Icma.az
close
up
RU
525 ci qəzet Esmira Fuad: Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda

525 ci qəzet Esmira Fuad: Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Filologiya elmləri doktoru Esmira Fuadın hər kitabını görəndə düşünürəm: O, vətəndaşdır.

Onun bu yaxınlarda nəşr olunan "Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda" kitabını oxuyanda da belə düşündüm. Bu qənaətimi kitabdakı mövzuların, araşdırma və tədqiqatların, təhlillərin başlığı da təsdiq edir: "Azərbaycanın bölünməsi: tarixi gerçəkliklər və müqavilələrin rolu", "Güney Azərbaycanın tarixi abidələri", "Fərəhin ən gözəli azadlıqdır", "Güney Azərbaycanda türk toponimlərinin soyqırımı", "İranda buxovlanan Azərbaycan türkcəsi", "Güney Azərbaycanda folkloru. Xalq həyatının və milli kimliyinin əks-sədası" və s. 

Esmira xanımın özünəməxsus, tərtəmiz yazı dili kitabı daha oxunaqlı edir. Bu, sadəcə böyük zəhmətin nəticəsi deyil, bu, vətən yanğısıdır. Hamı özünü vətəndaş hesab etsə də, hamı vətəndaş ola bilmir. Bu, ən ali, üst bir duyğudur: o, səninlə böyüyür, səni böyüdür. Esmira xanım bu duyğuyla yaşayır. O, parçalanmış vətən ağrısı, bütöv Azərbaycan sevgisi ilə Güney Azərbaycan ədəbiyyatını illərdir tədqiq edir, araşdırır, bizlərin diqqətinə çatdırır. Növbəti kitabında da bunun şahidi olursan.

"Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda" ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən - Azərbaycanın Rusiya qarşısında ilk yenilgisinin təsdiqi olan rəsmi sənəd - Kürəkçay müqaviləsi - Andlı öhdəlik, Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində imzalanmış Gülüstan və bədnam Türkmənçay "sülh" müqaviləsindən bəhs edən araşdırma yer alıb. Adında "sülh" yazılan - içərisində isə Azərbaycanın bölünməsi əks olunan müqavilələr maddə-maddə təqdim olunur. Bu müqavilələrin bir yurdun, bir elin iki yerə parçalanmasındakı rolundan söz açılır. Oxuduqca elə bilirsən, bunu bir tarixçi yazıb.

Kitabda "Rza şahın mərkəzləşmiş güclü dövlət yaratmaq amacı ilə yürütdüyü məkrli inzibati siyasət"in "qeyri-fars millətlərin varlığına, onların milli birliyinə, hansısa qurumda birləşməsinə qarşı çevrilməsi"nə də toxunulur, bu siyasətin bütövlükdə azəri türklərinə qarşı yönəlməsi vurğulanır: "Rza şahın Güney Azərbaycanda yürütdüyü farslaşdırma siyasəti ilə Stalinin Qüzeydə apardığı ruslaşdırma, Qərbi Azərbaycanda Ermənistanın erməniləşdirmə siyasətini tutuşdursaq, nə qədər oxşarlıqların olduğunu aydın görərik". 

İranda buxovlanan Azərbaycan türkcəsinin real durumu, türk kökənli adların bütün İranda və Güney Azərbaycan ərazisində planlı şəkildə mərhələlərlə farslaşdırılması və bu gün də prosesin davam etdirilməsi gerçək faktlar əsasında gündəmə gətirilir, hətta bu son dərəcə ağrılı məsələnin ədəbiyyata yansımasına da toxunulur, Güney Azərbaycanın tarixi abidələri - Təbrizdə yaşayan daş yaddaşımız vərəqlənir, Güney Azərbaycanda adət-ənənələr - Çillə gecəsi-Çillə bayramı, Novruz, Xıdır Əlləz-Xıdır Nəbi və Qurban bayramlarının tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəvidə təqdim edilir.

Düşündürəcək çox məsələlərə toxunub Esmira xanım. "Bir xalqı məhv etmək üçün onun dilini məhv etmək kifayətdir" ifadəsini bilirik hər birimiz. Amma bir xalqı məhv etmək elə onun adlarını məhv etməkdən başlayır. Çox təəssüf ki, Quzey Azərbaycanda bunu fərqinə varmadan könüllü edirik, fars, ərəb adları baş alıb gedir. Burda ad yasağı yoxdur. Bir ara bəzi adların qadağası ilə bağlı fikir dolaşdı, özümüz hay-küy saldıq. Güneydə isə əksinədir: övladlarına türk mənşəli adlar qoymaq üçün çəkişir insanlar, məhkəmələrə müraciət edirlər. Ərəb, fars adlarını qoyanlar məsələnin mahiyyətini anlamaq istəmirlər, bunu inanclarına bağlayırlar - guya Allaha sevgidir bu, guya ad insanın inancına olan sədaqətidir. Əslində isə insan əvvəlcə öz adını, öz daşını-çınqılını, öz soykökünü sevməlidir.

Adlar, eləcə də coğrafi adlar (toponimlər) xalqın milli sərvəti, tarixi keçmişinin güzgüsüdür. Toponimlər coğrafi və antropoloji tədqiqatlarda xüsusi əhəmiyyət daşıyır... Ümumiyyətlə, landşaft elementləri, məsələn, bir yerdə bitən bitkilər, orada yaşayan heyvanlar, həmçinin qayalar, rənglər, su yolları, hətta orada yaşayan, işləyən və ya savaşan personajlar müəyyən bir yer adının mənşəyi ola bilər... Yer-yurd adları o yerlərdə yaşayan xalqın milli kimliyinin göstərici nişanələrindəndir. Ona görə də paniranistlər türk kökənli adların, insan, yer-yurd adlarının yaddaşlardan silinməsini planlı şəkildə həyata keçiriblər... 

Güney Azərbaycanda kənd adları daha çox dəyişikliyə məruz qoyulub. Əksər hallarda daha əvvəlki türk adlarına bənzəyən farslaşdırılmış adlar seçilir və elə göstərilir ki, guya bu adlar əvvəldən farsca imiş. Belə görünür ki, rejimin niyyəti Güney Azərbaycandan türk və Azərbaycan kimliyini silməkdir.

Kitabda ikiyə bölünmüş vətənin ağrılarını əks etdirən bədii nümunələr də verilib. Bir xalqın xoşbəxtliyi onun vətəninin tamlığı, bütövlüyüdür. Biz xoşbəxt ola bilmirik. Qadir Cəfərinin "Biz mutlu olmadıq, heç zaman "xoşbəxtlik qafiyəsi"ni tapmadıq" misraları məhz bunu ifadə edir. İllərdi güneyin ədəbi proseslərini izləyən, öyrənən Esmira Fuad güneyli qadın yazarların yaradıcılığına xüsusi diqqətlə yanaşır. "Güney ədəbiyyatında feminizm..." məqaləsində qeyd etdiyi kimi "Bu gün Güneyin çağdaş qadın yazarlarını oxuduqca onların ailədaxili sıxıntılardan, gündəlik həyatda olan çatışmazlıqlardan, ən adi qadın hüquqlarının pozulmasından başlayan etirazının artıq məişət çərçivəsindən çıxaraq geniş miqyas aldığını və ümumən haqsızlıq üzərində qurulmuş cəmiyyətə, despotizm rejiminə ünvanlandığının şahidi oluruq". Esmira xanım bu fikirləri həm də qadın yazarların misraları ilə oxucuya çatdırır.

"O taylı-bu taylı bütöv Azərbaycan ədəbiyyatında zəfər diskursu" başlıqlı son yazıda "tariximizə qısa ekskurs" edən yazıçı "tarixdə analoqu olmayan 44 günlük savaşın gedişi zamanı 2020-2023-cü illərdə yeni dövrün - XXI əsrin "müharibə ədəbiyyatı"nın yaranmağa başladığını qeyd edir və bu ədəbiyyat haqqında məlumat verir.

Həmin ərəfədə və savaşdan sonrakı dönəmdə Güney yazarları Qarabağa və 44 günlük savaşda yazılmış yeni şərəf tariximizə şeir, poema və nəsr əsərləri həsr etdilər.

"Ona görə biz də onların yanında və arxasında olmalıyıq. Güneyli aktivistlər də etiraf edirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin zaman-zaman Güney Azərbaycan türklərinin varlığını və mübarizəsini dəstəkləyən açıqlamaları Güney xalqına böyük mənəvi güc verir. Ölkəmizin başçısının "Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən, İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir...", "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə, məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 mln. azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur" kimi açıqlamasına diqqət çəkilir.

Kitabda dərin təhlilə, məntiqə söykənən 23 elmi yazı verilib və bu yazıların hər bir oxumaq, öyrənmək, düşünmək üçündür.

Kamalə ABİYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri