Icma.az
close
up
RU
Güneyli bəstəkar onlardan 100 min manat tələb edir Video KONKRET

Güneyli bəstəkar onlardan 100 min manat tələb edir Video KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Azərbaycandan olan bəstəkar Mənsur Daneşvarın “Nazlanma” mahnısı ətrafında baş vermiş qalmaqal səngimək bilmir.

KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, bu dəfə bəstəkar mahnının ifaçıları Vasif Məhərrəmli və Vəfa Şərifovanı dəstəklədiyi üçün sənətçi Sərxan Kərəmoğlunu sərt şəkildə tənqid edib, onu “oğru” adlandırıb.

Bununla bağlı Sərxan Kərəmoğlu açıqlama yayıb.

Onun sözlərinə görə, Mənsur Daneşvar Vasif Məhərrəmli və Vəfa Şərifovanın duet ifasını paylaşdığına görə ona dəfələrlə məktub yazıb.

“Sonuncu məktubunda isə belə yazıb: “Utanın! Oğru! Reklam edirsiniz. Siz necə insansınız? Təkcə Azərbaycan yox, bütün dünya sizin oğurluğunuzu bilir”.

Mənsur, dünya ilə sənin nə əlaqən var? Özün dediklərinə doğrudan inanırsan? Dünyanın işi-gücü sənin “əsər” adlandırdığın üç badam, bir qoz mahnıdır? Kim buna “əsər” deyib?

Daha sonra məktubunda yazırsan: “Onlardan nə qədər pul almısınız ki, onların mahnısını reklam edirsiniz?”

Bu artıq açıq-aşkar mənə atılan böhtandır. Sən həyatında ən böyük səhvlərdən birini edərsən ki, mənimlə qarşıdurmaya girəsən, mənimlə baş-başa gələsən. Əslində, səni Azərbaycanda Vasif Məhərrəmli ilə Vəfa Şərifova məhz bu mahnı ilə tanıtdılar.

Xalq artistimiz Gülyanaq Məmmədova ilə oxuduğunuz həmin mahnını da bərbad vəziyyətə salmısan. Gülyanaq xanım böyük sənətkardır. Düşünürəm ki, sən Güney Azərbaycandan olduğun üçün səninlə duet oxumaqdan imtina etməyib, xətrinə dəymək istəməyib.

Ümumiyyətlə, məncə, Vəfa Şərifovanı da, Vasif Məhərrəmlini də, hətta Gülyanaq Məmmədovanı da məhkəməyə vermək lazımdır ki, sənin ucuz “əsəri”ni ifa edib, Azərbaycan musiqi zövqünü korlayıblar!”

Xatırladaq ki, Cənubi Azərbaycandan olan bəstəkar Mənsur Daneşvar “Nazlanma” mahnısına görə Vasif Məhərrəmli və onunla duet oxuyan Vəfa Şərifovanı məhkəməyə verəcəyini, onlardan 100 min manat məbləğində təzminat tələb edəcəyini açıqlayıb.

Bəstəkar iddia edib ki, müğənnilər onun müəllifi olduğu mahnını icazəsi olmadan ifa ediblər. O, məsələ ilə bağlı ifaçılarla əlaqə saxlamağa çalışdığını, lakin onların tərəfindən təhqirlərə məruz qaldığını bildirib.

Nəticədə Mənsur Daneşvar mahnının Vasif Məhərrəmlinin Yutub kanalından silinməsinə nail olub. Lakin o, Vəfa Şərifovanın Yutub platformasında yerləşdirilmiş ifasını hələ də sildirə bilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Avqust 2026 04:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri