Icma.az
close
up
RU
GÜNÜMÜZÜN BƏLASI: Topaz, Misli insanlarda qumar asılılığı yaradır

GÜNÜMÜZÜN BƏLASI: Topaz, Misli insanlarda qumar asılılığı yaradır

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər ölkəmizdə qumar oyunlarının təbliğatının genişlənməsi müşahidə olunur. Hətta "TikTok" və bir sıra platformalarda canlı yayım açaraq qumar oyunu təşkil edənlərin sayı da az deyil.

Bu gün Azərbaycanın mərc bazarında "Azərlotoreya"nın "Misli" və "Topaz" şirkətləri insanları  müxtəlif şirnikləndirici vədlərlə yoldan çıxarmağa davam edirlər. 2021-ci ilin yanvar ayında imzalanan müvafiq sərəncamla "Azərlotoreya" bu sahədə söz sahibinə çevriləndən sonra "Misli" "Topaz"ın əsas rəqibinə çevrildi. "Azərlotoreya" "Misli" vasitəsiylə mərc oyunlarıyla yanaşı, müxtəlif növ ani lotoreyaları da bazara buraxdı. Nəticədə artıq uzun müddətdir ki, sadə vətəndaşlar asan yolla pul əldə etmək üçün "Poz, qazan" kimi lotoreyalara və bir sıra fərqli mərc oyunlarına pul yatırmaqla məşğuldurlar. Xüsusilə də "Misli" insanları şirnikləşdirmək üçün müxtəlif cəlbedici, azyaşlıların da izlədiyi müxtəlif televiziya proqramlarını, futbol qarşılaşmalarını öz təbliğat maşınına çevirir.

Bəs görəsən, bu şirkətlərin insanları bəlaya, pis vərdişlərə, uçuruma aparan qumar oyunlarının təbliğatının qarşısı niyə alınmır?

Pərviz Heydərov: Qumar oyunları yüksək iqtisadi rifah və şəffaflıq şəraitində qətiyyən çiçəklənə bilməz

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qumar oyunları qeyri-leqal və çirkli biznes növüdür:

"Hər bir biznes fəaliyyəti növü daha çox gəlir əldə olunması məqsədi güdür. Hətta bunun üçün vergi və rüsumlardan yayınmaq kimi üsullara da baş vurulur. Bu məsələdə qanunvericilikdə olan boşluqlar da mühüm rol oynayır. "Topaz" və "Azərlotoreya"nın "Misli" kimi şirkətlərin qapalı qumar oyunları bazarına yol verməməsi üçün, ilk növbədə, kölgə iqtisadiyyatını aradan qaldırmaq, onun payını və təsir dairəsini azaltmaq lazımdır. Qumar oyunları, insan alveri və sair hallar yüksək iqtisadi rifah və şəffaflıq şəraitində qətiyyən çiçəklənə bilməz".

Üzeyir Şəfiyev: Bəzi sosial şəbəkə istifadəçiləri qanunvericiliyi bilmədiyinə görə insanları qumar oyunlarına cəb edirlər

Bəzi qadağan olunmuş fəaliyyət növlərinin onlayn platformalara bilərəkdən daşındığını qyd edən sosioloq Üzeyir Şəfiyev Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, bir sıra istifadəçilər internet resurslarından istifadə edərək, real həyatdakı hüquqazidd davranışlarını virtual aləmdə həyata keçirməyə çalışırlar. Qumar oyunları da bu qəbildəndir.

Onun sözlərinə görə, əslində bu oyunlarla bağlı həm hüquqi müstəvidə, həm də sosial müstəvidə mübarizə tədbirləri həyata keçirilir. Hətta bununla bağlı hüquqi tənzimləmə metodu mövcuddur:

"İnzibati Xətalar Məcəlləsinin 401.1-ci maddəsində Azərbaycan ərazisində qumar oyunlarının təşkili və keçirilməsi ilə hüquqi məsuliyyət nəzərdə tutulub. Bu məsuliyyət fiziki, vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulub. Eyni zamanda ölkənin Cinayət Məcəlləsinin 244-cü maddəsində qumar oyunları ilə bağlı hüquqi məsuliyyəti özündə ehtiva edən müddəalar var. Həmçinin Cinayət Məcəlləsinin 525-ci maddəsində müvafiq müddəalar mövcuddur".

Ü.Şəfiyevin fikrincə, bəzi sosial şəbəkə istifadəçiləri qanunvericiliyi bilmədiyinə görə insanları qumar oyunlarına cəb edirlər.

"Bu məsələdə süzgəc mexanizmi tətbiq olunmayıb. Ona görə uşaq və yeniyetmələr də qumar oyunlarının qurbanına çevrilirlər. Nəticədə ailə böyük bir maliyyə itkisi ilə üzləşə bilir. Ona görə də valideynlər övladlarına maksimum diqqət etməli və sosial şəbəkələr platformalarından istifadəyə nəzarət etməlidirlər. Eyni zamanda yaxşı olar ki, sosial şəbəkələr və televiziya üzərindən sosial çarxlar vasitəsilə uşaq və yeniyetmələr bu mövzu ilə bağlı düzgün maarifləndirilsin", - deyə müsahibimiz bildirib.

Sosioloq təklif edir ki, uşaqları qumar oyunlarından uzaq tutmaq üçün orta məktəblərdə və internet resurslarında süzgəc mexanizmi tətbiq olunmalıdır. Hüquq-mühafizə orqanları da real həyatda olduğu kimi, virtual aləmdə də qumar oyunlarının təşkilatçılarına, reklamını təşkil edənlərə və təbliğatını aparan şəxslərə qarşı ciddi tədbirlər görsünlər.

İlahə Dadaşova: Narkotik asılılığı olan pasiyentlərimizlə qumar asılılığı olan azyaşlı pasiyentlərimizin sayı eyni səviyyədədir

Psixoloq İlahə Dadaşova isə Bakıvaxtı.az-a açıqlamasında mərc və qumar oyunlarının psixoloji təsirlərinə toxunub.

O bildirib ki, qumar asılılıqlar içərisində ən təhlükəlilərdən biridir. "Topaz", "Misli" kimi şirkətlərin fəaliyyəti isə bu asılılığın daha çox artmasına səbəb olub:

"Hazırda narkotik vasitə asılılığı olan pasiyentlərimizlə qumar asılılığı olan azyaşlı pasiyentlərimizin sayı eyni səviyyədədir və kifayət qədər çoxdur. Xüsusən də futbol oyunları üzərindən mərclərə qoşulan pasiyentlərimiz var. "Topaz", "Misli" və s bu kimi şirkətlərin fəaliyyəti vəziyyəti daha da qabardıb. Əvvəllər qumar oynamaq istəyənlər yollarını daha çətinliklə tapırdılarsa, indi daha açıq və rahat şəkildə bu oyunları oynaya bilirlər. Əvvəllər kimsə qumar oynamaq istəyəndə yer axtarışına çıxırdı və bir çox hallarda axtarış ərəfəsndə həvəsi ölürdü. Lakin indi ürəyindən qumar oynamaq keçən istənilən şəxs rahatlıqla bu oyunları tapa bilir".

İ.Dadaşovanın dediyinə görə, bəzi insanlar maddi-mənəvi sıxıntılardan qurtulmaq üçün qumara üz tutduğunu bildirir. Bəziləri isə problemi olmadan, sadəcə maraq üçün qumar oynamağa başlayır və zamanla onlarda asılılıq yaranır.

"Qumar kimi pis vərdişlərdən uzaq olmaq insanın özündən asılıdır. Bəzi insanlar elə düşünür ki, bir dəfə oynamaqla onlara heç nə olmayacaq. Halbuki mərc və qumar oyunları çox asanlıqla asılılıq yarada bilir. Xüsusən də azyaşlıları bu oyunlardan uzaq tutmaq üçün valideyn övladlarını ailə mühitind sevgiylə böyütməlidirlər. Valideyn diqqətindən, sevgisindən məhrum olan uşaqlar, həmçinin övlada aid hər şeyi valideyn özü həll etməyə çalışanda zamanla sərbəst mühitə düşən uşaq təsir altına tez düşməyə meylli olur", - deyə İlahə Dadaşova öz məsləhətlərini qeyd edib.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Fevral 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri