Icma.az
close
up
RU
Güney Azərbaycanda mədəni və siyasi dirəniş

Güney Azərbaycanda mədəni və siyasi dirəniş

Icma.az, 525.az saytına istinadən bildirir.

Pərvanə Məmmədli

Filologiya elmləri doktoru

Azadlıq, Ədalət, Milli Hökumət

Azadlıq, Ədalət, Milli Hökumət

Bəsdir ey xalqım, bəsdir fəlakət!

Türk dili dilimdir, oğuz elimdir,

Azərbaycan yurdum, baba evimdir

Pay oldux hər zaman əğyar əlində

Görmədik azadlıq, bəsdir əsarət!

Azadlıq, Ədalət, Milli Hökumət

Bəsdir ey xalqım, bəsdir fəlakət

Savalan vüqarım, Səhənd dayağım.

Füzuli, Nəsimim, can Şəhriyarım

Təbriz, Urmu, Ərdəbil, Zəncan, Mərəndim

Meşgin, Sarab, Mərağam, Xoyum, Əhərim.

Əl-ələ, bir olaq düşmənə qarşı

Bizim eldə görsün, dadsın səadət

Azadlıq, Ədalət, Milli Hökumət!

Bəsdir ey xalqım, bəsdir fəlakət

Dilimiz hisarda, elim zindanda

Göstərək dünyaya görsün şəhamət.

Gələcək bizimdir, bizim olacaq

Daha yetdik cana, qopsun qiyamət.

Bu şeirin müəllifi hər hansı bir şair deyil, xalqdır, sadəcə. Məncə, bu  şeiri günümüzdə Güney Azərbaycanda gedən xalq mücadiləsinin himni adlandırmaq da olar. Və bu gün bu qoşuq (Güneydə şeirə qoşuq deyirlər, çox uyğun və gözəldir deyilmi?!) azyaşlı uşaqdan tutmuş yaşlı ixtiyara hamı əzbər deyir.

Assimilyasiya siyasətinin təkcə məktəbdə dilin dəyişdirilməsi ilə yox, kitabların qadağan edilməsi və yığılıb məhv edilməsi, idarə və məktəblərdə dilin yasaqlanması, toponimlərin dəyişdirilməsi, uşaqlara ad qoymağa müdaxilə kimi üsullarla aparıldığı qeyd olunur. Bu detallar bir şeyi aydınlaşdırır: mədəniyyət “təkcə mədəniyyət sahəsi”ndə boğulmur; hüquq, bürokratiya, təhsil və məkan siyasəti birlikdə işləyir. Deməli, mədəni müqavimətin də təkcə şeir və musiqi ilə deyil, institutlarla (məktəb, dərgi, diaspor mətbuatı) qurulması məntiqlidir.

Pəhləvi rejimi və onun ardınca qurulan İran İslam Respublikası Güney Azərbaycanda Azərbaycan türklərinin təkcə dil və ədəbiyyatını deyil, həm də teatr, kino, musiqi, incəsənətini sistemli şəkildə  qadağalar qoyub, nəzarətdə saxlamağa çalışdı. Bu xəttin mahiyyəti dəyişməyib: fərq daha çox idarəetmə alətlərində (təhlükəsizlik aparatı, ideoloji çərçivə, senzura, iqtisadi təzyiq, informasiya məhdudiyyətləri) və dövrlərin özünəməxsus siyasi iqlimində olub.

Güney Azərbaycanda xalqın həyatında baş vermiş mühüm tarixi-siyasi və sosial-mədəni hadisələri və hərəkatları tezis şəklində sərgiləyib, özündən sonra Tarixdə, ədəbiyyatda, ictimaiyyətdə iz qoyan bu gedişləri, hərəkatları ilə bağlı gəldiyim qənaətləri bölüşmək istərdim:

- Tarixə nəzər salsaq, görərik ki, Məşrutə və Xiyabani hərəkatlarının davamı olan və 1945-1946-cı  illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan birillik hökumətdə yeni dəyərlər qazanmış xalqın sosial, siyasi və mədəni sahələrindəki milli tərəqqi ədəbiyyatda öz təsirini qoymuş və onunla bir sırada olmuşdu. Bu dövrü Güney Azərbaycanın İntibah ili saymaq olar.

- Pəhləvi rejiminin devrilməsi və İran İslam Respublikasının qurulmasından sonra əldə edilən nisbi azadlıq mühitində (1979- 1981) Azərbaycan türkcəsində kitab, qəzet və jurnallar bumu yaşandı. Ədəbi mühitdə özəl bir canlanma baş verdi. Amma bu kitab nəşri və mətbuatın dirçəliş dövrü təəssüf ki, 2-3 il çəkdi.

- 90-cı illərin əvvəlində Sovetlər Birliyinin çökməsi və Quzey Azərbaycanın müstəqilliyə qovuşması Güneydən də yan ötmədi. Tikanlı sərhəd məftilləri aradan götürüldü. Ayrılıq və həsrətə  son qoyuldu. Quzey Azərbaycan və Türkiyə telekanalları peyk yoluyla İranda seyr edildi. Ədəbiyyata və ədəbi əlaqələrə geniş meydan açıldı.

- 1997-ci ildə Hatəminin prezidentliyə seçilməsi Azərbaycan türkcəsində nəşrlərin artmasına zəmin yaratdı. Lakin milli problemlərin həllindəki boşluqlar Tələbə hərəkatlarının başlamasına təkan verdi.

- Təbrizli Çehreqaninin Məclis namizədliyinin rədd edilməsi və Azərbaycan tələbə hərəkatının daha da aktivləşməsinə gətirib çıxardı. Ədəbiyyata yeni fikirli gənc yaradıcı nəsil gəldi.

- Tanınmış ziyalıların prezidentə imzaladığı məktub-müraciətlər cavabsız qalsa da, ictimaiyyətdə geniş əks-səda doğurdu, ədəbi polemikaya yol açdı.

- Xalqın azadlıq simvoluna çevrilmiş Babəkin doğum gününün hər il Babək qalasında qeyd olunması xalq yığıncağına, yürüşünə, nəhayət, qurultayına çevrildi. Bu kütləvi yürüş aksiyalarda daxili etirazların bəyanı, özəlliklə özünütəsdiq, milli kimlik ön planda idi. Dövlət bunun qarşısını alsa da, bu etiraz aksiyası sonralar başqa formalarda üzə çıxmağa başladı.

- İran KİV-də türkləri təhqir edən verilişlərə, özəlliklə qəzetdə çıxan karikaturaya etirazlar kütləvi hal aldı, ədəbi-siyasi aləmdə böyük əks-səda doğurdu.

- Təbrizin «Traktor» futbol klubunun bumu həm də kütləvi etirazlara meydan oldu. Son vaxtlar komandanın oyunları həm də milli hüquqlarını tələb edənlər üçün meydana, eləcə də milli şüarlar üçün tribunaya çevrilməyə başlayıb.

- Urmu gölü ilə bağlı etirazlar 2008-ci ildən bu yana Urmu gölünün suyunun azalması yavaş-yavaş özünü ciddi şəkildə göstərir, bu da gölün ətrafında yaşayan yerli türk  əhalisinin o yerləri tərk etməsivə gölün fauna və flora örtüyünün məhv olmasına gətirib çıxarmaşıdır. Azərbaycan ziyalıları və milli fəalları buna görə dövlətə dəfələrlə iradlarını bildirib xəbərdarlıq ediblər. Gölün qurumasının qabağını almaq üçün heç bir tədbir görməyən İran hökumətinə qarşı xalq “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” şüarını hər yerdə gündəmə çıxarır. Bu, ekoloji təhlükə artıq lokallıqdan çıxıb beynəlxalq ictimaiyyətin də nəzərini cəlb etsə də, çox təəssüf ki, Urmu gölü dünya xəritəsindən silinmək üzrədir.

- İranda ötən 2022-ci ilin 17  sentyabrından başlayan “Qadın hərəkatı” arada səngidisə də də  artıq 2025-ci ilin sonundan davam  edən etirazlar İranın inqilab prosesinə girdiyini göstərir. Bu inqilabi mübarizənin qələbəyə nail olub-olmayacağını proqnozlaşdırmaq çox çətindir. Amma bu etirazlar İranda avtoritar quruluşun illər ərzində qurduğu qorxu divarını yıxmağa nail olub. Hər halda növbəti İranın artıq köhnə İran kimi olmayacağnı güman etmək olar. Yəni həm İrandakı daxili şərait, həm də beynəlxalq siyasətdəki dəyişikliklər İranın dönüş nöqtəsinə keçdiyini göstərir. İranın siyasi taleyi baxımından mühüm faktor olan Güney Azərbaycan türklərinin ümumi iradəsi, baş verə biləcək qiyam və hadisələrə reaksiyası regional bərabərliklər baxımından da önəmli olacaq. Güney Azərbaycan türk milli fəallarıın irəli sürdüyü mülahizələrə görə, Güney Azərbaycanlıların bir türk varlığı olaraq yaşaması İranın sürətlə irəlilədiyi yeni dönüş nöqtəsində dövlət hakimiyyətinə çatmaqla təmin edilə bilər.

2025-ci il 28 dekabrda başladığı bildirilən iqtisadi-sosial narazılıqların qısa zamanda geniş anti-hökumət etirazlarına çevrilməsi və ardınca sərt təhlükəsizlik reaksiyasıdır. Bu dalğada xüsusi diqqət çəkən məqam internetin kütləvi şəkildə məhdudlaşdırılması və “milli internet” modelinin gücləndirilməsi barədə iddialardır; bu, mədəni sahə üçün də birbaşa nəticə verir: nəşr, paylaşım, təşkilatlanma və diasporla əlaqə kanalları daralır. 

Milliyətcə fars olan Rza şahın hakimiyyətə gəlişindən sonra fars olmayan xalqlara qarşı assimilyasiya siyasəti gücləndi; dil və kültürün sıxışdırılması uzunmüddətli dövlət praktikası kimi formalaşdı. Bu gün də eyni xətt yeni alətlərlə davam edir.

İranda fars dili və ədəbiyyatı qarşısında türkcə yazmaq uzun illər qadağan edilsə də, bu dönəmdə çağdaş Azərbaycan türk ədəbiyyatının ən böyük  simaları yetişdi. Rza şah Pəhləvi hakimiyyətə gələndən sonra ölkədə assimilyasiya siyasəti apardı, yerli xalqların dil və kültürünü sıxışdırdı, dillərinə qadağa qoydu. O dövrdən sonra Güneydə dil özünü əsasən folklorda; aşıq dastanlarında,  nağıllarda, bayatılarda, nəğmələrdə, mərsiyələrdə qoruyub saxlayıa bildi.

Şah rejimi milli şüurun artmasında ədəbiyyatın böyük rolunu diqqətə alaraq, türkcə ədəbi əsərlərin nəşrinə icazə vermirdi, milli ziyalılar da farsca yazmaq məcburiyyətində qalmışdılar. Lakin istisnalar da olmuşdu.

Keçən əsrin qırxıncı illərinin ortalarında ilk dəfə əlinə qələm almış gənc istedadlar bir də otuz ildən artıq bir müddətdən – İslam inqilabının qələbəsindən sonra Azərbaycan dilində nəşr olunan müxtəlif jurnalların səhifələrində öz yaradıcılıqlarını üzə çıxarmağa imkan tapmışlar.

Formalaşmağa başlayan milli müəyyənlik düşüncəsi, artıq 1945-ci illərdə solçu-populist müstəviyə, 1990-cı illərdə isə yenidən millətçiliyə, kimliyə keçdi.

Son 40-50 ildə Güney Azərbaycanda yazıb-yaradan sənətçilərin əsərlərində siyasi motivlər çox inkişaf edib.

Yaxın günlərimizdən boylansaq,  İranı orada yaşayan insanların (eyni zamanda parçalanmış xalqların) həbsxanası adlandırırlar. Güney Azərbaycandan olan məhbus, yazıçı və hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin 2023-cü il üzrə Nobel Sülh Mükafatına layiq görülməsi xəbərini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Mükafat ona “İranda qadınlara zülmə qarşı və hamı üçün insan hüquqlarını və azadlığını təşviq etmək üçün apardığı mübarizəyə görə” verilib.

2024-cü ildə isə “Bir sadə qəza” filmi ilə Güney azərbaycanlı rejissor Cəfər Pənahi 78-ci Kann Festivalında “Ən yaxşı bədii film” mükafatını qazandı. Bu, onun təkcə sənət baxımından deyil, həm də siyasi-simvolik olaraq qələbəsidir. Qeyd edək ki, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib. Film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.

Pənahinin bu uğurları, Güney Azərbaycandan çıxan bir sənətkarın dünya kinosunda azadlıq, qadın hüquqları, sosial bərabərlik və siyasi etiraz mövzularında necə güclü söz sahibi olduğunun sübutudur. Onun filmləri təkcə kino deyil, həm də sənət içində hüquq manifestidir.

İnsanlar tarix boyu öz kimliklərini yalnız siyasi təşkilatlanma və ideoloji simvollarla deyil, həm də estetik davranışlar, musiqi, ədəbiyyat və idman vasitəsilə ifadə etmişlər. Bu baxımdan, Təbrizin “Traktor” futbol klubu təkcə bir idman komandası deyil, Güney Azərbaycan türklərinin milli özünüdərkinin, dil və mədəniyyət sevgisinin, həm də əks sistemə qarşı yönəlmiş sivil müqavimətinin canlı və ritmik təzahürüdür.

Əgər ədəbiyyat – bir xalqın duyğularının və ideyalarının formalaşdığı estetik sahədirsə, futbol da – xüsusən “Traktor” təcrübəsində – həmin ədəbi məkana paralel bir ictimai səhnəyə çevrilmişdir. Stadiondakı azarkeş şüarları, mahiyyətcə xalq ədəbiyyatının çağdaş variantıdır. Onlar, eynilə bayatılar, dastanlar və nəğmələr kimi kollektivi bir araya gətirən ritmik çağırışlardır.

Bu da onu göstərir ki, futbol ədəbiyyatın ictimai funksiyalarını da öz üzərinə götürə bilir. Əgər klassik ədəbiyyatda xalqın ağrısını dastan, poema və roman vasitəsilə oxuyurduqsa, indi bu ağrının səsini stadiondan, “Traktor”un tribunalarından eşidirik. Bu baxımdan Güney Azərbaycanın tarixi fasiləsiz müqavimət tarixidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Fevral 2026 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri