Icma.az
close
up
RU
GÜNÜN QOROSKOPU: Tələsik addımlar atmayın...

GÜNÜN QOROSKOPU: Tələsik addımlar atmayın...

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıvaxtı.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - fəallıq və səylərinizi yönəldəcəyiniz istiqaməti müəyyənləşdirin. Yaxın gələcəkdə maksimum fayda əldə etmək üçün əsas fəaliyyət yönünü seçin. Yaxın ətrafınızdakı insanlar sizi nəyəsə razı salmağa çalışanda, güc və qüvvənizi, vaxt və səylərinizi tələb edən əmələ yönəltmək istəyəndə "yox" deməyi bacarın.

Günün ikinci yarısında İlk əvvəl öz maraqlarınızı düşünün. Gərəksiz işə baş qoşduğunuzu, münaqişəli situasiyaya qarışdığınızı bilən kimi geri çəkilin.

Vədlərinizə əməl etməyə çalışın. Etibar etdiyiniz, birlikdə işlədiyiniz insanlardan dəstək almağa can atın.

Axşam saatlarında görüş, müzakirə, yazışma və söhbət yeni emosiyalar vəd edir.

Buğa - günün ilk yarısında plan və ideyalar çoxdur. Vaxt, resurs, informasiya qıtlığına rəğmən növbəti layihəyə başlayın. İşlərdə qayda yaradın. Təmirə ehtiyac duyan avadanlıq və qurğunu normal vəziyyətə gətirin. Vədlərə əməl edin, öhdəlikləri yerinə yetirin.

Günün ikinci yarısında münasibətlərdə gərginlik istisna deyil. Planlarınızın ziyanına olaraq sürəkli qaydada başqalarının işini yerinə yetirməyin. Emosional əks-səda, rəğbət izharı gözlədiyiniz görüşlər bu gün üçün deyil.

Tək işləsəniz, daha ciddi nəticələr əldə edə bilərsiniz.

Əkizlər - müsbət əhval-ruhiyyə ilə pozitiv davranış bir çox işləri görməyə yardım edəcək. Yeni tanış olduğunuz insanlarla ünsiyyətdə aqressiv davranmayın. Maraqlandığınız məsələnin təfərrüatlarını öyrənin.

Günün ikinci yarısında yeni, sərfəli əlaqələr qura bilərsiniz. Şəxsi münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarmaq şansını əldən verməyin.

Əks cins mənsubu ilə söhbətdə illüziyalara qapılmayın. Yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Axşam saatlarında normal istirahət edin.
 

Xərçəng - etiraf etmək gərəkdir ki, zəngin təcrübə irəliləyişin avtomatik, aprior təminatçısı deyil. Ötənlərdəki xidmətlərinizin dəyərləndiriləcəyini düşünməyin. Yaxın gələcəkdəki prosesləri indidən planlaşdırın. Yenilikləri əxz edin.

Günün ikinci yarısında müşkül problemlərin həllinə yaxın ətrafınızdakı insanları cəlb edin.

Müzakirələr və təhlillər bir çox problemləri həll etməyə imkan verəcək.

Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətləri stabilləşdirin. Hisslərinizdə səmimi olun.

Şir - günün ilk yarısında əlahiddə fəaliyyətin nəticəsi pis, faydalı iş əmsalı aşağı olacaq. Dostların yardımlarından bəhrələnərək yaxşı nəticələr əldə etməyə can atın. Çox iş görmək fikrindən vaz keçin. Əks təqdirdə ifrat yorğunluğa düçar ola bilərsiniz.

Günün ikinci yarısında yaşananlarla bağlı praqmat mövqeyiniz olmalıdır. Özünüzü əvəzedilməz insan, misilsiz şəxs hesab etməyin. Yaxınlarınızın dediklərinə qulaq asın, onların nə istədiklərini dərk etməyə çalışın. Belə davranış yaxın gələcəkdə karınıza gələ bilər.

Qız - xeyli əvvəl hazırladığınız planı həyata keçirə bilərsiniz. Niyyətlərin reallaşma zamanıdır. Amma yaranmış situasiyanın təhlilini və şəraitin dəyərləndirilməsini unutmayın.

Problemlərin həllində xudpəsənd olmayın, illüziyalara qapılmayın.

Günün ikinci yarısı yeni avadanlıqla çalışmağa başlamaq və ya innovasiyalar zamanıdır. Yaxınlarınız istəklərinizi anlamır, planlarınızı qəbul etmirlər. Alış-verişdə çox pul xərcləyərək ailə büdcəsinə zərbə vurmayın.

Qərarlarınız məntiqi olsun. Tələsik addımlar atmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - günün ilk yarısında həddən artıq önəmli hadisə baş verməyəcək. Amma hadisələrin gedişatından narazı qalmayacaqsınız. Çox ağır saydığınız problemi asanlıqla çözə bilərsiniz. Yanınızdakı insanlar sizinlə mübahisə etməyəcəklər.

Günün ikinci yarısında sərt tənqid eşitməyəcəksiniz. İntellektual qabiliyyətinizi tam izhar edin. İşlərin çözülməsində əlavə təkanlara və ya cəhdlərə ehtiyac yoxdur. Yaxın ətrafınızdakı insanların fəaliyyətinzlə bağlı radikal açıqlamaları olmayacaq.

Günün ikinci yarısında intellektual imkanlarınızı nümayiş etdirməkdən çəkinməyin.

Axşam saatlarında ailənizdəki münasibətlərdə harmoniya yaradın. Gərəkli anda gərəkli sözləri deyib lazımi addımları atın.

Dincəlməyi unutmayın.

Əqrəb - günün ilk yarısı səyahətə və ya işgüzar səfərə yollanmaq üçün əlverişlidir. Bacarıqlarınızı, təcrübənizi ətrafınızdakı insanlara nümayiş etdirin. Lakin maliyyə məsələlərini həll etmək, təfərrüatlarına yaxşı bələd olmadığınız sahəyə sərmayə yatırmaq üçün münasib zaman deyil.

Günün ikinci yarısınla eyni vaxtda bir neçə işə başlamayın. Ağır fiziki işlə məşğul olmayın.

Axşam saatlarının sakit keçməsi ailədə xoş mühiti formalaşdıracaq.

Əyləncəyə yollanmaq, qonaq qəbul etmək olar.

Oxatan - günün ilk yarısında işgüzar tərəfdaşlar və həmfikirlərlə ünsiyyətdə xeyir var. Bilik və bacarıqlarınızı nümayiş etdirin, bacarıqlarınızı artırın.

Yaxın ətrafınızdakı insanlarla təmaslarda aqressiv və sərt olmayın.

Günün ikinci yarısında ünsiyyətdə soyuqqanlı olun. İnandığınız insan sözlərinizi fəaliyyət proqramı kimi qəbul etməyəcək. Mübahisələr başlanacaq.

Axşam saatlarını təklikdə keçirin. Sevdiyiniz işlə məşğul olmaq, mütailə üçün yaxşı zamandır.

Oğlaq - eksperimentlər aparmaq, hadisələrin rutin axarına yeniliklər və əlavələr etmək olar. Yeni işgüzar fəaliyyət sxemi hazırlayın. Ünsiyyət tərzinizi dəyişin. Qayda və təlimatlara kor-koranə riayət irəliləyiş vəd etmir.

Günün ikinci yarısında maraq obyekti cavab reaksiyasını gözləyir. Ailə üzvləri ilə təmaslarda qarşılıqlı anlayışa və ümumi planlara güvənin.

Axşam saatlarında normal istirahət edin.

Dolça - günün ilk yarısında əmək məhsuldarlığınız və peşəkar imkanlarınız sizə özünüzə tam əminlik yaratmayacaq. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyətini öz işlərinizlə sürəkli müqayisə etməyin. Nikbin olun.

Günün ikinci yarısında situasiyadakı dəyişikliklərdən faydalanmağa çalışın. Yaxınlarınızla ünsiyyət sizin danışıq tərzindən asılıdır. Sevdiyiniz insanlara müsbət emosiyalar bəxş etsəniz, ailə üzvlərilə təmaslar gözəl alınacaq.

Axşam saatlarında romantik anlar yaşanacaq.

Balıqlar - laübəli, amma perspektivlər vəd edən gündür. Heç bir yerə tələsməyin, başladığınız işi başa vurun. Səliqə ilə, aramla çalışın. Ətrafınızdakı insanların bir neçəsi qıcıqlandıra bilər. Fəqət, indi münasibətləri daha da sərinləşdirməyin, səbrli olun. Dözüm bir çox problemlərin avtomatik həlli deməkdir.

Müəyyən mövzunun sizdən planlaşdırdığınızdan daha çox vaxt və səy tələb edə bilər. Şərtlərin tələb etdiyi seçim sizi yeni, maraqlı yola apardığından adət etdiyiniz və sevdiyiniz bəzi ünsürlərdən imtina etməli olacaqsınız. Asudə vaxtınızı istirahətə, alış-verişə sərf edin.

Stressdən qurtulmaq üçün gərgin durumda adekvat hərəkət edin.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Dekabr 2024 04:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri