Icma.az
close
up
RU
Güney Azərbaycanda körpə adsız qalıb: Pezeşkianın türk adları ilə bağlı göstərişinə əməl edilmir?

Güney Azərbaycanda körpə adsız qalıb: Pezeşkianın türk adları ilə bağlı göstərişinə əməl edilmir?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Güney Azərbaycanda daha bir körpə türk adı verildiyi üçün doğum haqqında şəhadətnaməsiz qalıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, İranın Culfa şəhərinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şəhər şöbəsi Cənubi Azərbaycandan olan bir ailənin Əlixan adını seçdiyi övladına doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Uşağın atası "Balamın adı" kampaniyasına bildirib ki, oğlu iyunun 2-də doğulub, lakin idarənin əməkdaşları adın sistemdə olmadığını və türk-ərəb mənşəli olduğunu deyərək qeydiyyatdan keçirməkdən imtina ediblər.

Valideynlər məhkəməyə müraciət etsələr də, proses hələ başlanmayıb, 85 gün keçib. Sənədləri olmadığı üçün uşaq peyvənd oluna və tibbi xidmətlər ala bilmir.

Xatırladaq ki, bir müddət əvvəl İranda uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərlə bağlı başlanılan "Balamın adı" kampaniyasına İran Prezidenti Məsud Pezeşkian reaksiya verib. Pezeşkian 15 761 nəfərin imzaladığı petisiyanı nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı qoyulan qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan türkləri arasında uşaqlara türk adlarının verilməsinin rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı. Bu səbəblə vətəndaşlar "Balamın adı" kampaniyasına start verərək, Prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see582

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see313

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see302

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see254

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see193

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see183

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see134

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri