Icma.az
close
up
RU
“Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” kitabı ingilis dilində yayımlanıb

“Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” kitabı ingilis dilində yayımlanıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 sentyabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Esmira Fuadın ötən il Azərbaycan dilində yayımlanan “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” (“Southern Azerbaıjan ın the dıscourse of ethnocultural values”) kitabı ingilis dilində çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan həqiqətlərini, güneyli soydaşlarımızın yaşamı, mədəniyyəti və ədəbiyyatı ilə bağlı məsələləri ingilisdilli oxuculara, dünyaya çatdırmaq məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə dərc olunub.

Kitabı ingilis dilinə Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəfa Əliyeva çevirib.

Nəşrdə Güney Azərbaycanın tarixi abidələri - Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr - Çillə bayramı, Novruz, Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəvidə də təqdim edilir.

Kitabda ikiyə bölünmüş Vətənin ağrılarını əks etdirən bədii nümunələr də verilib. Esmira Fuad “tarixdə analoqu olmayan 44 günlük savaşın gedişi zamanı 2020-2023-cü illərdə yeni dövrün - XXI əsrin “müharibə ədəbiyyatı”nın yaranmağa başladığını qeyd edir və bu ədəbiyyat haqqında məlumat verərək yazır ki, həmin ərəfədə və savaşdan sonrakı dönəmdə Güney yazarları Qarabağa və 44 günlük savaşda yazılmış yeni şərəf tariximizə şeir, poema və nəsr əsərləri həsr etdilər.

Kitabda dərin təhlilə, məntiqə söykənən 23 elmi yazı verilib və bu yazıların hər biri oxumaq, öyrənmək, düşünmək, Güney Azərbaycan türklərinin milli kimlik uğrunda dönməz mübarizə tarixini səhifələmək üçün dəyərli mənbədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri