Günorta yuxusu təhlükəli ola bilər: erkən ölüm riski artır
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Yuxu sağlam həyatın əsas şərtlərindən biridir.
Bizim.Media xəbər verir ki, son araşdırmalara görə, günorta saatlarında edilən uzun yuxular sağlamlığı ciddi şəkildə təhlükə altına sala bilər.
90 min nəfər üzərində aparılan araşdırma
Alimlər 90 min nəfərin yuxu vərdişlərini izləyərək maraqlı nəticələr əldə edib. Uzun və nizamsız günorta yuxularının depressiya, diabet və ürək xəstəlikləri ilə əlaqəli ola biləcəyi və hətta ölüm riskini artıra biləcəyi müəyyən olunub.
11 il davam edən müşahidə
Yaş ortalaması 63 olan iştirakçılar 11 il ərzində izlənilib. Nəticədə onların 6 faizinə bərabər olan 5 min 189 nəfərin həyatını itirdiyi aşkar edilib.
Mütəxəssislər vurğulayır ki, bəzi yuxu vərdişləri ölüm riskini artırsa da, bu araşdırma birbaşa səbəb-nəticə əlaqəsini tam sübut etmir. (Pravda.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 28 Avqust 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















