Icma.az
close
up
RU
Günəşin şəfəqləri kimi nurlu Şəfəq xanım...

Günəşin şəfəqləri kimi nurlu Şəfəq xanım...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Sarsılmaz iradəsi var, yaxşı müşahidəçidir. İnsanlarla münasibətdə az danışmağa, müşahidə etməyə, fikir qazanmağa üstünlük verir. Keçmişinə və adət-ənənələrə çox bağlıdır. Heç vaxt dostlarını tərk etmir, sonadək onlara sadiq qalır. Çox mülayim, həssas və qətiyyətli insandır. Təşkilatçılıq qabiliyyəti yüksək səviyyədədir. Güclü yaddaşa malikdir və kifayət qədər bacarıqlıdır. O, konkretliyə üstünlük versə də, mücərrəd anlayışlardan da kifayyət qədər baş çıxarır. Realistdir, xəyal və fantaziyalar həyatının çox az hissəsini təşkil edir. Rəqabəti xoşlamır, həsəd hissi, paxıllıq ondan uzaqdır. İnsanlarda dürüstlüyü və zadəganlığı yüksək qiymətləndirir. Necə deyərlər, verdiyi söz hər bir sənəddən qiymətlidir. Onu sevmək və qiymətləndirmək lazımdır. Sərt görünüşə malik olsa da, duyğularında şəfqət, şirinlik var...
1949-cu ilin iyul ayının 4-də Bakı şəhərində, 1952-ci ildən ömrünün sonunadək AzTv-nin sədri vəzifəsində çalışmış şair, tərcüməçi, ictimai xadim Ənvər Əlibəylinin ailəsində dünyaya gəlib. Əvvəlcə 173 nömrəli məktəbdə oxusa da, üçüncü sinifdən 190 nömrəli məktəbdə orta təhsilini davam etdirib. Beşinci sinifdən fars dilini öyrənməyə başlayıb. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakultəsinə qəbul olunub. Oranı "Lenin təqaüdü” ilə oxuyaraq, fərqlənmə diplomu ilə bitirib. 1971-1973-cü illərdə Əfaqanıstanda Kabil Politexnik İnstitutunda tərcüməçi işlələyib. 1973-cü ildə AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində elmi fəaliyyətə başlayıb. 1985-ci ildə Gürcüstan Dövlət Universitetində "Fars dilində antonimlərin struktur-semantik təsnifatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk alimlik dərəcəsinə yiyələnib. 1989-cu ildə Azərbaycan KPMK nəzdində Marksizm-Leninizm Universitetinin Milli münasibətlər fakültəsinə daxil olub və 1990-cı ildə həmin fakültəni fərqləmə diplomu ilə bitirib. 1992-2007-ci illərdə Bakı İslam Universitetində fars dili və ədəbiyyatı fənnini tədris edib. Eyni zamanda 2004-cü ildən indiyədək AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Komparativistika və bədii tərcümə" şöbəsinə rəhbərlik edir. 2010-cu ildən filologiya elmləri doktorudur...
Atası Ənvər Əlibəyli 1968-ci ildə vəfat edəndə, mənim cəmi iki yaşım var idi. Amma ağlım kəsəndən onun sözlərinə bəstələnmiş mahnıları sevərək dinləyənlərdən biri olmuşam. Yəqin ki, "Bəxtiyar”, "Qızmar günəş altında”, "Qara daşlar” və eləcə də bir sıra filmlərdəki mahnılar sizin də sevə-sevə dinlədiyiniz nəğmələr olub. Onun sözlərinə yazılan "Sevgilim” mahnısı bu gün də toy şənliklərimizə xüsusi rəng qatır. Bəli, rəhmətlik Ənvər Əlibəyli barəsində saatlarla danışmaq olar, amma məqsədim başqadır. Bu gün sizə onun yadigarı- qızı haqqında söhbət açmaq istəyirəm...
Deyir ki,- "Mən xoşbəxt insanlardanam. Çünki elə bir ailədə doğulmuşam ki, orada mənə insanlara məhəbbəti, sadəliyi öyrədiblər, etinasızlıqdan uzaq olmağı aşılayıblar”…
Haqqında söhbət açdığım Şəfəq xanım Əlibəyli bir başqa aləmdir. Sadə, təvazökar və mehriban. Həqiqəti dilə gətirməkdən çəkinmir. Daxili dünyası olduqca zəngindir. Yüksək müşahidə qabiliyyəti olduğundan nə vaxt, nə etmək lazım gəldiyini yaxşı bilir. Kübar xanımdır, yüksək mədəniyyəti ilə ürəklərdə yuva qurmağı bacarır...
"Həzrət Əli əleyhissalamın gözəl bir kəlamı var: "Elm bağçası cənnət bağçasıdır”. Necə də gözəl deyib, həqiqətən də bu bağçaya girənlər xoşbəxtdirlər. Elm şövqü də Allah vergisidir. Bu yolu tutanlar daima kamilliyə doğru gedir”- söyləyir.
Bir neçə elmi kitabın müəllifidir. "Антонимы в персидском языке”, "Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” və "Farsca-rusca-azərbaycanca müxtəsər lüğət” əsərləri ona məxsusdur…
Bəli, gənclik təravətini hələ də qoruyub saxlamağı bacaran, Günəşin ŞƏFƏQLƏRİ kimi, ətrafına nur saçan bu gözəl xanımın iyulun 4-də növbəti ad günüdür. Yəqin ki, bu əlamətdar tarixi doğmaları, əzizləri, sevənləri ilə birlikdə qeyd edəcək. Qoy onun barəsində sizinlə bölüşdüyüm bu söhbət Şəfəq xanıma doğum günü münasibəti ilə söz ərmağanım olsun!
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri