Icma.az
close
up
RU
Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin

Günün qoroskopu: Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - tədqiqatlar, araşdırmalar, elmi işlər və eksperimentlər üçün pis zaman deyil. Yaradıcılıq, estetika və moda ilə bağlı fəaliyyət uğur vəd edir.

Komandanın bir üzvü ola bilirsinizsə, kommersiya fəaliyyəti və ya bizneslə bağlı problemlər olmayacaq.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların mövqelərini və istəklərini nəzərə alın.

Ailə üzvləri qarşısında ifrat tələblər qoymayın, onların çatışmaz cəhətlərini qabardaraq müzakirə mövzusuna çevirməyin. Siz ideal, mükəmməl insan deyilsiniz. Hər kəs səhv edə bilər.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Buğa - stabilliyə nail olmaq istəyiniz sizi prinsiplərinizdən bir addım da geri çəkilməməyə vadar edir. Yaxşı taktikadır. Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını mühafizə etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və ixtilaflar istisna deyil.

Günün ikinci yarısında ruhdan düşməyin. Davranışınızda zəruri dəyişikliklər etməkdən boyun qaçırmağınız yaxınlarınızda müəyyən narahatlıq və nigaranlıq yaradacaq. Mövqeyinizi arqumentlərlə müdafiə edin.

Axşam saatlarını sevdiyiniz insanla əylənərək keçirin.

Əkizlər - yeni layihəyə başlamaqla yanaşı, yarımçıq işi bitirin. Kommunikasiyalar və texnologiyalar sahəsindəki problemlər daha sürətlə həll olunacaq. İdeyalarınız yaxın ətrafınızdakı insanları maraqlandıra bilər. Yeni həmkarlar olacaq.

Günün ikinci yarısında zahiri görünüşünüzə fikir verin. Yaxınlarınızdan biri sizə yaxşı təklif ünvanlayacaq. Axşam saatları romantik təmaslar üçün əlverişlidir.

Xərçəng - bütün işləri bitirməyə çalışmayın. Görüləcək işlərin sayı həddən artıqdır. Bütün diqqəti bir işə yönəldin və onu tamamən bitirin. Tərəfdaşlar və həmkarlarla təmaslarda gərginlik yarana bilər. Yaranan münaqişəni həll etməyə can atın. Haqlı olduğunuzu göstərməyə çalışanda sərt və aqressiv olmayın.

Günün ikinci yarısında ailə münasibətlərində bütün sözlərə inanmayın. Yaxınlarınız görə biləcəklərindən artıq vədlər verirlər. Axşam saatlarında yaxşı istirahət edin. Yaşam arealını yeniləyin. İşdəki situasiya müdaxilə tələb edir.

Şir - danışıqlar uğurlu olacaq. Müqavilələrin imzalanmasında və vədlərin yerinə yetirilməsində qətiyyətli davranın. Daşınmaz əmlakla bağlı əməliyyatlarda günün ilk yarısı daha sərfəli zaman sayıla bilər. Peşə fəaliyyətiniz yaradıcılıqla bağlıdırsa, aktiv olun.

Günün ikinci yarısında tələsik qərarlar verməyin. Düşünülməmiş addımlar atmayın. Seçimdə xüsusilə həssas olun. Sevdiyiniz insanla təmaslarda daha soyuqqanlı olun.

Subaysınızsa, yeni tanışlıq istisna deyil.

Qız - yalnız öz qüvvələrinizə güvənməyin. Şübhələriniz varsa və ya təcrübəniz yetərli deyilsə, ciddi işi təxirə salın. Müşkül problemin həlli üçün bilik və ya bacarıq qıtlığı hiss oluna bilər. Daha təcrübəli tərəfdaşa, müttəfiqə və ya həmkara müraciət edin.

Günün ikinci yarısında ekspertlə danışın. Problemlərin həllində əməkdaşlıq və ya birgə fəaliyyət yaxşı effekt verə bilər.

Axşam saatlarına yaxın şəxsi münasibətlərdə diqqətli olun. Mənasız utancaqlıq məsləhət deyil. Əks təqdirdə yalnız illüziyalar aləmində qala bilərsiniz.

Tərəzi - davranış və fəaliyyətin ənənəvi çərçivəsində qalmaq çətin olsa da, çalışın. İşləri başa vurmaq üçün əlavə məlumata və fərqli informasiyalara zərurət duyulur. Müştəri və ya sifarişçi ilə onun ərazisində görüşmək gərəkdir.

Günün ikinci yarısında qısamüddətli səfər effektiv olacaq. Alış-veriş uğursuzdur. Pullarınızı mənasız əşyalara sərf etməyin.

Axşam saatlarında köhnə dost və ya keçmiş sevgili ilə görüş istisna deyil. Romantik macəra vəd edən yeni tanışlıq ola bilər. Belə görüşlərə ciddi fikir verməyin: onların perspektivi yoxdur.

Əqrəb - ətrafınızdakı insanların davranış və ya əməllərini emosional dəyərləndirməyin. Bu minvalla diqqətinizi real problemlərdən yayındıra bilərsiniz. Yığılıb qalmış bütün işləri bu gün başa vurmağa çalışmayın. Ən vacib məsələni seçərək onun həllinə başlayın.

Günün ikinci yarısında yaxınlarınız sizə dəstək verəcəklər. Üstüörtülü şəkildə yardım da ala bilərsiniz. Bu yardım aşkar olmasa da, onu hiss edəcəksiniz.

Ailə üzvləriniz situasiyanı anlayır, problemlərin həllində maraqlı olduğunu göstərirlər. Problemlərinizi onlarla paylaşsanız, yaxşı məsləhət ala bilərsiniz. Sevdiyiniz adam sizə dəstək verəcək.

Oxatan - peşəkar fəaliyyət müstəvisində öhdəlik və tapşırıqların öhdəsindən gəlin. Hisslərin qurbanı olmayın. Mühüm işin görülməsini ertələməyin. İnadkar olun, emosiyalarınızı nəzarətdə saxlayın.

Günün ikinci yarısında ünsiyyətdə səmimi, gülərüz olun. Sevdiyiniz insanla təmaslarda yeni hisslər yarana bilər. Subaysınızsa, axşam saatlarında yeni tanışlıq perspektivi formalaşacaq.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - şəxsi münasibətlər ön plana çıxacaq. Təmaslarda diqqətli olmasanız, əlaqələrdə ciddi problemlər yarana bilər. Sadə hadisələrdən, rutin olaylardan faydalanmağa çalışın. Nikbinliyiniz ətrafınızdakı şəxslərə də sirayət edəcək.

Günün ikinci yarısında mübahisədə saxta "arqument"lərdən istifadə etməyin. Başqalarının əvəzinə danışmayın, qərar verməyin. Liderlik mövqeyinə yiyələnməyə can atmayın.

İrəliləmək üçün var qüvvənizlə fəaliyyət göstərin.

Dolça - yaxın ətrafınızdakı insanlarla təmaslarınız məhsuldar olsun. Yaxşı görünməyə çalışın, diqqətli olun. Təşkilatçılıq bacarığınızı nümayiş etdirin. İşlərinizdə aktiv olun.

Günün ikinci yarısında işgüzar görüş məhsuldar keçəcək.

Yaxınlarınızla münasibətlərinizi inkişaf etdirin. Qarşılıqlı anlaşma və problemlərin dinc yolla həll variantının seçilməsi ailədə həlim mühit yaradacaq. Ailə qayğıları və məişət problemlərini qulaqardına vurmayın.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Balıqlar - qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz. Maddi və mənəvi razılıq hissi yaranacaq. Uğurlarınız fəaliyyət intensivliyindən asılıdır.

Abstrakt təfəkkürü gücəndirin. Amma fəlsəfəyə varmayın. Belə olarsa, yaxın ətrafınızdakı insanlarla münasibətlərdə problemlər yaranacaq.

Günün ikinci yarısında sənədləşdirmədə və hesablamalarda diqqətli olun. Etibar etdiyiniz insana yardım üçün müraciət edə bilərsiniz.

İstənilən situasiyada özünüzü rahat, təmkinli hiss edin.

Axşam saatlarında normal istirahət edin.
 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2024 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri