Icma.az
close
up
RU
Güneydə milli hərəkat dayanıb? “Pezeşkianın türk dilinə diqqəti çaşqınlıq yaradıb”

Güneydə milli hərəkat dayanıb? “Pezeşkianın türk dilinə diqqəti çaşqınlıq yaradıb”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Son zamanlar Güney Azərbaycan Milli Hərəkatının guya dayanması, yox olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”. 

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı-jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, İran demokratik dövlət olmadığı üçün sistemdənkənar güclər açıq-aşkar meydanda görünmür: 

“Belə vəziyyətdə onların legitim fəaliyyəti də müşahidə oluna bilməz. Adından da göründüyü kimi milli hərəkat “yeraltı” prosesdir. Burada fəaliyyət də, təşkilatlanma da gizli gedir. 

Məsələn, Sovet dönəmində Quzey Azərbaycanda kommunist rejiminə zidd yüzlərlə gizli təşkilat yaranmışdı. Azərbaycanın müstəqliiyinə imza qoyan Xalq Cəbhəsi isə yalnız yenidənqurma və aşkarlıq islahatlarından sonra 1989-cu ildə təsis edildi. İranda da təxminən eynidir”. 

Ekspert qeyd edib ki, İrandakı hakim teokratik rejim hər cür insan hüquqlarını və demokratik azadlıqları rədd edir: 

“Rejimin güclü repressiya aparatı var. Bununla belə, 1990-cı illərin ortalarından yaranmış Güney Azərbaycan Milli Hərəkatı xeyli məsafə qət edib. Bir neçə dəfə küçələrə çıxaraq rejimə güc göstərib. 2006-cı ilin may hadisələri zamanı rejim əməlli-başlı qorxuya düşmüşdü. 

Ondan sonra etirazlar “Traktor”un oyunlarına “Səhənd” stadionuna daşındı. Hazırda milli hərəkat səngimiş kimi görünə bilər, lakin rejim qarşısında qoyulan tələblər uğrunda mübarizə davam edir. Güneydə Abbas Lisani, Vədi Əsədi, Yürüş Mehrəlibəyli, Kərim Boksor, Əkbər Azad, Yaşar Piri kimi ana dili və milli kimlik hərəkatı fəalları var”. 

Həmsöhbətimiz vurğulayıb ki, Güney Azərbaycan Milli Hərəkatın tələbləri dəyişməyib: 

“Azərbaycan türkcəsində təhsil hüququnun təmin edilməsi, Urmu gölünün qurumasının və Qərbi Azərbaycanda gəlmə kürdlərin özbaşınalıqlarının qarşısının alınması yenə də əsas tələblərdir. Açığı, Məsud Pezeşkianın İran Prezidenti seçilməsi və türk dilinə diqqət göstərməsi milli hərəkatda bir çaşqınlıq yaradıb. 

İnsanlar düşünürlər ki, biz ana dilinə azadlıq tələb edirik, İran Prezidenti özü türk dilində danışır, şeirlər söyləyir. Ancaq bu da yanlış düşüncədir. Pezeşkianın Azərbaycan dilində danışması, müsahibələr verməsi, dahi şairimiz Şəhriyardan şeirlər söyləməsi bizi aldatmamalıdır. Unutmayaq ki, ona belə icazə verilib. Doğrudur, bu da ana dili hərəkatının uğurudur. Lakin tək Prezident yox, Xameneyi özü də türk dilində şeirlər söyləsə, biz aldanmamalıyıq”. 

Elman Cəfərli hesab edir ki, milli mübarizə davam etməlidir: 

“Urmu gölü tamamən quruyub. Qərbi Azərbaycanda kürd separatizminə rejimin gizli dəstəyi davam edir. İranın bütün ərazisində türkcə toponimlərə qarşı səlib yürüşü davam edir. Azərbaycanlılar öz övladlarına türkcə adlar qoya bilmirlər. Milli soyadlardan danışmağa dəyməz. Türklər öz övladlarına mütləq ərəb və fars adları qoymalıdırlar. 

İran rejiminin qeyri-fars millətlərinə qarşı diskriminasiya siyasəti davam etdikcə Güney Azərbaycan milli hərəkatı da var olacaq. Post-Peşekian dövründə Güney Azərbaycan milli hərəkatının, ana dili mübarizəsinin tamamilə başqa bir mərhələyə keçəcəyini indidən söyləyə bilərik. 

Təkcə bunu demək olar ki, İran rejiminin türkləri farsların içərisində assimilyasiya etmək cəhdləri artıq boşa çıxıb. Qaranlıq dövr artıq arxada qalıb. Türkiyə və Quzey Azərbaycanın mədəni təsirləri ilə Güneydə ana dilinə sevgi və diqqət artıb. Sosial şəbəkələrdə müşahidə etdiyimiz aktivlik yaxın gələcəkdə öz nəticələrini göstərəcək”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Güney Azərbaycan Elman Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri