Icma.az
close
up
RU
O, günəş şəfəqləri kimi nur saçır...

O, günəş şəfəqləri kimi nur saçır...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Bu dəfə sizə həm alim, həm şair və həm də publisist həyatını yaşadığı ömürdə birləşdirə bilən bir xanım haqqında söhbət açmaq istəyirəm. Amma, gəlin əvvəlcə onun keçdiyi ömür yoluna nəzər yetirək. O, 1963-cü il dekabr ayının 2-də Şəki rayonunun Vərəzət kəndində dünyaya gəlib. Orta təhsilini qonşu Baş Zəyzid kənd məktəbində başa vurduqdan sonra ailəlikcə Bakıya köçüblər. 1993-1995-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda təhsil alıb. 1995-2002-ci illərdə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin axşam şöbəsində əvvəlcə bakalavr pilləsi, sonra magistr pilləsi üzrə ali təhsilə yiyələnib. 1998-ci ildə "Maarifçi" qəzetində elm, təhsil, mədəniyyət şöbəsinin müdiri, iki ildən sonra isə qəzetin baş redaktoru vəzifəsində çalışıb. 2001-2014-ci illərdə öncə AMEA Əlyazmalar İnstitutunda, sonradan AMEA Folklor İnstitutunda elmi fəaliyyətlə məşğul olub. 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib...

Məncə, şairliyi barədə danışmamışdam qabaq, onun necə alim olduğu barədə elm adamlarının fikirlərinə yer versək daha yaxşı olar. Akademik Muxtar İmanov onu haqqında söyləyir: “Mən onu Folklor İnstitutunda çalışdığı illərdə daha yaxından tanımışam. Milli ruhlu ədəbiyyatşünas, şair və gözəl anadır. O, Folklor İnstitutunda yeni yaratdığımız Cənubi Azərbaycan folkloru şöbəsinin əməkdaşı kimi mühüm işlər görüb. Bu işlər sırasında Güney Azərbaycan folklorunun toplanıb tərtib edilməsini xüsusi qeyd etmək istəyirəm. Folklor İnstitutunda çap etdirdiyimiz 20-yə yaxın Güney Azərbaycan folklor toplularında onun da imzası var. Bütöv Azərbaycan birliyi onun ideallarından biridir. Bu ideal öz ifadəsini yalnız onun elmi fəaliyyətində yox, həm də publisistik fəaliyyətində və şeir yaradıcılığında da qabarıq şəkildə öz ifadəsini… tapır.”

On il Folklor İnstitutu "Cənubi Azərbaycan Folkloru" şöbəsinin elmi əməkdaşı kimi fəaliyyət göstərib. Güney Azərbaycan folklor örnəklərinin toplanması, transliterasiyası, nəşri, tədqiqi və təbliği işində xüsusi fəallıq nümayiş etdirib. 2024-cü il noyabr ayının sonlarından etibarən AMEA Nizami adına Ədəbiyyat İnstitutu "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin aparıcı elmi işçisidir...

O ki qaldı şairliyinə, özünün dediyi kimi: “Şairlik insanla bir gəlir dünyaya. Ona doğuluşundan bəxt, tale yoldaşı olur. İnsanı qanadlarına alıb uçuran ilham, təb elə şairliyin göstəricisidir. Şairlik iddiasında olmaq, “mən şair olmalıyam” deyib, buna can atmaq gülünc bir səfsəfədir. Şairlik peşə deyil ki, onu oxuyub əldə edəsən, yaxud səy göstərib nail olasan. Bu, bir Tanrı bəxşişidir, sənət şəklində təzahür edir - əlbəttə ki, sənətkarlığın dərəcəsindən asılı olaraq.”

Onun enerjisi həmişə yüksək səviyyədədir. Dostları onu sevir və onun ətrafında olmaq istəyirlər. O da onu sevən insanlara dəyər verir. Dostlarına qarşı çox fədakar davranış nümayiş etdirir. Ümumiyyətlə, o bacarıqlı və istedadlı bir təbiətə malikdir. Bu xüsusiyyəti sayəsində bir çox işlərdə uğur qazanır. Onun fəlsəfi məsələlərə xüsusi marağı var. Həyəcanlı və nikbin təbiətə malik olan bu xanım gənclik dövründən zəhmətkeşliyə alışıb...

Bədii yaradıcılığa erkən yaşlarından başlayan şair ilk şeirlərini 80-çi illərdən qəzet və jurnallarda çap etdirir. İlk şeiri 1988-ci ildə Məmməd İsmayılın rəhbərlik etdiyi "Gənclik" jurnalında işıq üzü görüb. "Ürəyimdən nələr keçir" adlı ilk şeirlər kitabı isə 1996-cı ildə geniş oxucu kütləsinə təqdim olunub. Ümumiyyətlə, o on beşdən yuxarı kitabın müəllifidir. Ölkəmizdə olduğu kimi şeirləri- Türkiyə, İran, Gürcüstan, Qırğızıstan, Almaniya, İsveç, Hollandiya, həmçinin Moskvada, Sankt-Peterburqda, Sevastopolda və digər şəhərlərin mətbu orqanlarında da çap edilib. Xalq artisti, xanəndə Könül Xasıyeva 2011-ci ildə onun şeirlərindən ibarət "Könüldən-könüllərə" adlı muğam diski buraxıb. Ümumiyyətlə, şeirlərinə xeyli sayda mahnı və marş yazılıb...

Deyir ki: - “Özümü nəğməkar şair hesab etmirəm. Buna baxmayaraq, bəstəkarlardan Rəhim Rəhimli və Hatəm Nəbioğlu şeirlərimə mahnı yazıblar. Həmin mahnıları sağlığında Rəhimin özü, Almaz Ələsgərova, Rəşad İlyasov, Ruhəngiz Allahverdiyeva, Şəmistan Əlizamanlı, İlhamə Qasımova və başqaları ifa ediblər. Müğənnilərdən Əflatun Qubadovun, Rəşid Hüseynlinin, Akif Rəhimzadənin, Amil Məmmədovun, Əli Şahbazovun, Ələddin Rəsulovun da həvəskar bəstəkar kimi yazdıqları mahnılar bu gün onların repertuarında yer tutur. Respublikanın xalq artisti, çox sevdiyim xanəndə Könül xanım Xasıyeva 2011-ci ildə şeirlərimdən ibarət muğam diski hazırlayaraq, muğamsevərlərə təqdim edib. Əlbəttə ki, şair öz şeirini mahnı şəklində dinləyəndə, tamamilə yeni çalarlar kəşf edir sanki. Musiqi şeirə qanad verib, onu səmaya uçurdur elə bil.
Eləcə də bəzi şeirlərimi saz havası üstündə aşıqlar da oxuyur...”

Ötən illər ərzində o, "Xəmsə", "Qafqaz" jurnallarının, "Ərən", "Planet-press", "Ana Vətən çağırır", "Milli Qəhrəmanlar" qəzetlərinin redaktoru olub. 2008-ci ildən "Elimiz.Günümüz" adlı elmi-ədəbi, mədəni-kütləvi publisistik qəzetin təsisçisi və baş redaktorudur. Gürcüstanda nəşr olunan "Meydan" dərgisinin Azərbaycan təmsilçisidir. Müxtəlif ölkələrdə Beynəlxalq elmi konfrans və simpoziumlarda, şeir yarışmalarında və poeziya festivallarında iştirak edib. Türkiyədə keçirilən şeir yarışmasının qalibi olaraq ödülə, AzərKİVİHİ-nin "Məhsəti Gəncəvi" mükafatına, müxtəlif fəxri fərmanlara layiq görülüb. Xalq şairi Bəxtiyar Vahabzadə onun ədəbi yaradıcılığına yüksək qiymət verərək, "Ədəbiyyat qəzeti"nin 1998-ci il 20 mart tarixli sayında şeirləri barəsində "Alt qat" adlı yazı ilə çıxış edib və s..

Onun üçün mənəvi rahatlıq və sülh önəmli məsələdir. Hər kəs bu vəziyyətdə olmağı bacarmır, çünki həyatda problemlər çoxdur. Qəfil dəyişiklikləri və dramatik dönüşləri xoşlamır. İntuitiv olaraq gələcəyi hiss edə bilir, buna görə də çox vaxt risk etmir. Öz nöqteyi-nəzərlərini olduqca yumşaq şəkildə çatdıra və başqalarını buna inandıra bilir. Həmişə, hər yerdə nəzakətli olmağa çalışır və yüksək mədəniyyəti ilə könülləri fəth edir. Mənəvi məsələlərdə kobud insanlarla müəyyən məsafə saxlamağa çalışır. Onunla həmsöhbət olmaq həmişə xoşdur. Çünki ondan işıq və enerji günəş şəfəqləri kimi saçır. Səs-küylü mühitləri xoşlamır, belə yerlər onu olduqca narahat edir. O, dar dairədə ürək qızdırdığı adamlarla vaxt keçirməyə üstünlük verir. Daxilən zərif bir aristokratdır. Bir sözlə, o, əsl xanımdır...

...Bəli, haqqında sevə-sevə danışdığım Qiymət Məhərrəmli milli ruhlu ədəbiyyatşünas, şair və gözəl alimdir...

Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Avqust 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri