Icma.az
close
up
RU
Azərbaycanda fikir, söz azadlığı ən yüksək səviyyədədir: Deputat

Azərbaycanda fikir, söz azadlığı ən yüksək səviyyədədir: Deputat

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xüsusi ilə son günlər, ümumən isə zaman-zaman Azərbaycanda gündəminə gələn bir məsələ də, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin inkişafıdır. 

Və elə zaman-zaman Azərbaycana qarşı bir sıra Qərb dövlətlərinin bu barədə təzyiqlərinin olduğu da məlumdur.

Bəs bizim ictimaiyyətdə bu məsələ necə görünür?

Milli Məclisin deputatı Elman Nəsirov Gununsesi.info-ya Azərbaycanda fikir, söz, məlumat azadlığının, o cümlədən plürazmin inkişafının ən yüksək həddə olduğunu qeyd edir:

“Fikir, söz, məlumat azadlığına gəlincə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş bir ölkədir və biz buna bir proses kimi baxırıq. Azərbaycanda 2024-cü ildə də söz, fikir, məlumat azadlığının, o cümlədən plüralizmin təminatı istiqamətində ənənəvi siyasət davam etdirilib və hazırda ən yüksək səviyyədədir. Kimlərsə bizə qarşı deyir ki, guya bizdə siyasi məhbuslar var və söz, mətbuat azadlığı boğulur. Amma elə deyil. Bunu bizi sevməyənlər deyir. Azərbaycanda o qədər fikir, söz azadlığı var ki, hətta sosial şəbəkələrdə qanunu pozaraq yazılar yazırlar. Halbuki bu da düzgün deyil. Bütün hallarda isə o cür adamların da azadlığı təmin olunur. İstənilən adam bu gün istənilən fikri yazır, amma bunun qarşılığında heç bir təzyiqə məruz qalmır. Ayrı-ayrı mətbu orqanlar var ki, onlar xarici dövlətlər, xüsusi qurumlara Azərbaycan əleyhinə xidmət edir, bu da qanun çərçivəsində tənzimlənir. Lakin dediyimiz kimi, bu gün heç kim deyə bilməz ki, Azərbaycanda kimsə sosial şəbəkədə, mətbuatda, bir sözlə, istənilən yerdə istədiyi siyasi fikri deyir, buna görə də təqiblərə məruz qalır.”

Milli Məclisin deputatı Elnarə Akimova da ölkəmizdə fikir plüralizmi və söz azadlığı təmin edildiyini vurğulayır:

“Ölkəmizdə fikir plüralizmi və söz azadlığı təmin edilib. Əgər bu gün alternativ fikirlərə yer verən müstəqil nəşrlər fəaliyyət göstərirsə, ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunursa, demokratiyanın mövcudluq şərtlərindən biri kimi media orqanlarının timsalında, cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait yaradılırsa, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində əməli tədbirlər həyata keçirilirsə bu, elə cəmiyyət həyatında digər dəyərlər kimi fikir plüralizminin də var olması deməkdir.”

Orxan Saffari
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri