, həm də cəmiyyətin mənəvi və intellektual inkişafında əvəzsiz rol oynayan mədəniyyət mərkəzləri olub. Tarix boyu bir sıra mərhələlərdən keçən Azərbaycan kitabxanaçılığı XX əsrin ikinci yarısından başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Professor Afət Abbasova qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə kitabxana işi dövlət səviyyəsində xüsusi diqqət və qayğı ilə əhatə olunub, bu sahənin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində müstəqillik dövründə kitabxanaların ləğvi ilə bağlı təhlükənin qarşısı alınıb, onların qorunması və inkişafı təmin olunub. 1998-ci ildə qəbul olunmuş “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu kitabxana sahəsində hüquqi tənzimləmənin əsasını qoyaraq, kitabxana fəaliyyətinin dövlət siyasətinə çevrilməsinə zəmin yaradıb.

Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətə də xüsusi yer ayrılıb. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu baxımdan kitabxana sahəsində infrastrukturun yenilənməsi, yeni texnologiyaların tətbiqi, müasir informasiya xidmətlərinin formalaşdırılması və intellektual resurslara çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Rəhbərlik etdiyi kitabxanasının fəaliyyəti barədə məlumat verən Afət Abbasova bildirib ki, Prezident Kitabxanasının əsası Ümummilli lider Heydər Əliyevin 2003-cü il 23 yanvar tarixli Sərəncamı ilə qoyulub. Bu Sərəncam kitabxana işinin yeni mərhələyə keçidini və dövlət səviyyəsində informasiya siyasətinin tərkib hissəsinə çevrilməsini təmin etdi. Bu Sərəncam həm kitabxanaçılıq sistemində institusional islahatların başlanğıcı, həm də Prezident Kitabxanasının gələcək inkişafının təməli oldu.

Çıxışında professor Afət Abbasova həmçinin vurğulayıb ki, Prezident Kitabxanasında ənənəvi kitabxana xidmətləri ilə yanaşı, müasir texnologiyalara əsaslanan innovativ xidmətlər də geniş şəkildə tətbiq olunur. Elektron resursların yaradılması, sənədlərin tam mətnlərinin rəqəmsal formada çatdırılması, onlayn axtarış sistemləri, rəqəmsal bazalara çıxış və virtual xidmət modelləri əsasında oxuculara operativ və yüksək səviyyəli informasiya dəstəyi göstərilir. Bu yanaşma Prezident Kitabxanasının ölkədə informasiya cəmiyyətinin inkişafında mühüm rol oynayan aparıcı mərkəzlərdən birinə çevrilməsinə şərait yaradıb.

Professor Afət Abbasovanın çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri