Günəşdəki bütün ləkələr yoxa ÇIXDI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Günəşin Yerə tərəf yönəlmiş hissəsində heç bir ləkə müşahidə olunmur.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Günəş astronomiyası laboratoriyası "Telegram" kanalında məlumat yayıb.
Alimlərin sözlərinə görə, Günəşi sonuncu dəfə tamamilə ləkəsiz vəziyyətdə 11 dekabr 2021-ci ildə müşahidə etmək mümkün olmuşdu.
Mütəxəssislər qeyd edirlər ki, ləkələrin tam yoxa çıxması yalnız son dərəcə aşağı aktivlik dövründə, adətən Günəş minimumu illərində baş verir.
Günəş ləkələri onun səthinin demək olar ki, ayrılmaz hissəsidir və maqnit sahəsi ilə bağlıdır. Səthin tünd sahələri maqnit axınının ən yüksək konsentrasiyada olduğu yerlərdə yaranır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 24 Fevral 2026 04:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















