Icma.az
close
up
RU
Günəşin də sünisini yaradırlar

Günəşin də sünisini yaradırlar

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Çinin "süni günəş" adlanan yeni sistemi sintez gücü yolunda rekorda imza atıb.
Reyting.az
xəbər verir ki, Çinin "EAST Tokamak"-ı təcrübə zamanı plazmanı 1066 saniyə saxlaya bilib. Yerli və əcnəbi alimlərin fikrincə, Çinin bu yeni ixtirası ilə bəşəriyyət sonsuz təmiz enerji mənbəyinə doğru elm aləmində mühüm bir addım atıb.
Çin Eksperimental Qabaqcıl Superkeçirici Tokamak (EAST) şirkəti bazar ertəsi günü yüksək temperatur plazmasını ilk dəfə və tamamilə stabil qaydada, gözlənilənlərin əksinə olaraq, cəmi 1066 saniyə ərzində qabaqcıl həbs rejimində saxlamaqla, yeni rekorda imza atıb.
"Sinxua" yazır ki, bu şəkildə 1000 saniyəlik işarəni qırmaq nüvə sintezi tədqiqatlarında çox böyük nailiyyət hesab olunur.
Bundan əlavə, eyni zamanda Çinin Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Plazma Fizikası İnstitutu da 2023-cü ildə müəyyən edilmiş 403 saniyəlik rekordunu yüksəldə bilib. Bu mürəkkəb və bahalı təcrübələrin son məqsədi tamamilə günəşlə eyni prinsiplə işləyən, həm də termonüvə birləşməsinə əsaslanan sonsuz təmiz enerji mənbəyi yaratmaqdır.
Dünya alimləri 70 ildən artıqdır ki, buna nail olmağa çalışırlar. Lakin bu mürəkkəb sahədə çoxlu işlər görülsə də, qələbələr barədə məlumat vermək hələ tezdir.

"ASIPP" tədqiqatlar mərkəzinin direktoru Sonq Yuntao prosesləri belə izah edib: "Bu füzyon cihazı yaxın gələcəkdə nüvə elektrik stansiyaları tərəfindən tamamilə fasiləsiz enerji istehsalı məqsədi ilə tələb olunan və öz-özünə davam edən plazma sirkulyasiyasını təmin etmək üçün güman ki, tam güclə, həmçinin hətta minlərlə saniyə ərzində yüksək səmərəliliklə sabit işləməyə nail olmalıdır. Bizim gözləntimiz də məhz budur".
Yeni ixtira ətrafında gedən müzakirələrə qoşulan və bununla bağlı yerli mətbuata danışan daha bir elm adamı, Çin Fizika və Eksperimental Əməliyyatlar Departamentinin rəhbəri Qonq Xianzuya görə "süni günəş" tam təkmilləşdirilmiş orqanizmə bənzəyir ki, bu da onun bütün parametrlərini yaxşılaşdırmağa tamamilə münbit şərait yaradıb. Alim qeyd edib ki, əvvəllər 70 min ədəd məişət mikrodalğalı sobaya bərabər səviyyədə işləyən istilik gücü indi iki dəfə artırıldığından artıq bu "süni günəş"-in tam effektiv işləyəcəyinə də qətiyyən şübhə qalmır.
2006-cı ildən bəri Çinin "EAST Tokamak" eksperiment mərkəzi termonüvə sintezi sahəsində elmi, həm də mühəndis həlləri hazırlamaqdan ötrü çinli tədqiqatçıların işləməsi üçün açıq sınaq meydançasına çevrilib. Eyni zamanda da, Çin Fransanın cənubunda yerləşən nəhəng bir layihəyə şəriklik etməklə, Beynəlxalq Termonüvə Təcrübə Reaktoru proqramına qoşulub. Buradakı işlər tamamlandıqdan sonra Çinin hazırladığı "süni günəş" dünyanın ən böyük tokamakına çevriləcək.
"Biz artıq "EAST"-ın təcrübələri vasitəsilə beynəlxalq əməkdaşlığı genişləndirməyə və sintez enerjisini bəşəriyyətin praktiki istifadəsi üçün əlçatan etməyə çox böyük ümid bəsləyirik", - deyə Sonq bildirib.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Yanvar 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri